APA-nın Pakistanın DAWN nəşrinə istinadən verdiyi məlumata görə, terrorçular auditoriyalara və yataqxana otaqlarına soxularaq atəş açıblar.
RİA "Novosti" xəbər verir ki, ilkin məlumata görə, bir nəfər ölüb, altı nəfər yaralanıb.
Ümumilikdə universitetdə 3 minədək tələbə təhsil alır.
Polis iki partlayışın törədildiyi barədə məlumat yayıb. Güc strukturlarının əməkdaşları hadisə yerinə cəmləşirlər.
Qeyd edək ki, Heybər-Pahtunhva Pakistanın ən kasıb əyalətlərindən biridir. Əyalətin ərazisində Taliban döyüşçüləri aktiv fəaliyyət göstərirlər.
Strategiya.az