Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili velosipedlə hərəkət edən rayonun Üzümçülük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Arzuman Vəlihəd oğlu Qurbanovu vuraraq ona ağır bədən xəsarəti yetirib.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş A.Qurbanovun vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törətmiş sürücü isə istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)