Moskva və Ankara qarşı-qarşıya – iplər qopur

19:45 / 28.01.2016

Yanvarın 29-da Cenevrədə keçiriləcək Suriya danışıqları onsuz da gərgin olan Moskva-Ankara münasibətlərini daha da gərginləşdirdi. Məsələ burasındadır ki, Rusiya və Türkiyə Cenevrə konfransına qatılan qruplarla bağlı əks mövqe ortaya qoyub. Moskva Səudiyyə Ərəbistanında toplanan Bəşər Əsədin müxaliflərinin içərisindən İslam Ordusu adlı qruplaşmanın lideri Məhəmməd Alluşun Cenevrədə tərəf kimi iştirakına qarşı çıxdı. 

Türkiyə isə PKK-nın Suriya qanadı hesab olunan PYD/YPG-nin Cenevrədə kürdlərin təmsilçisi kimi iştirakına qarı çıxıb. Baş nazir Davudoğlu deyib ki, kürdlərin Suriyanın gələcək taleyinin müəyyən olunmasında iştirakı vacibdir. Lakin Suriya kürdlərini PYD/YPG deyil, başqa kürd qrupları təmsil etməlidir. Baş nazir YPG-nin PKK ilə eyni mahiyyətdə olduğunu və bu səbəbdən də Ankaranın Cenevrədə PYD-nin iştirakına qarşı olduğunu bəyanlayıb. 

Yeri gəlmişkən, xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, PYD iştirak edərsə, Ankara tədbiri boykot edəcək. Bundan sonra təşkilatçılar türklərin təpkilərini nəzərə alaraq PYD-yə olan dəvətnaməni ləğv ediblər. Buna cavab olaraq, kürdləri Cenevrədə təmsil edəcək Suriyada (Amerika tərəfindən) yaradılmış və kürdlər də daxil olmaqla, azlıq qrupların birləşdiyi Suriya Demokratik Məclisinin sədri Heysəm Mənna da Cenevrəni boykot edəcəklərini bildirib. 

 
Rusiya isə İslam Ordusu qruplaşmasının və Əhrar əş-Şam qruplaşmasının təmsilçisi Məhəmməd Alluşun Cenevrədəki tədbirə qatılmasına təpki göstərib. Moskva Alluşun qruplaşmasının terrorçu siyahısına saldığını və danışıqlarda onların iştirakına qarşı olduğunu bəyan edib. Eyni zamanda Moskva Cenevrədə kürdlərin təmsilçisi olaraq PYD/YPG-nin iştirakının vacib olduğunu bəyan edib. Xarici işlər naziri Sergey Lavrov kürdlərin dəvət edilməsinin vacib olduğunu deyib. 
 
 
Beləliklə, artıq Cenevrədə danışıqlar masasında oturacaq qüvvələr məlum olub. BMT baş katibinin Suriya münaqişəsi üzrə özəl təmsilçisi Stefan de Mistura 15 müxalif qrupa dəvət məktubu göndərib. Cenevrədə Suriya hökumətini xarici işlər naziri Vəlid Muallim təmsil edəcək. Dəvət edilən müxaliflər Suriya Demokratik Məclisinin həmsədri Heysəm Mənna, Suriyanın keçmiş baş nazir müavini, müxalif Kadri Cəmil, Suriya XİN keçmiş sözçüsü Cihad Maqdisi, Suriya silahlı müxalifətinin sözçüsü, keçmiş baş nazir Riyad Hicab, Azad Suriya Ordusunun komandiri Əsəd əz-Zubi, İslam Ordusu qruplaşması təmsilçisi Məhəmməd Aluş, Əhrar əş-Şam qruplaşmasının bir təmsilçisi iştirak edəcək. Sonuncu iki nəfər “müstəqil müxalifət” olaraq iştirak edəcəklər. 
 
 
PYD-nin toplantıya dəvət edilməməsi həm Rusiyada, həm də kürdlərdə ciddi etirazla qarşılanıb. PYD həmsədri Saleh Müslim bəyan edib ki, kürdlər toplantının nəticələrini tanımayacaq. Bununla da hələ başlamamışdan Cenevrə ətrafında anlaşılmazlıqlar ortaya çıxıb. Rusiya və Türkiyə arasında gərginlik diplomatik danışıqlara da təsirini göstərir. Eyni zamanda ABŞ-ın döyüş sahəsində çox yaxından əməkdaşlıq etdiyi kürdləri diplomatik proseslərə qatılmasına qarşı olması da maraq doğurur. Bütün bunlar artıq başlamadan Cenevrə danışıqlarının müsbət yekununa olan ümidləri azaldır. Lakin istənilən halda Suriyada savaşan tərəflərin böyük bir qisminin (hələlik İŞİD və kürdlər istisna olmaqla – K.R.) bir araya gəlməsi müsbət haldır. 
 
Kənan Rövşənoğlu
Musavat.com


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM