Məmmədov Malik Bəhmən oğlu 1972-ci ildə Qafan rayonunun Yuxarı Gödəkli kəndində anadan olub. 1990-cı ildə hərbi xidmətə çağırılıb. Uzaq Samara vilayətində 1 il 6 ay qulluq etdikdən sonra erməni quldurlarının Azərbaycan torpaqlarına təcavüzü Malikdə hiddət doğurur, düşməndən qisas almaq üçün, çətinliklə də olsa, uzaq Samaradan qaçıb Azərbaycana gəlməyə nail olur. Bu torpaqlarımız uğrunda gedən müharibənin şiddətləndiyi dövr idi.
Malik Azərbaycan torpaqlarını azğın düşmən caynağından xilas etmək üçün 1992-ci ilin aprel ayında könüllü olaraq cəbhəyə yola düşdü. İlk döyüşə Füzuli bölgəsindən başladı. Füzulinin Qacar, Divanlılar və başqa kəndləri uğrunda gedən döyüşlərdə fəallıq göstərib düşmənə ağır zərbələr vurdu. Döyüş bacarığına görə onu taqım komandirinin müavini təyin etdilər.
Həmin vaxt Malikin qulluq etdiyi tabor Məngələnata yüksəkliyini quldurlardan təmizləyir. Bu döyüşdə Malik düşmənin 1 ədəd "PK" pulemyotunu və döyüş sursatını ələ keçirir. Hərbi hissəyə qayıdarkən, qəflətən minaya toxunub ayağından və çənəsindən yaralanır. Buna baxmayaraq, ələ keçirdiyi silahları gətirib tabor kamandirinə təhvil verir. Malik müalicə olunmaq üçün hospitala göndərilir. Bakı hospitalında müalicə olunduqdan sonra, 1993-cü ilin dekabr ayında yenidən cəbhə bölgəsinə qayıdır.
Cəbhənin ən qaynar nöqtəsinə, Füzuli rayonuna qayıdan Malik rayonun Kürdmahmudlu, Şükürbəyli, Bəhmənli, Seyidəhmədli, Alxanlı kəndlərinin düşməndən təmizlənməsində böyük hünər göstərmişdir. Bu döyüşlərdə Malik düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv etmişdir. Cəbhə dostlarının söylədiklərinə görə, Malik dəstənin önündə getməyi xoşlayırdı və şəxsi igidlik göstərmədən geri dönmürdü.
1994-ci il yanvar ayının 13-ü Malikin axırıncı döyüş günü oldu. Həmin gün Malikin qulluq etdiyi tabor Aşağı Əbdülrəhmanlı kəndini düşməndən azad etmək üçün hücuma keçdi. Gecədən başlayan döyüş səhərə yaxın daha da şiddətləndi. Səhər xeyli itki verən düşmən Əbdülrəhmanlı kəndini tərk etdi. Malikin dəstəsi qaçan düşməni təqib edib 8 kilometr geriyə qovdu. Malik təkbaşına 12 düşməni və düşmənin 2 snayperini məhv etdi. Üçüncü snayperi vurmaq üçün irəliyə atıldı. Lakin bu zaman mənfur düşmən gülləsi Malikin başından dəydi. Malik son dəfə cəbhə yoldaşlarının üzünə baxıb, canından çox sevdiyi Vətən üçün son nəfəsini verdi.
Cəsur döyüşçü 1994-cü il yanvarın 14-də Şəhidlər Xiyabanında dəfn olundu. Ölümündən sonra döyüşlərdə göstərdiyi igidlik və şücaətinə görə Bakının Nərimanov rayonundakı küçələrdən birinə Malik Məmmədovun adı verildi. Həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2010-cu il sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş çavuş Məmmədov Malik Bəhmən oğlu "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Strategiya.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM