APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri terrorçuların təxribat planları barədə məlumat daxil olandan sonra əməliyyata başlayıb. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb, onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, yaralanan təhlükəsizlik qüvvələrinin digər əməkdaşları xəstəxanaya yerləşdirilib, müalicələri davam etdirilir. Əməliyyatın təşkil olunduğu məhəllənin giriş-çıxışı bağlanıb.