Yalnız Azərbaycan üçün xarakterik olan çilələr: Yaxınlaşmaqda olan “Kiçik çilə” nədən daha soyuq keçir?

09:15 / 25.01.2016

Rəvayətə görə, çilələr qışın oğullarıdır. Çilələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. Daha çox davam edən “Böyük çilə” 40, “Kiçik çilə” 20 gün, bundan sonra isə 1 ay davam edən "boz ay" olur.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan Trend-ə verilən məlumata görə, Azərbaycanın bəzi bölgələrində böyük çilədən çıxıb kiçik çiləyə keçəndə müəyyən mərasimlər keçirilir. Belə mərasimlərdən biri “çilə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan "çilə qarpızları" kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.

Kiçik çilənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir: “Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir: qovurğa qovrulur, qovut çəkilir və bu qovut qaba çəkilib bir tərəfə qoyulur ki, Xıdır Nəbi gəlib ona əlini çəksin və həmin il bolluq olsun”.

AMEA-nın Coğrafiya İnstitutundan isə Trend-ə bildirilib ki, qışın böyük və kiçik çilələrinin olması məsələsi yalnız Azərbaycan xalqı üçün xarakterikdir. Başqa xalqlarda qış bu formada mərhələlərə bölünmür.

İnstitutdan əlavə edilib ki, dekabrın 22-dən başlayaraq yanvarın 30-da bitən, təqribən 40 gün davam edən “Böyük çilə” dövründə hava tədricən soyuqlaşsa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklər olsa da, onların intensivliyi az olur: “Azərbaycanda qışda ölkə ərazisinə yalnız arktik hava kütlələri daxil olanda hava soyuq keçir. Yanvarın sonunda temperatur bir qədər yüksək olanda havanın atmosfer təzyiqi aşağı düşür. Nəticədə də şimaldan daha soyuq hava kütlələri daxil olur”.

İnstitutdan qeyd edilib ki, iyirmi gün davam edən “Kiçik çilə” isə fevralın əvvəlindən başlayaraq, fevralın 20-dək müşahidə edilir: “Həqiqətən də “Kiçik çilə” “Böyük çilə”yə nisbətən həmişə daha soyuq, sərt olması ilə diqqəti cəlb edir. “Kiçik çilə”də havanın temperaturunun düşməsində daha çox kəskinlik müşahidə edilir, yağış və qar daha çox yağır. Yanvarın sonunda havanın temperaturu nisbətən mülayim olsa da, fevralda temperatur daha kəskin aşağı düşür. Bəzən elə olur ki, həmin dövrdə bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir”.

İnstitutdan bildirilib ki, “Kiçik çilə”nin daha soyuq olduğu bildirilsə də, bu, elmi əsaslara söykənmir. Azərbaycanda məhz “Kiçik çilə”nin hansı səbəbdən daha soyuq keçməsinin səbəbini elmi əsaslarla izah etməkdən ötrü hər hansı elmi araşdırma aparılmayıb. Çilələrdə havaların necə keçməsi ilə bağlı fikirlər sadəcə, xalq müşahidələrinin nəticələridir.//Trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM