"Mənim haqqımda şikayət edənləri tanıyıram, amma izahatımda da yazmışam, sizə də deyirəm ki, mən heç kəsə nə hədə-qorxu gəlmişəm, nə də heç kəsi təhqir etməmişəm. Sadəcə, mənə doğma və əziz olan insanları qorumağa çalışmışam".
Aktrisanın sözlərinə görə, onun uşaqlıq dövrü 2-ci mikrorayonda keçib və orada onların qapı qonşuları uşaqsız bir ailə yaşayıb. "Mən onlara, yəni Sənubər xala və Xalıq əmiyə çox bağlı idim. Onlar da məni öz qızları kimi istəyirdilər. Ötən ilin noyabr ayında Sənubər xala rəhmətə getdi və onlarla qonşu binada yaşayan bir ailə Xalıq əminin qılığına girərək, onun evini mənimsəmək istəyir, artıq onun evini öz adlarına da keçiriblər. Lakin tam əminliklə deyə bilərəm ki, onlar - Mübariz və Aytəkin adında bu iki şəxs, qoca kişiyə heç baxmırlar, ona həkim də çağırmırlar və sadəcə onun ölümünü gözləyirlər. Mən onların bu çirkin niyyətlərini həyata keçirməyə mane olduğum üçün məni də şərləyərək polisə müraciət ediblər. Amma mən də Xalıq əmiyə demişəm ki, artıq heç bir şeyə qarışmayacam və qoy özü kimə etibar edir, etsin. Bu onun öz seçimidir”