Virtualaz.org saytı «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmisi İqor Konaşenkov deyib: «Bu xəbərlər tamamilə uydurmadır. Suriyada terrorçuların infrastrukturunun məhv edilməsi tapşırıqlarını yerinə yetirən bütün təyyarələrimiz aviabazaya qayıdıblar».
Rusiyanın Müdafiə Nazirliyində onu da bildiriblər ki, bu ölkənin Suriyadakı hərbi bazasında 50 jurnalist çalışır və onlardan belə bir faktı gizlətmək mümkün olmazdı.
Strategiya.az