Strategiya.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov və Emin Ələkbərov valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılmış və barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.
Araşdırmalar aparılır.