Strategiya.az bildirir ki, APA-nın Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, o, ölkənin Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüşüb.
Görüşdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
C. Uorlik region üzrə ekspertlər, hökumət nümayəndələri, QHT sektoru üzvləri və akademik dairələrin təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masaya da qatılıb.
Amerikalı həmsədr həmçinin Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğunun rəhbəri Maykl Tethemlə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.