Ekspert: İstanbulun mərkəzində törədilmiş teraktda məqsəd Türkiyənin Avropaya inteqrasiyasını əngəlləməkdir

09:44 / 17.01.2016

Türkiyə bu gün faktiki olaraq terrorla üz-üzə qalıb.

Bunu Trend-ə Türkiyədə baş verən son qanlı terror aktlarını şərh edən "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Ekspert bildirib ki, Türkiyə uzun zamandır terrorla mübarizə aparır: "Bu mübarizə ilk öncə PKK ilə bağlı idi. İndi isə terror aktlarının çevrəsi genişlənib. "İslam dövləti" pərdəsi altında öncə ölkənin Suriya ilə sərhəd məntəqələrində terror aktları törədilməyə başladı. Sonra isə ölkənin digər bölgələrində terror aktları törədilməyə başladı. Ankarada törədilmiş dəhşətli terror aktında nə qədər insan həyatını itirdi. Təəssüf ki, Türkiyədə son zamanlar törədilən terror aktlarının coğrafiyası artıq genişlənir. Bu, artan tendensiya ilə davam edir. İstanbulun mərkəzində Sultan Əhməd meydanında qanlı hadisə baş verdi. Son hadisədə alman turistlər hədəf götürülmüşdü".

Bu terror aktında hansı mesajlar verilib? Hansı istiqamətlər hədəf seçilib? Teraktın törədilməsi üçün nə üçün İstanbulun məhz ən mərkəz nöqtələrindən biri seçilib? Bu hadisədə niyə avropalı əcnəbilər hədəf seçilib? Terror aktının mahiyyətində hansı izlər görünür?

E.Ələsgərov hesab edir ki, Sultan Əhməd meydanında törədilən terror aktında Türkiyəyə Avropaya inteqrasiya olunmasının əngəllənməsi mesajı verilib: Ölkənin iqtisadiyyatına ziyan vurulur. Bu hadisədə həm də Almaniyaya mesaj verilir. Türkiyənin Avropa Birliyinə daxil olması prosesi gedir. Hətta vizanın ortadan qaldırılması məsələsi gündəmə gəlir. Bu hadisədə eyni zamanda, Avropa Birliyinə də mesaj verilir ki, Türkiyə terrorun hədəfidir və buna görə, bu ölkə avropalılar üçün təhlükəli ölkədir".

Bu məsələlər hansı qüvvələrin marağına xidmət edir? Türkiyənin Avropa Birliyinə daxil olması kimlərin marağında deyil?

Ekspert qeyd edib ki, bu məsələlər Türkiyəni Suriyadakı müharibəyə cəlb etmək və bu bölgədəki hadisələrin içərisində olmasını istəyən, eyni zamanda, qonşu ölkənin Avropa Birliyinə daxil olmasını, Avropa ilə yaxınlaşmasını istəməyən qüvvələrin marağındadır: "Türkiyə AB-yə daxil olduğu təqdirdə, Avropa bununla böyük müttəfiq qazanacaq, nailiyyətlər əldə edəcək. Törədilmiş bu terror aktında əsas məqsəd Türkiyəni Avropaya buraxmamaqdır. Bu prosesin qarşısını bəzi qüvvələr hətta terrorla almağa çalışırlar".

E.Ələsgərov deyib ki, Türkiyə regionda çox önəm daşıyan bir ölkədir: "Bu terror aktında "islam pərdəsi" də axtarılır. Türkiyə "islam dövləti"nin mərkəzini 8 saata dağıtmaq gücünə malikdir. Bu ehtimal inandırıcı deyil. Bu təhlükəni bilə-bilə onlar niyə İstanbulun mərkəzində terror aktı törətsinlər? Terror aktında hədəf Türkiyə vətəndaşları seçilməyib. Bu hadisədə Türkiyəyə və Almaniyaya mesaj verilib. Almaniya rəsmiləri bəyan etdi ki, terrorla mübarizədə Türkiyənin yanındadırlar. Yəni, Avropa Türkiyəni öz yanında görür".

Ekspert deyib ki, Türkiyə yeganə Avropaya yaxın ölkədir ki, Suriya ilə həmsərhəddir və bu müharibədə zərər görüb: "Terror aktlarından bu gün "silah" kimi istifadə olunur və çevrəsi genişlənir. Türkiyə çox təəssüflər olsun ki, bu hadisələrdən ciddi zərər görür və hələlik bu olayların qarşısını almaq mümkün olmur".

Qeyd edək ki, yanvarın 12-də İstanbulun Sultan Əhməd meydanında törədilmiş partlayış nəticəsində 10 Almaniya vətəndaşı həlak olub, 15 nəfər isə yaralanıb. Suriyadan olan terrorçu özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.

Terror aktını törətmiş terrorçu-intiharçı Nabil Fadlının anası erməni əsilli suriyalıdır.

N.Fadlı bu il yanvarın 5-də qaçqın adı altında Suriyadan Türkiyəyə gəlib.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM