Putinin böyük qızının gizli həyatı...

08:49 / 02.02.2016

Putinin böyük qızı 2006 - 2011-ci illərdə Moskva Dövlət Universitetinin Fundamental Təbabət fakültəsində oxuyub, endokrinologiya üzrə dissertasiya müdafiə edib, hazırda isə diabetin araşdırılması ilə məşğuldur. The New Times nəşri bildirir ki, o, Faassen soyadlı Niderland vətəndaşı ilə nikahdadır, ya da nikahda olub.
 
Vladimir Putinin mətbuat katibi Dmitrri Peskov bildirib ki, Kremldə The New Times-da dərc olunmuş yazını şərh etmirlər.
 
"Biz ənənəvi olaraq, prezidentin ailəsinə hər hansı aidiyyatı olduğu iddia olunan heç bir mövzunu, heç bir məlumatı şərh etmirik," - deyə Peskov jurnalistlərə deyib.
 
"MİQALKA" VƏ "CİP"
 
Putinin qızı bir müddət Moskvanın Novinskiy bulvarında, ABŞ səfirliyinin yaxınlığında yaşayıb. The New Times yazır ki, dörd il əvvəl onun yaşadığı elit evin girişini şlaqbaumla bağlayıblar. "Bloka isə mühafizəçilər yerləşdiriblər. Hətta evin satışı zamanı rieltorlar bildirməyə başlayıblar ki, giriş yalnız buraxılış vərəqəsi ilə mümkündür və bina Federal Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və ABŞ səfirliyinin xüsusi təyinatlıları tərəfindən mühafizə olunur."
 
Sakinlər deyirlər ki, bu sərt giriş rejimini gənc sarışın qızın peyda olmasından sonra tətbiq ediblər. O, üstündə "miqalka" olan "cip"lə və cangüdənlərin əhatəsində gəzir. Mülki geyimli mühafizəçilərsə ona hörmətlə "Mariya Vladimirovna" deyə müraciət edirlər." Sakinlər əvvəlcə onun əcnəbi olduğunu düşünürmüşlər, çünki onun telefonla "fransızca danışdığını eşidiblər".
 
Putinin qızı Novinskiy bulvarında "Vorontsova" soyadı ilə yaşayırmış. 2006 - 2011-ci illərdə Moskva Dövlət Universitetində oxuyarkən də eyni sayaddan istifadə edib. Hərçənd, əldə olunan məlumata görə, Vorontsova olmamışdan əvvəl o daha dörd soyaddan istifadə edib.
 
Mariya Putinanın diplom mövzusu isə "İdiopatik alçaqboyluluğu olan uşaqların müalicəsi zamanı rekombinant böyümə hormonunun böyümə və metabolik effektləri" adlanır. O, diplomunu müdafiə edəndən sonra Moskvadakı Endokrinoloji elmi mərkəzin aspiranturasına daxil olub.
 
QƏFİL YÜKSƏLİŞ
 
Vorontsovanın elmi karyerası başlayandan bir qədər sonra onun elmi rəhbəri, Endokrinoloji mərkəzin direktoru akademik İvan İvanoviç Dedovun oğlu Dmitri Avropa İnsan Haqları Məhkəməsinə Rusiyadan hakim təyin olunub. Alimin özünü Rusiya Elmlər Akademiyasının prezidenti seçiblər. Ovaxtkı səhiyyə naziri isə Endokrinoloji Mərkəz yanında Uşaq Endokrinologiyası İnstitutunun tikintisinin tezləşdirilməsi barədə sərəncam verib. İnstitutun tikilməsi Rusiya vergi ödəyicisinə 6,6 milyard rubla (86,5 milyon dollar) başa gəlib.
 
Putinin qızının işlədiyi mərkəzin Sanofi əczaçılıq şirkəti ilə münasibətləri inkişaf etməkdədir. Son illərdə şirkət Rusiyanın əczaçılıq bazarında xəstəxana satınalmalarının həcminə görə birinci yeri tutur. Sanofinin səhmdarları arasında L'Oreal və Total kimi böyük fransız şirkətləri var.
 
Putinin böyük qızının əri hollandiyalı biznesmen Jorrit Joost Faassendir.
 
Faassen 2006-cı ildən Rusiyaya gəlib, 2007-ci ildənsə "Qazprom"un biznesin inkişafı üzrə direktoru kimi işləməyə başlayıb.
 
Sonradan "MEF Audit" konsaltinq şirkətində işləyən Faassenin adı təqribən yarım il əvvəl şirkətin siyahısından yoxa çıxıb. Elə həmin vaxtdan da Mariya Putina Novinskiy bulvarındakı evdən köçüb. Onun hazırda harada yaşadığı məlum deyil. İnternetdə yerləşdirilmiş şəkillərə əsasən demək olar ki, o bu yaxınlarda bir qız uşağı dünyaya gətirib və tibb elmləri namizədi olub.
 
The New Times yazır ki, prezidentin qızı həm də MDU-nin "Gələcək həkim" tələbə klubunda mühazirələr deyir və bu mühazirələr zamanı tələbələrin onu telefonla çəkməsinə icazə verilmir.
 
"PUTİN: BU BİR HƏQİQƏTDİR Kİ..."
 
Keçən il KİV Putinin Katerina Tixonova adı ilə yaşayan kiçik qızı barədə də məlumat vermişdilər. Putinin özü isə heç vaxt Tixonova ilə Vorontsovanın onun qızları olduğunu rəsmən təsdiq etməyib.
 
"...Hamı iddia edirdi ki, qızlarım xaricdə oxuyur və yaşayırlar. Amma bu həqiqətdir ki, onlar Rusiyada yaşayırlar və heç vaxt heç yerə getməyiblər. Onlar yalnız Rusiya ali təhsil müəssisələrində oxuyublar," - deyə Putin bu yaxınlarda keçirdiyi mətbuat konfransında deyib. O həmçinin deyib ki, qızları heç biznes və siyasətlə də məşğul olmurlar ("Azadlıq" radiosu).

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM