Strategiya.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Turan Yusifovdan rəngli printerdə hazırlanmış 25 ədəd 50, 8 ədəd 20 və 3 ədəd 5 manatlıq saxta əsginas götürülüb.