Strategiya.az bildiri ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov dövlət başçısının iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
E.Nəsirov bildirib ki, çətin iqtisadi vəziyyətlərdə heç bir ölkədə əmək haqlarının, müavinətlərin, pensiyaların artırılması istiqamətində addımlar atılmır: “Bir çoxları düşünürdü ki, indiki şəraitdə Azərbaycanda müxtəlif kateqoriyalar üzrə əmək haqlarının, pensiyaların, müavinətlərin artırılması qeyri-mümkündür və heç bir halda belə bir addım atılmayacaq. Amma Prezident İlham Əliyevin son qərarları bir daha təsdiqlədi ki, hətta neftin qiymətinin 4 dəfə aşağı düşməsinə, ölkəyə valyuta daxilolmalarının azalmasına baxmayaraq, dövlətimiz öz sosial yönümlü siyasətinə sadiqdir və bu istiqamətdə addımlar atır. Qonşu ölkələrlə müqayisə etsək, bu ölkələrin heç birində ağır iqtisadi şəraitdə belə addımlar atılmayıb”.
E.Nəsirov qeyd edib ki, ölkə vətəndaşları dövlət başçısının sosial siyasətə mühüm əhəmiyyət verdiyini müşahidə edir və qiymətləndirirlər: “Bizim ən böyük naliyyətimiz odur ki, ölkədə siyasi sabitlik var, Azərbaycan xalqı və Prezident birlik nümayiş etdirir. Xalq öz Prezidentini müdafiə edir. Dövlət başçısı da daima xalqın mənafeyindən çıxış edir”.