Bakıda mənzillər "su qiymətinə" düşür

15:51 / 28.01.2016

"Daşınmaz əmlak bazarında hələ belə durğunluq olmamışdı. Mənzillərin qiyməti hər gün bir az da aşağı düşür. Məsələn, Nərimanovda 90-95 min manata satılan 1 və ya 2 otaqlı mənzillər indi 60-65 minə təklif edilir. Kifayət qədər ucuzlaşma olsa da, bir dənə də olsun alıcı yoxdur. Demək olar ki, alqı-satqı dayanıb".

Strategiya.az bildirir ki, bunu anspress-ə Nərimanov Rayon Məhkəməsi yaxınlığında maklerliklə məşğul olan İlqar Mustafayev deyir. Onun sözlərinə görə, manatın "üzən məzənnəyə" keçidindən sonra evlərin qiyməti də 20-25% düşüb.
Mənzillərin qiymətinin ucuzlaşdığını paytaxtın digər ərazilərində fəaliyyət göstərən maklerlər də etiraf edirlər. Bu sahədə çalışan Mirzə Əliyev deyir ki, qiymətlərdə 10-20 min arası ucuzlaşma var. Bu prosesin hələ davam edəcəyi də istisna edilmir. 

Tək alqı-satqıda yox, elə kirayə bazarında da müştəri qıtlığı yaşanır. Ötən il 250-300 manatlıq evlər 100-50 manat aşağı təklif edilsə də, kirayə ev axtaran insanlar üçün bu qiymətlər də hazırda münasib deyil. Bir sözlə, qiymətlər aşağı düşsə də tələbat sıfır səviyyəsindədir.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun da fikrincə, qiymətlərdə eniş hələ bir müddət davam edəcək. Onun hesablamalarına görə, hazırda əmlak bazarında qiymətlər 22 faiz, konkret mənzil bazarındasa bundan bir qədər çox - 26 faiz azalma var. 

Bu azalmaya baxmayaraq qiymətlər hələ də yüksəkdir. Bu fikirlə ekspert də razılaşır. O deyir ki, qiymətlər reallıqla uzlaşmır.

"Əmlak bazarındakı durum həm xarici, həm də daxili amillərlə bağlıdır. Xarici amil kimi buna neftin qiymətinin düşməsi, eləcə də Rusiyadan gələn pul kütləsinin azalması təsir edir. Daxili amillərə gəlincə, insanların psixoloji baxımdan neqativ gözləntiləri var. Ona görə də əllərindəki vəsaiti xərcləməyə qorxurlar, qara günlər üçün ehtiyat saxlayırlar". 

Mənzil bazarında canlanma yaratmaq üçün xaricdən maliyyə axını olmalıdır. Bundan başqa, ölkəmizdə ev almaq istəyən əcnəbilərə müxtəlif güzəştlərin tətbiqi zəruridir. Xaricilərin daşınmaz əmlak bazarına axınını sürətləndirmək üçün əcnəbilərin, elə qardaş Türkiyənin təcrübəsindən istifadə oluna bilər. Məsələn, 2013-cü ilin fevralına qədər Türkiyədə ev almaq bir az çətin idi. Amma yeni qanuna görə, indi Türkiyədə ev almaq asanlaşıb. 

Qardaş ölkə, Azərbaycan da daxil olmaqla 180-ə qədər xarici ölkə vətəndaşına cüzi məhdudiyyətlərlə hər cür daşınmaz əmlak əldə etməyə imkan verir. Bu isə Türkiyə qanunvericiliyində öz həllini tapıb. 

Oxşar təcrübədən ölkəmizdə də istifadə olunarsa, həm mənzil almaq üçün üz tutan xaricilərin sayı da artar, həm də bu bazarda canlanma yaranar. 

Hər halda yaranmış vəziyyətdən çıxış üçün təklifləri sınaqdan keçirmək lazımdır. Çünki daşınmaz əmlak bazarındakı mövcud vəziyyətin hələ nə qədər davam edəcəyi sual altındadır. Ev almaq istəyən vətəndaşlarsa hazırki vəziyyətdən səmərəli istifadə edərək illərlə mövcud olan mənzil problemlərinə son qoya bilərlər. Təbii ki, pul olan yerdə.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM