Krım gərginliyindən bir müddət sonra Ukrayna siyasətçiləri və xalqın əhəmiyyətli hissəsi siyasi bəyanat olaraq səsləndirməsələr də, bir-birinə yavaşca pıçıldayacaqlar: Putun bizim xilaskarımızdır. Necə ki, biz indi az qala müasir dövlətimizin mövcudluğuna, qaranlıq İran arealından qurtulduğumuza görə Türkmənçay müqaviləsinə nifrətimizi necə yumşaltmışıqsa, onlar da bir azdan bu nifrəti beləcə yuşaldacaqlar. Maydan inqilabı əslində bu ölkəni düşüncə və idarəçilik anlayışı baxımından parçalamışdı. Küçədə və meydanda müəyyən olunan siyasət konturları insan hislərinin ağlı necə üstələməsini təsdiqləyən birinci və sonuncu nümunə sayılmaz. Üstəlik bu hərəkat 91 nəfərin ölümünə səbəb olmuşdu. İnsan faciəsi üzərindən başlayan yeni nə varsa özü ilə kədərlə yanaşı həm də acımasaz bir kini də daşıyır. Üç ayın iqtisadi tənəzzül bilançosu da işin üzərinə əlavə edilərsə, özlüyündən bir ərazi genişliyi və əhali çoxluğu olan zəif düşmüş ölkə bir tərəfdən Rusiyanın, digər tərəfdən Avropa Birliyinin dilənçi payına möhtac vəziyyətdə idi. Avropanın bürokratik mexamizmləri Ukraynanı iqtisadi paketlərlə yükləyib, siyasi sabitlik tələb edərək kisəsindən pulu çıxarana qədər Ukraynada bir neçə hakimiyyət dəyişəcəkdi. Regionlarda Rusiyanın barmağı sosial narazılıq fonunda daha yaxşı işləyəcəkdi, Qazpromun Nazpromları Ukraynanın siçanların gətirdiyi qızılların ümidinə qalan büdcəsində hər dəfə bir dəlik saxlayacaqdı. Artıq Xalq Nəzarət orqanına çevrilən Maydan küçə qəhrəmanlarına siyasət fürsətçilərindən daha rahat və çevik qərar qəbul etmə şansını qazandırmışdı. Maydan siyasəti öz pafos və qələbə eyforiyasına tabe etdirmək iddiasını bəyan etmişdi. Bu vaxt Allah Ukrayna üçün Putin adında Merkelin dediyi başqa dünyadan bir xilaskar göndərdi. Putin Ukyarna xalqı və dövləti üçün iki inanılmaz səddin aşılmasına yardım etdi. Ukrayna ABŞ və Avropa Birliyinin tam himayəsini və dəstəyini qazandı. Ikincisi, Ukrayna cəmiyyətini sosial narazılıq fonunda başlanacaq xaosun yanından keçirərək, dövlət müstəqilliyini qoruma duyğusunu qazandırdı. Qısacası Putin öz xarici təcavüz hədəsi ilə ölkəni birləşdirdi və Rusiya qorxusu bu ölkənin bundan sonra da iç bütünlüyünün təminatına çevrilmiş oldu.
O fikirdıə deyiləm ki, dünyanın təzyiqi rus hərb maşınını hədəfindən yayındırmayacaq və Putinin özündən müştəbeh fürsətçiliyinin davamına dirəniş göstərilməyəcək. Bu hadisələr dahi bir siyasətçidən daha çox dahi bir fürsətçinin anı dəyərləndirərək Gürcüstan ərazisinə soxulduğu qaydada və üslubda Ukraynanın Krım yarımadasına soxulması kimi qiymətləndirilməlidir. Fürsətçilik siyasətin kiçik bir detalıdır, ancaq siyasətin başqa detallarını gözardı edənlər böyük siyasətin aparıcısı olacaq qədər özlərini təsdiq edə bilmirlər.
Hər kəsə aydın idi: yaponlar Kuril adalarına necə baxırsa, Rusiya da Krıma illərdir eləcə baxırdı. Bu Rusiyanın Krımı qoparmaq üçün əslində son şansı idi və bunu imkanlarını və hesablarını yanlış proqnozlaşdırdı və evdəki hesabı bazara uyğunlaşdıra bilmədi. Burada xüsusilə iki factoru Putin ciddiyə almadı. Birincisi, eks baş nazir Timoşenkonun söylədiyi kimi, bu Ukraynaya qarşı deyil, birbaşa ABŞ və Böyük Britaniyaya qarşı savaşa başlamaqdır. Çünki 1995-ci il Budapeşt anlaşmasının əsas mahiyyəti bu idi ki, nüvə arsenalını təhvil verən Ukraynanın ərazi bütövlüyünün təminatını birbaşa bu dövlətlər öz üzərinə götürürdü. Bu ilk növbədə ABŞ və Böyük Britaniyanın nüfuz və imic məsəlsi sayılırdı. İkincisi isə, Avropa Birliyini birdən-birə 1939-1945-ci ilin Hitler-Stalin qoxusu bürüməyə başladı və hətta Rusiya ilə gizli qaz sövdələşmələri olan ölkələr belə qazın istisindən çox savaş dövrünün qaz kameralarını göz önünə gətirməyə başladılar və yeni Hitlerin böyüməməsi üçün masaya hər cür maddi vəsait tökməyə başladılar…
Putinin hesablamadığı bir amil də var. Rusiya dövlətinin savaşmaq istədiyi Ukrayna dövləti var, ancaq rus xalqının savaşmaq istədiyi xaxol dedikləri bir slavyan xalq yoxdur. Bu müsəlmana, yəhudiyə qarşı savaş deyil ki, hansısa mənəvi-siyasi əsaslandırması olsun. Əlbəttə, on günə heç nə baş verməyəcək, Putin də hakimiyyətinin sonuna qədər yerində qalacaq. Ancaq öz hüdudlarından o tərəfə dişi çəkilmiş bir Rusiyanı mütləq görəcəksiniz. Bu hadisələr NATO-nun bütün uc məntəqələrinin, o cümlədən Türkiyənin rolunu ciddi şəkildə qaldıracaq. Soyuq Savaş illərində olduğuna bənzər. Bu rolu götürə biləcək Türkiyənin olub-olmayacağı sual altında.
Qərb üçün Krım məsləsi oldu-bitdi deyil. Ancaq Rusiyanı ağıllandırmaq üçün Krım məsələsinin həllinin məqsədyönlü şəkildə uzadılması ehtimalı böyükdür. Ancaq bu bulanıq dövrdə Krım tatarları yeni bir köç dalğasını yaşamalı olacaqlar.
Bundan sonra Krım Rusiya üçün baş ağrısı, Ukrayna üçün isə ürək ağrısı olacaq. Rusiya Krımı nikahdankənar uşaq kimi gizlənərək saxlayacaq, Ukrayna isə başqasının himayəsində yaşamağa məcbur buraxdığı öz övladı kimi baxacaq. Necə ki, biz Qarabağa o cür baxırıq…Ancaq Ukraynadan fərli olaraq biz daha himayəsiz yetimik.
Fazil Mustafa,
Milli Məclisin deputatı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM