Strategiya.az musavat.com-a istinadən bildirir ki, 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər baytarlıq idarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon baytarlıq idarəsinin rəisinə töhmət elan edilib.
Xatırladaq ki, bir neçə gün öncə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhərində reyd keçirib. Reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün Ağcabədi rayonu Aşağı Avşar kəndindən gətirilən 1100 kiloqramlıq mənşəyi bəlli olmayan ət aşkarlanıb. Həmin ətlər alınaraq yanvarın 27-də Balaxanı məişət tullantıları poliqonunda baytarlıq sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilərək basdırılıb.
Məlum olub ki, bu ətlər mal əti adı altında Bakıya satış məqsədilə gətirilən at əti olub. Qeyd edək ki, bu kimi hallar ilk dəfə baş vermir. Zaman-zaman kiloqramı 5 manata satılan mənşəyi bəlli olmayan ətlərə rast gəlinir. Dolanışığını güclə təmin edən az gəlirli ailələr bu ətlərdən alırlar. Təbii ki, bu ətlər alıcılara mal əti adı ilə satılır. Redaksiyamıza daxil olan şikayətlərə görə, iri marketlərdə satılan farşlara da heyvanın baş ətindən qatqılar qatırlar ki, bunu da alıcılar əti alıb bişirən zaman onun iyindən və tamından dərhal hiss edir. İlk görünüşdə isə bunu hiss etmək mümkünsüzdür.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Yolçu Xanvəli "Yeni Müsavat"a açıqlamasında bu istiqamətdə reydlərin davam edəcəyini və ciddi inzibati tədbirlər görüləcəyini dedi: "Mənşəyi bəlli olmayan, insan qidası üçün zərərli olan, insan həyatına təhlükə yaradan ətlər, ayrı-ayrı farşlar və digər heyvan və heyvan mənşəli məhsullarla bağlı daim reydlərimiz olur. Yanvarın 24-də alınan məlumat əsasında Qaradağ postunda Ağcabədi rayonunun Aşağı Avşar kəndindən gətirilən 1100 kiloqramdan artıq heyvan cəmdəyi aşkarlandı. Həmin heyvanlardan götürülən ət nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinə olundu. Ekspertizanın nəticəsinə görə, götürülən 32 nümunədən 7-də at əti aşkarlandı. O ekspertizanın nəticəsinə uyğun götürülən 32 nümunənin kimyəvi müayinələri zamanı həmin ətlərin keyfiyyətsiz olduğu, baytarlıq sanitariya cəhətdən yararsız olduğu müəyyən edildi. Bütün bunlar nəzərə alınaraq yanvarın 27-də Balaxanı məişət tullantıları poliqonunda həmin ətlər zərərsizləşdirilərək basdırılıb. Bu istiqamətdə bizim reydlər daimi olub və olacaq. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvan və heyvan mənşəli məhsullarının emalı və satışının qarşısı qətiyyətlə alınır".
Y.Xanvəli bəzi insanların öz ciblərini doldurması üçün bu cür yollara əl atdığını dedi: "Müxtəlif insanlar bəzən murdar olan heyvanları öz şəxsi mənafeləri, öz ciblərini doldurmaq xətrinə ayrı-ayrı məntəqələrə gizli formada satırlar. Biz çalışırıq ki, bu kimi halların qarşısını alaq. Bu istiqamətdə həm hüquqi, həm də fiziki şəxslərə qarşı ciddi inzibati tədbirlər görüləcək".
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə mətbuata açıqlamasında əhalini ət alarkən diqqətli olmağa çağırıb. Ekspert bildirib ki, respublikada mal, qoyun əti az istehsal olunduğu üçün bəzi işbazlar xəstə, şikəst və ölmüş at leşini mal əti adı ilə Bakı və Sumqayıt şəhərlərində keçirilən kənd təsərrüfatı yarmarkalarında ucuz qiymətə əhaliyə satırlar: "Yarmarkalarda satılan ətin qiyməti ucuzdur. Təxmini hesablamalarımıza görə, hər ildə 1500 tondan çox at əti kasıb əhali tərəfindən istehlak olunur. Ət alarkən diqqətli olun!"
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM