Hüquq-mühafizə oprqanlarından Trend-ə verilən məlumata görə, Hövsan qəsəbəsi, yeni yaşayış massivində yaşayan 1963-cü il təvəllüdlü Bağırov Qalib Afim oğlunun meyiti tapılıb. Naməlum şəxslər Q.Bağırovu evində 8 bıçaq zərbəsi ilə qətlə yetiriblər.
Rayonun hüquq-mühafizə orqanları hazırda hadisə yerindədirlər. Meyitə baxış keçirilərkən məlum olub ki, bıçaq zərbələrindən əlavə meyitdə boğulma əlamətləri də aşkar edilib.
Faktla Bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hələlik faktla bağlı saxlanılan yoxdur.
Strategiya.az