ATƏT sədri: "Azərbaycan strateji Cənubi Qafqaz və Xəzər regionunda vacib tərəfdaşdır"

10:05 / 22.01.2016

Trend-in ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə müsahibəsi.

- Almaniya və Azərbaycan arasında mövcud ikitərəfli siyasi əlaqələri necə qiymətləndirirsiniz? Almaniyanın yaxın gələcəkdə Azərbaycanla əlaqələrdə əsas prioritetləri nələr olacaq?

- Bizim üçün enerji resursları ilə zəngin olan Azərbaycan strateji Cənubi Qafqaz və Xəzər dənizi regionunda vacib tərəfdaşdır. 2015-ci ildə iqtisadi əməkdaşlığımız artdı və bu təkcə Almaniyanın Azərbaycandan xeyli həcmdə neft almasına görə deyil. Almaniya-Azərbaycan Ticarət Palatası çox fəaldır.

Bundan başqa, biz mədəni və humanitar mübadiləmizin genişləndirilməsində maraqlıyıq. Bizim səfirlik və Almaniyanın Kapelhaus mədəniyyət mərkəzi çoxlu mədəni tədbirlər, konsertlər və sərgilər keçirir. Azərbaycanın 9 məktəbində birinci xarici dil kimi alman dili tədris edilir və bizim azərbaycanlı tələbələr üçün bir neçə təqaüdlərimiz də var.

Bunların hamısı ikitərəfli əməkdaşlığımızın vacib vektorlarıdır və biz bundan sonra da onları inkişaf etdirmək niyyətindəyik. Biz istəyirik ki, Azərbaycan regionda sabitliyin vacib elementi olsun.

- Almaniya bu il ATƏT-də sədrlik edəcək. ATƏT ərazisində davam edən münaqişələri diqqətə alaraq Almaniya hansı formada Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllinə və sülh sazişi üzərində işə başlamağa yaxınlaşdıra bilər?

- Sədrliyimizin əsas istiqaməti dialoq və etimadın bərpa edilməsi, eləcə də təhlükəsizliyin bərqərar edilməsidir. Biz ATƏT çərçivəsində regional münaqişələrin həllinin tapılması cəhdlərinə aktiv diqqət yetirəcəyik. Lakin biz ATƏT-i açıq və konstruktiv dialoq üçün platforma kimi də inkişaf etdirmək istəyirik. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, düşünürük ki, bu yaxınlarda müşahidə etdiyimiz gərginliyin artması heç kimə sərfəli deyil. Buna görə də ATƏT-in sədri kimi ATƏT-in Minsk qrupunun münaqişənin həlli işində səylərini dəstəkləyəcəyik. Bu, bütün regionun sabitliyi üçün çox vacibdir və biz hər iki tərəfin konstruktiv yanaşmasına ümid edirik.

- Almaniya ATƏT-in sədri olaraq Türkiyə ilə Rusiya arasında gərgiliyin azaldılmasına necə köməklik göstərə bilər?

- Türkiyə ilə Rusiya beynəlxalq cəmiyyətin və ATƏT-in mühüm üzvləridir. Hər iki dövlət regionda sülhün və sabitliyin təmin olunmasında böyük məsuliyyət daşıyır. Bu ölkələr həmçinin Suriyada vətəndaş müharibəsinin qarşısının alınması, eləcə də İŞİD-ə qarşı mübarizədə beynəlxalq səylərdə mühüm rol oynayır. Buna görə də biz Türkiyə və Rusiyanı ikitərəfli münasibətlərdə yaranmış böhrandan konstruktiv çıxış yolları tapmağa çağırırıq.

- Hazırda Avropada qaçqın böhranı yaşanmaqdadır. Sizin fikrinizcə, bu böhrandan çıxış yolları hansılardır?

- Böyük sayda qaçqınlar bizim ölkələrimiz və cəmiyyətlərimiz üçün böyük sınaq və çağırışdır və biz bu məsələləri təcili həll etməliyik. Əlbəttə, biz sərhədlərimizin müdafiəsinin təmin edilməsi üzərində iş aparmalıyıq. Biz bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq edirik. Və biz əlimizdən gələni edirik ki, Suriyadakı vətəndaş müharibəsi kimi insanları öz ölkələrini tərk etməyə məcbur edən münaqişələrin həlli tapılsın. Bu o deməkdir ki, biz qaçqın probleminin yaranma səbəblərini aradan qaldırmalıyıq. Heç bir ölkə təklikdə bu problemi həll edə bilməz və bu istiqamətdə yekdil bir qərar yoxdur. Ona görə də biz həm Avropa daxilində, həm də Avropadan kənarda xarici tərəfdaşlarımız ilə birgə hərəkət etməliyik.

 

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM