Qış Məktəbinin açılış mərasimi 14 noyabr saat 15.00-da Olimpik İdman və İstirahət Mərkəzində (Novxanı qəsəbəsi) təşkil olunmuş, açılış mərasimində müxtəlif institut və universitetlərin gənc alim və tədqiqatçılar, KİV təmsilçiləri iştirak etmişlər.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, layihənin koordinatoru fəlsəfə doktoru İlqar Orucov tədbiri açaraq bildirdi ki, "Gənc Alimlər üçün Qış məktəbi" layihəsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, elmi gəncliyin fəaliyyətinin daha səmərəli qurulması və potensialının reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına optimal şərait yaradılması məqsədini daşıyır. Natiq həmçinin, elmi gəncliyin effektiv fəaliyyət göstərməsi üçün dövlətimizin və eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun bu istiqamətdə yaratdığı imkanlardan, reallaşdırdığı layihələrdən danışdı.
Tədbir günlərində "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan",
"Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları", "İnnovasiyalı cəmiyyətə doğru", "Müasir nanotexnologiyalar" adlı seminarlar, eyni zamanda Qış Məktəbi günlərində elmi-innovativ işlərin, elm-təhsil mübadilə proqramlarının təqdimatları,eyni zamanda mədəni-idman tədbirləri həyata keçirilmişdir.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Asif Mustafayev Biznes inkubatorlar , karyera mərkəzləri, Azərbaycanda tətbiqi imkanları haqda iştirakçılara geniş məlumat verdi, seminar çərçivəsində iştirakçılar informasiya və biliklər əldə etdilər.
İqtisad elmləri üzrə fəlsəfə doktoru dosent Samirə Abbasova "İnnovasiyalı cəmiyyətə dogru" adli seminar keçdi, seminarda qarşılıqlı diskussiyalar təşkil olundu.
Tədbir günlərində Qafqaz Universiteti Texnoparkının müdiri dosent İsa Qasımov texnoparklar haqqında iştirakçılara informasiya verdi, Qafqaz Universitetinin imkanları haqda və Universitetdı yaradılmış Texnopark barədə presentasiya keçirdi. Qafqaz Universitetinin prorektoru doktor Şahin Duran gənc tədqiqatçıları Universitetdə keçirilən müsabiqələr barədə bilgiləndirdi.
Həmçinin kimya elmləri doktoru Reyhan Əliyeva muasir nanotexnologiyalar haqqında seminar apardı, seminar elmi presentasiyalarla davam etdi.
Qış Məktəbində Almaniya Akademik Mübadilə Mərkəzinin (DAAD) Azərbaycan nümayəndəliyinin rəhbəri Nikola Ulisiç elmi mübadilə proqramları haqqında iştirakçılara ətraflı məlumatlar verdi, informativ çap materialları paylandı.
Qış Məktəbi iştirakçılarına tədbir günlərində mədəni-idman tədbirləri təşkil olundu. Qış Məktəbində AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və Universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar arasından seçilmiş iştirakçılar iştirak etdilər.
Layihə nəticəsində:
- Gənc alimlərə 4 gün ərzində "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan", "Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları", "İnnovasiyalı cəmiyyətə doğru", "Müasir nanotexnologiyalar" adlı seminarlar keçildi;
- Seminarlar qarşılıqlı diskussiyalar, fikir mübadiləsi formasında keçdi, gənc alim və tədqiqatçılar geniş bilik və informasiyalar əldə etdilər;
- Qış məktəbi günlərində Qafqaz Universiteti rəhbərliyi ilə gənc alimlər arasında dikussiyalar keçirildi və Qafqaz universiteti Texnoparkı ilə gələcək əməkdaşlığın prinsipləri müəyyənləşdi, gənc tədqiqatçılar üçün yeni elmi yaradıcılıq imkanları yarandı;
- Tədbir çərçivəsində beynəlxalq elm-təhsil mübadilə proqramlarının gənc alim və tədqiqatçılar arasında təbliği işi təşkil edildi;
- Gənc alim və tədqiqatçılar Qış Məktəbi günlərində mədəni - idman tədbirləri ilə öz vaxtlarını səmərəli keçirdilər.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM