Xolesterin ziyanlıdır, yoxsa xeyirli...

10:32 / 28.01.2016

“Onun miqdarının normadan az olması xərçəng riskini artırır, yaddaş zəifliyi yaradır, parkinson xəstəliyinə, həmçinin insulta, aqressiyaya səbəb olur” 

 Xolesterinin ziyanlı və ya xeyirli olması ətrafında uzun müddətdir ki, müzakirələr gedir. Bir sıra alimlər, həkimlər xolesterinin heç bir ziyanının olmadığını desələr də, bir qrup bunun tam əksini deyir. Xolesterinin insan həyatı üçün təhlükəli olduğunu düşünənlərdən biri də Türkiyə kanallarında tez-tez gündəmə gələn professor, doktor Canan Karataydır. O, bir müddət öncə xolesterinlə bağlı öz məsləhətlərini verib, bunun insan həyatı üçün ciddi təhlükə mənbəyi olduğunu bildirmişdi.

 
Professorun sözlərinə görə, insanlar xolesterinin qarşısını almaq üçün çörəkdən və şəkərdən imtina etməlidir. Professor şəkərin insan üçün ən şirin zəhər olduğunu bildirərək insanlara 2 dilimdən artıq çörək yeməməyi məsləhət görüb. Çörək yeməkdən doymayan inşaat işçilərinin isə doyması üçün çörəksiz 10 yumurta və 2 turp yeməli olduğunu bildirib. Yağların ürək böhranı, damar tıxanıqlığı, damar sərtləşməsi, xərçəng, şəkər xəstəliyi kimi xəstəliklərə səbəb olduğunu deyən C.Karatay kökəlməyin genetik olmadığını, yalnız 1980-ci ildən sonra kilolu insanların sayının artdığını bildirib. Bunun səbəbini isə şəkərdən istifadənin artmasında görən professor qarınlı insanların gizli şəkər xəstəsi olduğunu bildirib. 
 
Qərbdə aparılan son elmi tədqiqatların müəllifləri isə bu barədə deyilənlərin mifdən başqa bir şey olmadığını iddia edirlər. Tədqiqatlar nəticəsində məlum olub ki, çoxlarının zərərli bildiyi və müxtəlif pəhriz və müalicələrlə qurtulmaq istədiyi xolesterinin insan orqanizminə faydaları var. Hətta onun azlığı insan səhhətində fəsadlara səbəb ola bilər. Mövzunu araşdıran Rusiyanın tibb elmləri namizədi, həkim O.I.Senyova bildirir ki, əgər əvvəlki nəsillər xolesterindən qurtulmaq üçün qatı pəhrizlər saxlasaydı, müasir insanın beyin funksiyaları xeyli geriləmiş olardı. Həkim xolesterinin miqdarında kəskin azalmanın orta yaşlılarda və qocalarda ciddi yaddaş zəifliyinə səbəb olduğunu, həmçinin orqanizmin stressə qarşı mübarizəsini zəiflətdiyini bildirib: “Qida rasionunda heyvan mənşəli yağlar azalarsa, böyrəklər normadan artıq yüklənmiş olacaq. Yaşam üçün xolesterinin olması zəruridir. Əks halda, böyrəklər bu maddəni karbohidratlardan almalı olacaq. Qidalarda xolesterinin azlığı böyrəklər üçün çox ciddi böhran deməkdir. Heç kim bilmir ki, xolesterin antioksidant təsirə malikdir. Onun miqdarının normadan az olması xərçəng riskini artırır, yaddaş zəifliyi yaradır, parkinson xəstəliyinə, həmçinin insulta, aqressiyaya və bəzi hallarda özünü öldürmə həddinə gəlib çıxmağa səbəb olur. Əgər kimsə bədənində xolesterinin az olması ilə öyünürsə, o adamla mümkün qədər mülayim davranmağa çalışın”.
 
Rusiyalı həkimin sözlərinə görə, illərdir oturuşmuş yanlış informasiyanın qurbanları da olub. Onlardan biri də ABŞ-ın keçmiş prezidentlərindən biri Duayt Eyzenxaurdır: “İlk infarktdan sonra həkimlər onu aşağı xolesterinli pəhrizə oturdublar. Pəhrizə baxmayaraq, xolesterinin miqdarı yüksəlməyə başlayıb”.
 
Göründüyü kimi, xolesterin haqda iki fərqli fikir mövcuddur. Bu istiqamətdə hələ də araşdırmalar aparılır. “Hər şeyin çoxu zərərdir” misalından istifadə edərək insanlar bədənlərindəki xolesterinin miqdarını qaydasında saxlamağa çalışmalıdırlar. Ancaq təəssüflər olsun ki, ölkəmizdə buna diqqət edən yoxdur. Azərbaycan əhalisinin 5 faizi qanındakı xolesterinin miqdarını bilirsə, Amerika və Avropada əhalinin 80 faizi qanlarındakı xolesterinin miqdarını öyrənir və onu qaydasında saxlamağa çalışır. 
 
Ümumiyyətlə, xolesterin həyat üçün lazımlı olan mum konsistensiyalı yağvari bir maddədir və qaraciyər hüceyrələrində hazırlanır. Çox az miqdarda hazırlanmasına baxmayaraq, həmin maddə bütün hüceyrə qişalarının yaradılmasına, öd turşularının, hormonların və D vitamininin əmələ gəlməsinə kifayət edir. Lakin qəbul edilən qidanın təsiri ilə xolesterin ifrazının artması onu faydalı maddədən sağlamlığın bir nömrəli düşməninə çevirir. Qandakı xolesterinin çoxunu “yaxşı” və “pis” xolesterin təşkil edir. “Yaxşı” xolesterinin ürək-damar xəstəliyinə qarşı qoruyucu olduğu güman edilir. “Pis” xolesterin isə damar sərtliyi və ürək-damar xəstəliyi təhlükəsinin qaynağıdır. Bu səbəblə, müalicə zamanı əsas hədəf “pis” xolesterini azaltmaqdır.Mütəxəssislər iddia edir ki, qanda xolesterinin yüksək olması ateroskleroza (ürək-damar sistemi xəstəliyi) və artıq piylənməyə gətirib çıxarır. Kaliforniya Universitetinin alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, sarımsaq ekstarktı damarları xolesterindən təmizləyir və ürək xəstəliklərinin inkişafının riskini azaldır. Bundan əvvəl də aparılan  araşdırmalar göstərib ki, xırda doğranmış təzə sarımsaq ürəyin fəaliyyətinə müsbət təsir göstərir, qan dövranını yaxşılaşdırır. Diabet xəstələrində sarımsağın qəbulu ürək xəstəliklərinin inkişafının riskini azaldır.
 
/musavat.com/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM