Strategiya.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-də Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qəsəbə sakini Rəfiqə Ağayevanın küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni əmlak bölgüsü zəminində törətmiş qardaşı, əvvəllər məhkum olunmuş Şahbaz Xəlfəyev, arvadı Şəhla və oğlu, əvvəllər məhkum olunmuş İslam tutulublar.