Bu gün, saat 13.00-da AŞPA plenar iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzələr səsə qoyulacaqdır. Bu məruzələrin hər ikisi ötən ilin noyabr ayında Komitə iclaslarında böyük səs çoxluğu ilə qəbul edilib. AŞPA təcrübəsində ilk dəfədir ki, Komitələrdə qəbul edilmiş məruzələr plenar iclasda belə ciddi təzyiqlərə məruz qalır. Ermənistan rəsmilərinin sessiya ərəfəsindəki açıqlamalarında bu məruzələrə qarşı necə ciddi hazırlıq işləri aparıldığı geniş şərh olunurdu.
Dünən, sessiyanın ilk günündə isə biz bunun canlı şahidi olduq. Ermənistan bu sessiyaya güclü silahlanaraq, ağır döyüş maşınları ilə gəlmişdir. Ermənistan Avropa Şurasına bütün üzv ölkələrin prezidentləri, baş nazirləri və digər aparıcı şəxsləri vasitəsilə, hətta din amilini önə çəkərək din xadimləri vasitəsilə AŞPA üzvlərinə təsir və təzyiqlər ediblər. İşğalçı Ermənistan və işğala dəstək verən çoxsaylı anti-Azərbaycan qüvvələri tərəfindən hər məruzənin əleyhinə ayrıca strateji plan hazırlanmışdır.
“Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsinə Ermənistan tərəfindən 21 düzəliş verilmişdir. Bu düzəlişlər məruzədəki əsas məqamların, işğal faktını ifadə edən kəskin bəndlərin çıxarılmasını nəzərdə tutur ki, bununla da onlar məruzənin tam əhəmiyyətsiz vəziyyətə gətirilərək qəbul edilməsinə nail olmaq istəyirlər.
“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” məruzəsinin əleyhinə hazırlanmış strategiya isə tam fərqlidir. Ermənistan tərəfi bu məruzəyə heç bir düzəliş verməmiş və qarşılarına bu məruzəni bütövlüklə məhv etmək məqsədi qoymuşlar. Bunun üçün onlar 3 pilləli ssenari ilə işləyirlər:
Onlar birinci istiqamət üzrə artıq sessiyanın ilk günü, 25.01.2016-cı il tarixində işə başlamışlar. AŞPA prosedur qaydalarına zidd olaraq, Azərbaycanın qatı düşməni AŞPA Baş Katibi Voytsex Savitski Büroya təzyiqlər edərək məruzənin Komitəyə qaytarılmasını təklif edib. Lakin bu təklif Büronun dünənki iclasında rədd edilib. Düşmənlərimiz daha sonra siyasi fraksiyalarda hücuma keçdilər. AŞPA-nın 5 siyasi fraksiyasının ikisində - Sosialislət və Solçular qruplarında məruzələrin Komitəyə qaytarılması qərara alınıb, digər fraksiyalarda isə Ermənistanın müdafiəsi üçün çoxsaylı cəhdlər olub.
Qeyd edim ki, işğal məruzəsinin müəllifi Robert Volter artıq parlamentari kimi AŞPA-da təmsil olunmur. Bu səbəbdən Ermənistan ilk növbədə məruzənin Siyasi Komitəyə qaytarılması üçün çalışır. Bu halda ermənilər Komitədə ermənipərəst bir deputatı məruzəçi seçdirmək istəyirlər ki, bununla da onlar bu məruzənin tamamilə aradan çıxarılmasına, öz işğalçı siyasətlərini ört-basdır etməyə nail olmaq niyyətindədirlər.
Bir neçə gün əvvəl ATƏT-in Minsk Qrupu tərəfindən AŞPA-ya verilmiş xəbərdarlıq bəyanatı da birbaşa işğalçının maraqlarına xidmət edir. Bununla Minsk Qrupuna həmsədr ölkələrin siyasi hakimiyyətinin Ermənistanın müdafiəsində durduğu açıq-aydın görünür.
Bu gün Avropa işğalçı Ermənistanın müdafiəsinə qalxıb, işğala məruz qalmış Azərbaycana qarşı isə aqresiya və qəzəb hökm sürür.
Elxan Süleymanov
Millət Vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
26.01.2016
Strasburq, Fransa
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM