Strategiya.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 18-də saat 21 radələrində Qəbələ rayonunun Aydınqışlaq kəndində baş verib. Kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Y.Cabbarlının azyaşlı qızı Xədicə tüstüdən boğularaq ölüb.