Oğrulardan necə qorunmaq olar? - QAYDALAR

11:56 / 13.01.2016

Son bir neçə gündə Bakıda ev oğruları ilə bağlı ciddi təlaş var. Demək olar ki, hər gün ev oğrularının yeni işləkləri ilə bağlı video çəkilir, sosial şəbəkədə paylaşılır. Məlum olur ki, evlərə gül firması adı ilə gələnlər də var, “həyətdə maşınınızı düzgün park edin, çıxa bilmirəm” bəhanəsi ilə quldurluğa cəhd edənlər də var. Bunu son günlər manatın devalvasiyasının nəticəsi kimi qələmə verənlər də var.

Bəs yaxşı, nə edək ki, oğrulardan qorunaq? Onların hansı atişləməz yolları var? Qorunma tədbiri ancaq evə qapanıb, qorxudan stresə düşməkdir, ya...?

“Yüni Müsavat”ın yazdığına görə, ABŞ-da aparılan bir araşdırmaya görə, oğurluq hallarının 18 faizi iyul-avqust aylarında baş verir. Polis sənədlərində ən çox oğurluq halları isə avqustda yaşanır. Bu, bizim ölkəmiz üçün də keçərli haldır. Çünki insanların əksəriyyəti illik məzuniyyətlərini avqust ayında götürür. Halbuki oğurluq hallarının çoxunun qarşısı olduqca bəsit çözümlərlə alına bilər.

Amma dünya ölkələrində oğurluq statistikası daha çox siyasi baxımdan qarışıq günlərdə, eləcə də iqtisadi böhran ərəfəsində özünü göstərir. Kasıblıq bütün təbəqələri sıxdığı zaman oğrular xüsusən aktivləşirlər. Hazırda isə Azərbaycanda haqqında danışdığımız iqtisadi böhrandır. Oğrular aktivləşib, insanlar təlaş içində özlərini qorumağa çalışırlar.

Oğruların köməkçisi-qapı ağzındakı qəbzlər və xüsusi vərəqələr

Heç kimə sirr deyil ki, oğruların ən böyük “silah”ı evlərin qapısına sıxışdırılmış elektrik, qaz borcları qəbzləridir. Onlar bu qəbzlərə əsasən ev sahiblərinin evdə olmadığını müəyyənləşdirirlər. Tutaq ki, həmin qəbz üç gün dalbadal qapıya dürtüşdürülmüş halda qalırsa, bu, evin oğruya “məni soy” mesajı verməsi deməkdir. Ya da başqa bir üsul. Oğrular sahibinin evdə olmadığından şübhələndikləri evin qapısı ağzına özləri kiçik bir kağız, ya da kiçik bir ip yerləşdirirlər. Növbəti günlərdə o kağız, ya da ip yerə düşürsə, bu, “qapı açılıb və ev sahibi evdədir” anlamına gəlir. Odur ki, tətilə - bağa, rayona, xaricə gedənlər yaxın bildikləri qonşularından, qohumlarından qapılarına nəzarət etməyi xahiş edə bilərlər.

“Bu bloka qonaq gəlmişəm, amma kodu bilmirəm” yalançıları...

Son illər Bakıda bir çox binalarda blok qapılarının kodlaşdırılmış olması sakinləri sakitləşdirir. Onlar düşünür ki, oğru kodu bilmədiyi üçün blokdan da içəri girə bilməyəcək. Amma unutmaq olmaz ki, hər kəs bloka daxil olarkən qapını tam bağlamır. Bu isə binanın sakini olmayan şəxslərin rahatlıqla içəri girməsinə səbəb olur. Bundan başqa, blokun qapısı ağzında dayanıb, “mən filan mərtəbəyə qonaq gəlmişəm, kodu bilmirəm” deyənlərə də qapı açmaq lazım deyil. Onlara çox mədəni şəkildə evinə qonaq gəldiyi adamdan zəng edib, yardım istəməsini məsləhət görmək olar. Bu halda həm sizinlə eyni vaxtda qaranlıq bloka daxil olan oğrudan özünüzü qoruya bilərsiz, həm də qonşularınızı.

Bunları etsəniz, oğrudan qorunacaqsız

Araşdırmalar onu da göstərir ki, oğrular üçün daha bir ip ucu qaranlıq düşəndə yanmayan ev işıqlarıdır. Polislər məsləhət görür ki, evdəki bəzi lampalara müasir texnologiyanın köməyi ilə zaman tənzimlənməsi qoyulsun. Yəni lampa müəyyən saatdan sonra bir müddət işləsin. Araşdırmalara inansaq, oğurluqların 30 faizi heç bir zor tətbiq edilmədən, sırf ev sahiblərinin məsuliyyətsizliyi ucbatından baş verir. Açıq qalmış qapı, pəncərə bunun üçün ideal zəmin yaradır. Odur ki, vaxt itirmədən bu sahənin bilicilərindən bir neçə məsləhəti sizin nəzərinizə çatdıraq.

Evinizin ətrafından içəriyə baxın. Bahalı elektrik əşyaların, tabloların, qab-qacağın pəncərədən görünməməsinə diqqət yetirin. Əgər yoldan keçən biri bunları asanlıqla görürsə, oğrular da görə bilər. Bütün qapı-pəncərələri ayrı-ayrı bağlayın. Qapıların arxasına isə ekstra sürgü taxdırın. Sanki evdəymiş kimi görünün. Zamanla tənzimlənən lampalardan istifadə edin, televizorunuzu bəlli bir saatda açıb-bağlayan zamanlayıcılardan istifadə edin.

