Strategiya.az bildirir ki, bir neçə saat bundan əvvəl Nəsimi Rayon Polis İdarəsindən haqqın.az saytının kriminal araşdırmalar şöbəsinə Bakıda növbəti hadisə barədə məlumat verilib və bu olayda, göründüyü kimi, yenə də yüksək vəzifəli məmurların qohumları və dostlarının adları hallanır. Polis orqanlarının məlumatına əsasən, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma stansiyasının əməkdaşını döyüb. Hadisə nəticəsində YDM-nin mühafizəçisi, 1988-ci il təvəllüdlü Sadiq Bağırov ağır bədən xəsarəti alıb.
Hələlik polis hadisənin təfərrüatlarını açıqlamayıb və yalnız Sadiq Bağırovu qəddarcasına döymüş qoluzorlular qrupunun yanacaqdoldurma stansiyasına gəldiyi avtomobilin markasını bildirib. Polis idarəsinin məlumatına görə, söhbət Bentley avtomobilindən gedir.
Biz avtomobilin sahibinin şəxsiyyətini və paytaxtın tən ortasında növbəti şok effekti yaradan qanunsuzluğun detallarını müəyyənləşdirmək üçün araşdırmaya başladıq və bəzi şeyləri öyrənə bildik.
Ötən gecə saat 4:00-da tanınmış Azərbaycan generalının oğlu, qohumu və onların dostları 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində Tbilisi prospektində yerləşən AZPETROL yanacaqdoldurma stansiyasına gəliblər. YDM əməkdaşından avtomobilə yanacaq vurmağı xahiş edəndən sonra gənclərdən biri əməkdaşa maşının pəncərəsindən 100 manatlıq əskinas uzadıb. Yanacaqdoldurma stansiyasının əməkdaşı deyib ki, xırdası yoxdur və onu gözləməyi xahiş edib. Bu cavab Bentley-nin sərnişinlərinin xoşuna gəlməyib və onlar gənc oğlanla sözləşməyə başlayıblar. Vəziyyəti aydınlaşdırmaq üçün YDM-nin mühafizəçisi Sadiq Bağırov maşına yaxınlaşıb və işin nə yerdə olduğunu öyrəndikdən sonra nəzakətli tərzdə gözləməyi xahiş edib ki, əməkdaş pulu xırdalaya bilsin.
Nədənsə bu cavab xuliqanları özündən çıxarıb və onlar avtomobildən çıxaraq mühafizəçini müşahidə kameralarının olmadığı, YDM-nin ərazisində yerləşən mağazaya tərəf çəkib aparıblar. Bir neçə dəqiqə sonra elə həmin yerə ikinci avtomobil – ağ rəngli Prado yaxınlaşıb. Onun içindən bir neçə nəfər idmançı bədən quruluşlu gənc çıxıb və YDM işçiləri ilə keşikçilərini kütləvi şəkildə döyməyə başlayıblar. Həmin vaxt yoldan keçən vətəndaşlardan bəziləri dalaşanları ayırmağa cəhd etsələr də, özləri də azğınlaşmış qoluzorlulardan nəsiblərini alıblar.
Lakin kütləvi dava xuliqanlara az görünüb və Bentley-nin sürücüsü maşının yanına qayıdaraq, oradan silah götürüb və hamını güllələyəcəyi ilə hədələməyə başlayıb. Dostlarından biri silahı onun əlindən almağa müvəffəq olub.
Bundan sonra da Bentley-nin sakitləşmək bilməyən sahibi POS-terminalı qopararaq onunla mühafizəçi Sadiq Bağirovun başına zərbələr endirib.
Çox ehtimal ki, avtomobilin sahibi və dostları güclü sərxoşluq vəziyyətində olublar. Bir müddət sonra hadisə yerinə polis və təcili tibbi yardım maşınları gələrək, təhqiqata başlamış və yaralıları xəstəxanalara aparmışlar.
Haqqın.az məlumatlı mənbələrdən öyrənə bilib ki, hadisənin baş qəhrəmanı nüfuzlu Azərbaycan generalının qohumu İsa Əzizov olub.
Araşdırma vaxtı bizə bir fakt da məlum olub. Məhz bu idmançı qrupu ötən ilin may ayında Bakıdakı Famous karaoke klubunda qizları döymüşdü.
O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş.
Ötən ilin may ayındakı hadisədən sonra İsa Əzizovun barəsində CM 221-ci maddəsi üzrə (xuliqanlıq) cinayət işi qaldırılmışdı. Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin müstəntiqi Müşfiq Cəbrayılov qeyd etmişdi ki, polisin İsa Əzizovun harada olması ilə bağlı məlumatı yoxdur və o, axtarışa verilib.
Təəssüf ki, İ.Əzizovun axtarışı ilə başlı bütün tədbirlər nəticəsiz qalıb – o, azadlıqda olub və cəzasını almayıb. Hamının gözü qarşısında bu cür cəzasızlıq İ.Əzizovun əl-qolunu açıb və o, Bakının mərkəzində kütləvi davalar törətməkdə davam edir.
Haqqın.az Bakı Yol Polisi İdarəsinə müraciət edərək öyrənib ki, 90-HN-999 dövlət nömrə nişanlı Bentley markalı avtomobil qeydiyyatda yoxdur. Lakin bu nömrə ilə başqa bir maşın qeydiyyata alınıb. Onun markası isə Toyota Land Cruiser-dir və Nurlan Bənnayevin adına qeydiyyatdan keçib, etibarnamə ilə Qamət Məmmədova verilib.
Yeri gəlmişkən, ötən ilin may ayında baş vermiş hadisədən sonra Diana Babayeva polisə yazdığı ərizədə Toyota Land Cruiser avtomobilinin sahibi tərəfindən döyüldüyünü qeyd etmişdi. Cinayət törədilən vaxt elə həmin İsa Əzizov avtomobilin sükanı arxasında olub.
Bu material dərc edilməyə hazırlanarkən DİN əməkdaşları məlumat verdilər ki, xüsusi əməliyyat keçirilib və onun nəticəsində İsa Əzizov və dostları – davada iştirak etmiş digər idmançılar saxlanılıblar. İ.Əzizovu Nəsimi RPİ-nin 20-ci bölməsinin əməkdaşları yaxalayıblar. Hazırda o, Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama şöbəsində həbsdədir.
Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr həmçinin idmançıların hansısa tanınmış generalla qohumluq əlaqələrinin olmadığını, onların sadəcə olaraq, özlərini bu cür qələmə verdiklərini söylədilər...
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM