SƏNGƏRİN HANSI TƏRƏFİNDƏ?
“Ukrayna Qarabağ üçün nə edib”-son günlər az qala 21-ci əsrin ən böyük hərbi-siyasi böhranı kimi təqdim olunan “Krım yürüşü”nü Azərbaycan insanı həm də bu rakursdan dəyərləndirməyə çalışır.Dünyada qeyri-standart şəraitdə dövlətlərin seçim etməsi və ya neytrallığını qoruyub saxlaması təkcə onun yaxın maraqları baxımından dəyərləndirilə bilməz,üstəlik,strateji planda fors-major situasiyalarının hara qədər inkişaf edəcəyini hesablamadan milli təhlükəsizliyini təmin etmək də mümkün deyil.Biz bu regionun İsveçrəsi ola bilmərik.
Öncə qeyd edək ki,Ukraynanın vəziyyəti əksər parametlər üzrə 90-cı illər Azərbaycanını xatırladır.O zamankı hakimiyyət vakuumu və kommunistlərlə-milli azadlıq həvəskarlarının toqquşması fonunda xarici maraqların,neft-qaz resurslarına sahiblənmək,mühüm coğrafi bölgələri ələ keçirmək istəyənlərin hamısının birgə mübarizəsi ərazi anneksiyası ilə və az qala dövlətçiliyin süqutu ilə nəticələndi.İndi Ukrayna təcrübəsi də sübut edir ki,zəif dövlət olmaq necə təhlükəlidir.Faktiki olaraq Azərbaycan xalqı ukraynalılardan daha fədakar döyüşdüyünü, milli varlığına yönələn qəsdlərin hər birinə güllə atmadan kaputulyasiya etməyəcəyini ortaya qoymuşdu.Düzdür, məğlubiyyət sindromu imkan vermir ki,bu fakt gerçək dəyərini alsın.Lakin SSRİ-nin varisləri içərisində yeganə olaraq həqiqi müharibəni bizim ölkə keçib.Yerdə qalanlar,o cümlədən, hazırda Rusiyanın basqısını yaşayan slavyan qardaşları yalnız ikinci cahan savaşının hərbi nailiyyətləri,fərdi qəhrəmanlıqları və qalibiyyət epopeyaları ilə öyünə bilərlər.
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan və münaqişənin bu prinsip əsasında həllini bəyan etməkdən o yana keçməyib.Paralel olaraq Ermənistanla siyasi əlaqələrinin intensivliyini də heç zaman azaltmayıb,üstəlik,gizli hərbi müqaviələr vasitəsilə ağır döyüş texnikası və mühüm silahları ora göndərməkdən çəkinməyib.Baxmayaraq ki,narıncı inqilab antiRusiiya bayrağı altında keçirilmişdi və Yuşşenko iqtidarı Ermənistana Rusiyanın yaxın müttəfiqi kimi yanaşırdı,bununla belə işgüzar və qarşılıqlı fayda gətirən münasibətlərdən də imtina olunmamışdı.Hərçənd ki,məhz həmin dövrdə Azərbaycan Avropanın himayə etdiyi “yaxın qonşuluq” siyasətində və Amerikanın layihələndirdiyi GUAM birliyində strateji müttəfiq idilər,amma necə deyərlər,müharibə müharibədir,naharı isə heç kəs təxirə salmaq fikrində deyildi!
İndi nəinki keçmiş sovet respublikalarında,eləcə də geniş bir diapazonda Ukraynanın yeni hakimiyyətinə münasibət və Krımın ilhaqı ətarfında dövlətlərin qruplaşması gedir.
Dünən Çİn rəhbərinin davranışı göstərdi ki,onlar Rusiyanın hərbi həmləsini maraqlarına təhlükə saymırlar.
Qardaş Türkiyə isə nəinki tarxi keçmişini unudub,üstəlik,sayın Ərdoğan seçkilərdə qələbəsi naminə rəsmi Kremllə hər cür siyasi sövdələşməyə hazır görünür.
İran yenicə nüvə razılşması ətrafında Qərbin sanksiya rejimindən çıxmağa bel bağlayır və ona bütün izolyasiya dövründəki müttəfiqi Rusiya ilə aranı pazmaq qətiyyən gərək deyil.
Üstəlik,hər cür inqilabı Qərbin yeni işğal siyasəti sayanların hamısı Maydanda qurulan hökumətin oxşar viruslarının onların cəmiyyətlərinə də yoluxacağını nəzərə alıb özünü qoruma istinktindən çıxış edərək Turçinov-Yatsenyuk cütlüyünün iqtidarına tərəddüdlə yanaşırlar.Çünki gerçəkdə yeni qüvvələr təkcə millətçi-şovinist baxışlara deyil,həmçinin, ümumxalq mandatına malik deyilllər və Putin demiş,onları legitim saymaq o deməkdir ki,sabah istənilən kriminal-oliqarxik dairələrin yardımı,Avropanın siyasi texnoloji,təlimat yardımı və müəyyən sayda xalq kütlələrin köməyi ilə kövrək idarəetmə sistemlərini dağıtmaq,yerində təzəsini qurmaq olar.Bu isə mdbeçilər üçün fəlakət deməkdir.