Bəzi pərdələri sanki evdə biriləri varmış kimi açıq qoyun. Hamısını bərk-bərk bağlasanız, evdə olmadığınız dərhal anlaşıla bilər.

“Avtootvetçik”ə tətilə çıxdığınızı bildirən bir mesajı əsla qoymayın

Siqnalizasiya sisteminiz varsa, onu aktivləşdirin. Yoxdursa - yeni bir sistem təchiz edin. Evdə pul, qır-qızıl... qoymamağa çalışın. Bank kassası bunun üçün ideal məkan sayılır. Yox, əgər bankda hesabınız yoxdursa, çalışın ki, bunu yataq otağında gizlətməyəsiniz. Çünki oğrular bunların daha çox yataq otağında olduğunu təxmin edir.

Araşdırmalar bir oğrunun evə girməsi üçün ən çoxu 5 dəqiqə əziyyət çəkdiyini, alınmayanda isə vaz keçdiyini göstərir. Odur ki, əsas məsələ etibarlı qapı-pəncərədədir. Yəni siz oğrunun işini çətinləşdirmək üçün əlinizdən gələni edin. O 5 dəqiqədə qarşısına qoyacağınız maneələrin sayı nə qədər çox olarsa, eviniz və siz bir o qədər təhlükəsizlikdə olacaqsınız.

Qapı ustaları, səyyar alverçilər, dilənçilər - bunlardan qorunun!

Bizim bilmədiyimiz, amma polis qeydiyyatlarında yer alan məqamlardan biri də qapı ustaları ilə bağlıdır. Məlum olur ki, ev oğurluqları zamanı qapı ustalarının da yardımından xeyli istifadə olunur. Qapı ustası çağıranda mütləq tanıdığınız adama müraciət etməyiniz lazımdır. Mütəxəssislər məsləhət görür ki, internetdən, qəzet elanlarından qapı ustası tapmayasınız. Çünki onların potensial oğru olmayacağına heç kim zəmanət vermir. Bundan başqa, qapı açılmadığı vaxt əsla qonşuya müraciət etməyiniz də məsləhət görülmür. Bu gün qapalı qapınızı açan, onun sirrini öyrənən qonşunun sabah siz evdə olmayanda o qapını başqa niyyətlə açmayacağı haradan bəllidir?

Hazırda Bakıda daha çox narahatçılıq yaradan başqa bir məqama - blok girişlərinə də toxunaq. Bəzilərinə guya kod sistemi qoyulsa da əksəriyyəti taybatay açıq sayılır. Oğruların blokdan içəri girməsi çox asan olur. Qonum-qonşunun da köməyi ilə qapıların kod sistemini aktivləşdirin ki, işiniz asanlaşsın.

Ev oğruları arasında səyyar satıcılar da xüsusi yer tutur. Ona görə də mütəxəssislər hər qapını döyən adama qapı açmamağı məsləhət görür. Bu günə qədər Bakıda baş verən ev soyğunlarının 30 faizində səyyar satıcıların əli olur. Polis şöbələrindən aldığımız məlumata görə, səyyar satıcı qismində qapıya gələn ev oğruları üzlərinə qapı açıldığı təqdirdə ilkin araşdırma apara bilirlər. Məsələn, elə qapının ağzındanca evin kasıb, ya varlı olduğunu, eləcə də ev sahibinin durumunu müəyyənləşdirirlər. Bəzən isə ev sahibinə “filan maldan gələn həftə sizə gətirə bilərəm” mesajı verərək, sonuncunun evdə olub-olmadığını yoxlayırlar. Yox, əgər evin xanımı “gələn həftə burda olmayacağıq, mal gətirməyin” deyirsə, bu, artıq oğru üçün siqnaldır. Gələn həftə eyni vaxtda qapını döyür, açan olmayanda isə evə öz üsulları ilə girir.

Eyni hal dilənçilər, nəzir yığanlar, falçılar üçün də keçərlidir. Onlar da ev oğrularının bir nömrəli partnyoru, şərikidir. Bəzən bu kateqoriyadan olan adamlar israrla qapıları döyür, içəridən bir səs gözləyirlər. Polislər məsləhət görür ki, bu halda ev sahibləri içəridən onları acıqlı bir səslə qovsun. Onlara cavab verməmək həm də evdə heç kimin olmaması kimi də anlaşıla bilər. Habelə onlara evdəki uşağın cavab verməməsi məsləhət görülür. Çünki oğrular üçün “evdə heç kim yoxdur, təkəm” deyən uşaqdan böyük köməkçi ola bilməz.

Bakıda daha çox populyar olan bir hal isə evin açarının qapı ağzındakı əski parçasının altına qoyulmasıdır. Ev sahibləri bəzən evi tərk edəndə açarı qonşuya etibar etmək yerinə əskiyə etibar edir. Nəticədə isə bu, oğruların da işini asanlaşdırır. Çünki bu, çox populyar açar gizlətmə üsuludur.

Polislər və detektivlər bütün bu qorunma üsullarına diqqət etməyib evini oğrulardan qoruya bilməyənlərə də məsləhətlər verir. Evin oğurlandığını görənlər heç bir əşyaya toxunmadan, ip uclarını yox etmədən polisə xəbər verməlidir. Bundan başqa, hər ehtimala qarşı tətilə çıxmazdan əvvəl dəyərli əşyaların şəklini çəkmək məsləhət görülür. Tapılanda sizə məxsus olduğunu dəqiq anlamaq və təbii ki, sübut etmək üçün.
 
Strategiya.az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM