Strategiya.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 17-də saat 14 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Əli Orucovun evində baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Ə.Orucovun oğlanları Xəzər və Emin yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.