Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da Yasamal rayonunda yaşayan Fəridə Qurbanova, oğlu Həmid və Günay Məmmədova mənzillərində dəm qazından zəhərləniblər. F.Qurbanova evdə ölüb, Həmid və G.Məmmədova xəstəxanaya yerləşdiriliblər.
Yanvarın 17-də Binəqədi rayonu ərazisində yaşayan Zərifə Salmanova, Yasamal rayonu ərazisində yaşayan Ramiz Zeynalov, Sumqayıt şəhərində yaşayan Nicat Hüseynov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Yanvarın 12-də Abşeron rayonu ərazisindən qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş Gülər Şirinova yanvarın 17-də orada ölüb. Araşdırmalarla onun qidadan deyil, dəm qazından zəhərlənməsi müəyyən edilib.
Hər bir faktla bağlı araşdırma aparılır.