Avropadan baxış isə tamamilə fərqlidir.Hələ ki,diplomatik-siyasi və iqtisadi vasitələrlə Putini geri oturtmağa əsassız ümidlər bəslənilir.Qeyri-döyüş vasitələrilə iqtisadi cəhətdən bu ölkəni çökdürmək və rus xalqını Putinin əleyhinə qaldırıb onu sifətini itirmiş qaydada güncə sıxmaq,hətta siyasi cəhətdən basdırmaq mümkün deyil.Ən azı görə ki,sanksiya rejiminə qoşulmayan xeyli ölkə olacaq və avtomatik belə beynəlxalq düzən Rusiyaya yeni Varşava Paktına bənzər blok formalaşdırmağa imkan verəcək. Beynəlxalq iqtisadiyyat zəncir kimi bir-birinə bağlıdır və yalnız bir ölkəni buxovlamaq,cəzlandırmaq xülyadır.Üstəlik,xalqın yenilməz oğlu və napoleoncasına yeni əraziləri fəth edən bir sərkərdəni Qərbin ticari,maliyyə şəbəkələri vasitəsilə bloklaması əks effekt verib Putinin xeyrinə işləyəcək.O,ölkəsinin Xomeynisinə çevriləcək.
Avropalılar ruslarla üzbəüz savaşmağa heç zaman risq etməzlər.Onların atalarını ruslar 1945 cı ildə məğlub edib.Üfüqdə isə nüvə müharibəsi görünmür.Obamanın hədəsi hələ ki,nə NATO qüvvələrinin,nə Amerikanın Əfqanıstandan çıxardığı əskərlərinin Ukraynanın suvernliyinin müdafisəinə cəlb olunması ilə nəticələnməyib.
Kerrinin desant səfəri rus əskərinin hücum intensivliyinin azalmasına səbəb olmayıb və ya onların geri oturduğunu iddia etmək mümkün deyil.Putinin mətbuata açıqlaması Qərb informasiya maşınına ciddi müqavimət oldu və dünəndən bütün məlumat resursları onun fikirlərinin üstündə köklənib.
Krımda isə ukraynalıların bir güllə atmadan təslimçiliyi fonunda nisbi sakitlikdir və xalqın partizan dəstələri yaradaraq “yadelli işğalçılara qarşı” döyüşməsi müşahidə olunmur.Bu Ukrayna ordusunun müti durumu və müqavimət gücünün necə sarsıdğını göstərir.İndi nə qədər istəyirsiz, beynəlxalq yanğınsöndürənləri və dişsiz Pan gi Munun müşahidəçilərini buraya göndərin,nəticə dəyişməyəcək.
Rus avtomatların tətiyi altında Krım xalqı cəmi 25 gün sonra öz müqəddaratını təyin edəcək.Əgər kimsə buna mane olarsa, orada növbətçi təxribatlarla,bir neçə rus ailəsinin qətlə yetirilməsinə və nəticədə lokal toqquşmalara şahidlik edəcəyik.Nəticədə çar Putin krımlıların qanlı mübarizə ilə azadlığa qovuşmasını rəsmiləşdirəcək.
Qərb kiçik bir koalisiya yaradıb yardım paketi ilə Ukrayanın tam bir dövlət kimi xəritədən silinməsinin qarşısını almağa çalışır.Lakin 2 milyard avro vəsait,güclü siyasi himayə və təcili assosiativ sazişilə yaralanmış Ukraynanı Avropa ailəsinə qəbul etmək qeyri-realdır.
Rusiya qlobal siyasi çəkisini ağırlaşdırdı və Suriyadan sonra növbəti dəfə Obama doktrinasını iflasa uğratdı.Indi hamı xof içindədir ki,zorakılıqla sərhədlərin dəyişdirliməsinin qarşısını ala bilməsələr,Rusiyanın sonrakı hərbi marşı hara olacaq?
Hamı qlobal təhükəsizlik sisteminin çöküşündən danışır.Nüvə silahını çıxmaq şərtilə başqa sahələrdə və məkanlarda bu razılaşmanın necə işləməsi İrakda,ərəb dünyasında özünü çox bariz göstərir.
Anqela Merkel rus prezidentini reallıqla əlaqəsini itirdiyinə görə qınasa da keçmiş sovet xalqları BİR ŞƏXSİN səhəri hansı əhvalda oyanmasından asılıdır.
Gerçəklik ondan ibarətdir ki,Krımın 27 min kvadrat kilometrlik ərazisi ilə Rusiya öz coğrafiyasını 17.098.273 kvadrat kilometrə çatdırdı.Sizlər bu ölkənin Qarabağda törtədiklərindən danışıb ona nifrət edə, yaxud Ukraynada dünyaya rüsvayçı məğlub olub dağılmasını arzulaya bilərsiz,lakin reallıq çox acı və amansızdır. Rus xalqı aclığa və avtoritarizmə dözər,amma tutduğu ərazilərdən keçməz.
Ona görə Azərbaycanın antiRusiya blokunda yer alaraq Qarabağın heyfini çıxmağa əlverişli fürsət yaranmasını iddia edənlər bizi növbəti avantüraya sürükləyirlər.Siyasət arzuların deyil,sərt gerçəklərin sənətidir!
Vaxtilə Corc Buş Putinin gözlərində çekist baxışları,ürəyində isə dərin insanlıq gördüyünü bəyan et.Dünya isə onun son səssizlikdən sonra Krımda necə danışmasını gördü.Putinin hər sükutu bir xalqın faciəsinə verilən başsağlığıdır.Onun hər zaman danışması gərək!
Milli Məclisin deputatı,
Zahid Oruc
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM