SOCAR-dan Lökbatandakı zəhərlənmə ilə bağlı - Açıqlama

13:08 / 06.03.2014

Strategiya.az ARDNŞ-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 5-də, səhər saat 10.30-da cari təmir işləri ilə əlaqədar olaraq Bakının Lökbatan qəsəbəsinə gedən boru xəttində qaz təchizatı dayandırılıb. Həmin gün saat 18.00 radələrində təmir işləri başa çatdırılmış və xəttə təbii qazın verilişi bərpa olunmuşdur.Mövcud normativlərə əsasən, qaz sızmasının vaxtında aşkar edilməsi və itkinin qarşısının alınması məqsədi ilə “mavi yanacağ”ın tərkibinə vurulan kəskin qoxulu odarant maddəsinin təsirindən Lökbatan qəsəbəsində V.Əskərov küçəsindəki bir neçə yaşayış binasının sakinlərində ürəkbulanma halları müşahidə olunub. 

Baş vermiş hadisə ilə əlaqədar ARDNŞ-də mütəxəssislərdən ibarət komissiya yaradılmış və araşdırma işlərinə başlanılmışdır. Hazırda Komissiya tərəfindən baş vermiş kütləvi ürəkbulanma hallarının mümkün səbəbləri ilə əlaqədar bir neçə versiya üzərində iş aparılır. Komissiyanın yekun rəyi hazır olan kimi ictimaiyyət üçün açıqlanacaqdır. 

ARDNŞ bildirir ki, Şirkətin və Fövqəladə Hallar Nazirliyinin birgə qərarına əsasən, Azərbaycan Respublikası ərazisində mövcud olan bütün qazpaylayıcı stansiyalarda odarant qurğuları quraşdırılmalıdır. Hazırda ölkə üzrə istismar olunan 205 qazpaylayıcı stansiyadan 178-ində belə qurğular quraşdırılmışdır. ARDNŞ tərəfindən sonuncu dəfə alınmış bu qurğulardan biri də Lökbatan qəsəbəsində quraşdırılıb. 

QEYD: Nüfuzlu mütəxəssislərin rəyinə əsasən, odarant (metilmerkartan və onun homoloqu etilmerkaptan) qoxusu olmayan, insan orqanizminə və ətraf mühitə təhlükə yaradan, partlayış verə bilən qazların sızmasını tez müəyyən etmək üçün bu qazlara qarışdırılan qoxu verən maddədir. Odarantın qazlara qarışdırılması müəyyən qatılıqda aparılır. Məişətdə istifadə olunan təbii qaz qoxusuz olduğuna görə təhlükəsizlik baxımından bu qazlara qarışdırılan odarantlar (metilmerkartan və onun homoloqu etilmerkaptan) rəngsiz və kəskin iyli, havadan 1,7 dəfə ağır olan qazlardır. Yaşayış zonalarında odarantın havada buraxıla bilən qatılıq həddi 0,00001 mq/m3-dir. Bu maddənin havada konsentrasiyası 20 mq/m3 olduqda insan orqanizmi üçün heç bir təhlükəli təsiri yoxdur, zəhərlənmə yaratmır, sadəcə ürəkbulanma yarada, nəfəs yollarını qıcıqlandıra bilər. Odarantın insan orqanizminə ciddi təsiri halları qeydə alınmamışdır. Bu maddə qaz yanarkən tam yanır. (İstinad olunan mənbələr: М.В.Лазарев, “Вредные вещества в промышленности” часть I. Ленинград 1954; İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üzrə rəhbər sənədlər və izahedici materiallar. I cild, Bakı, 2009). Bundan əlavə "İş zonasının havasına olan ümumi sanitar - gigyenik tələblər" üzrə 12.1.005 - 88 saylı Dövlət Standartına əsasən, zəhərlənməyə səbəb olan maddələr I (birinci) qrupda göstərilir. Odarant isə II (ikinci) qrupa aid edilir. Bu da bir daha odarantın güclü zəhərləyici təsirə malik olmadığını təsdiq edir.
                               


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM