Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə çıxış edərək ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai qaydanın təmini sahəsində əldə edilmiş uğurlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də önəmli rolunu diqqətə çatdırıb. Ramil Usubov ötən il bu qurumun nazirliyin digər xidmətləri ilə birlikdə üzərinə düşən vəzifələri, rəhbərlik tərəfindən qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirdiyini, bir sıra uğurlu tədbirlər həyata keçirdiyini, hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə olunmuş nəticələrin 2014-cü ilin müvafiq göstəriciləri ilə müqayisədə yaxşılaşdığını vurğulayıb.
Nazir ötən il din pərdəsi altında radikalizmi, fanatizmi, cəmiyyətdə ayrı-seçkiliyi və qarşıdurmanı təbliğ edən şəxslərin və təriqətlərin hüquqazidd fəaliyyətinin qarşısının alınması sahəsində fəaliyyətin nəzərəçarpan olduğunu, ilin sonlarında Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat zamanı Baş İdarə əməkdaşlarının cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərində fəal iştirak etdiyini diqqətə çatdırıb.
Sonra Baş İdarənin rəisi, polis general-mayoru Seyfulla Əzimov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə çıxış edib. O, deyib ki, həyata keçirilmiş profilaktik tədbirlərin nəticəsində ölkədə mütəşəkkil cinayətkarlığın səviyyəsi proqnozlaşdırılan səviyyədən kənara çıxmayıb, cinayətkar birlik və mütəşəkkil dəstələr tərəfindən ictimai rezonans doğuran cinayətlərin mütəmadi törədilməsi meyilləri müşahidə edilməyib. Belə ki, 2011-2015-ci illərdə ifşa olunmuş ağır və ya xüsusilə ağır cinayət törətmiş 1173 cinayətkar qrupun 4,2 faizini və ya 49-nu mütəşəkkil dəstələr təşkil edib. Həmin dəstələrin böyük əksəriyyəti törətdikləri ilk cinayətdən sonra zərərsizləşdirilib. Onların törətdikləri cinayətlərin 80 faizi mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsinə aid olub. Bununla belə, mütəşəkkil cinayətkarlığın, xüsusən onun daha təhlükəli növü olan transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib, xarici təsir mərkəzlərinin, onların ölkəmizdəki əlaqələrinin, maliyyə mənbələrinin ifşasına xüsusi diqqət yetirilib.
Diqqətə çatdırılıb ki, dini radikalizmə qarşı mübarizə tədbirləri çərçivəsində ölkənin konstitusion quruluşunun zorla dəyişdirilərək şəriət qaydaları ilə idarə edilən dövlət yaratmaq niyyəti güdən cinayətkar birlik ifşa olunub. Həmin birliyin üzvlərindən hüquq mühafizə orqanlarına qarşı silahlı müqavimətdə istifadə etməyə hazırlaşdıqları xeyli sayda odlu silah və partlayıcı maddə götürülüb. Gələcəkdə analoji mənfi meyillərin yaranmasının qarşısının alınması üçün tədbirlər görülür.
Vurğulanıb ki, kriminogen duruma mənfi təsir göstərmək baxımından odlu silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə də xüsusi diqqət yetirilib. Hesabat dövründə respublika üzrə qanunsuz silah saxlama ilə bağlı qeydə alınmış cinayətlərin 8,9 faizi Baş İdarə tərəfindən aşkar olunub. Baş İdarənin bu sahədə əvvəlki hesabat dövrü ilə müqayisədə göstəriciləri cinayətlərin sayında 2,7 dəfə, götürülmüş silahların sayında isə 2,5 dəfə yaxşılaşıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə də Baş İdarə qarşısında duran prioritet vəzifələrdən olub. Narkoticarətin cinayətkar aləmin əsas maliyyə mənbələrindən olması, eləcə də əsasən mütəşəkkil dəstələrin məşğul olması ehtimalları nəzərdən keçirilərək, bu sahədə əsas diqqət güclü təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasına, habelə onların qeyri-qanuni yollarla ölkəyə gətirilməsi və tranzit daşınması kanallarının ifşasına yönəldilib. Satış və ya satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 43 fakt aşkar olunub. Ümumilikdə 40 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bildirilib ki, keçirilmiş tədbirlərlə Bakıda, habelə Sumqayıtda, Qəbələdə və Ağsuda mülkiyyət əleyhinə bir sıra cinayətlər törətmiş, ümumilikdə 19 nəfərdən ibarət iki dəstə zərərsizləşdirilib. Quldurluq və qəsdən adam öldürmə, dələduzluq, habelə keçmiş illərdən adam oğurluğu və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə axtarılan 6 nəfərin tutularaq istintaqa təhvil verilməsi təmin olunub. Adam oğurluğu və hədə-qorxu ilə tələb etmə ilə mübarizəyə də xüsusi diqqət yetirilib, 18 hədə-qorxu ilə tələb etmə cinayəti aşkar edilib.
Ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vuran saxta əsginasların dövriyyəyə buraxılmasına qarşı mübarizə də davamlı olub. Bu sahədə respublika üzrə 45 cinayət faktı qeydə alınıb. Dövriyyədən çıxarılmış saxta əsginasların 50 faizindən çoxu Baş İdarənin əməkdaşları tərəfindən aşkar olunub.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində satışa çıxarılmış 6 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları götürülərək məhv edilib.
İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 98,3 faizinin və ya 2 milyon 755 min manatın ödənilməsi təmin olunub.
Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, hesabat dövründə Azərbaycan Beynəlxalq Bankından külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə Baş İdarədə başlanmış cinayət işinin istintaqı DİN rəhbərliyinin nəzarəti altında davam etdirilir. Vurulmuş maddi ziyanın ödətdirilməsi istiqamətində bütün mümkün tədbirlər görülür. Hazırda cinayət işinin ibtidai istintaqının yekunlaşma mərhələsində olmasına baxmayaraq, əlavə cinayət faktlarının aşkarlanması, eləcə də bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri gündəlik nəzarətdə saxlanılır.
Baş İdarənin rəisi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirib.
Əməliyyat müşavirəsinə yekun vuran nazir Ramil Usubov şəxsi heyətin hesabat dövründəki fəaliyyətini ümumən qənaətbəxş hesab edib. Nazir cinayətkarlıqla mübarizənin digər istiqamətlərində, o cümlədən bağlı qalmış qətllərin, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu, odlu silahın tətbiqi ilə törədilən quldurluqların açılmasında, iqtisadi fəaliyyət sahəsində, korrupsiya, insan alveri cinayətləri törədən mütəşəkkil dəstələrin müəyyən edilib zərərsizləşdirilməsində Baş İdarənin aparıcı rol oynamasının vacibliyini bildirib.
Ramil Usubov müasir informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, insan alveri, məcburi əmək və digər cinayətlərin vaxtında aşkar edilib adekvat tədbirlər görülməsini, profilaktikanın hər zaman diqqət mərkəzində saxlanılmasını, nazirliyin digər əməliyyat xidmətləri və ərazi polis orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsini, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil dəstələrə, ölkəmizin iqtisadi təhlükəsizliyi əleyhinə yönəlmiş cinayətlərə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin gücləndirilməsini tələb edib, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyələrini verib.
Daxili işlər naziri dövlətimizin başçısını əmin edib ki, şəxsi heyət Azərbaycan Respublikasının qanunlarından, Prezidentin fərman, sərəncam və tapşırıqlarından irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, mütəşəkkil cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində əldə olunmuş müsbət nəticələri cari ildə də uğurla davam etdirəcək.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM