Strategiya.az bildirir ki, Lent.az-ın məlumatına görə, Yasamal rayonu, Araz küçəsi 2 ünvanının qarşısında Xətai rayon sakini Ələkbərzadə Əlövsət Mətləb oğlunun “Toyota Land Cruiser” markalı avtomobilindən 300 manat və bahalı telefon oğurlanıb.
Yanvarın 20-də saat 12-dən 14:45 radələrinədək olan müddətdə naməlum şəxs və ya şəxslər avtomobilin sol arxa şüşəsini sındıraraq oğurluq əməlini gerçəkləşdiriblər. Ə.Ələkbərzadə hadisə ilə bağlı dərhal polisə müraciət edib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Ə.Ələkbərzadə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada aparıcı mütəxəssis vəzifəsində çalışır.