Strategiya.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan "ANADOLU" restoranının mətbəxinin tüstü borusunun şüşə pambıqdan ibarət üzlüyü 2 p.m yanıb. Restoran yanğından mühafizə olunub.
Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.