Britaniya mətbuatı: Qadınlardan 2018- ci ilədək hamilə olmamaq rica edilir

08:57 / 02.02.2016

Özünü İslam Dövləti adlandıran təşkilat Böyük Britaniyaya yeni xəbərdarlıq edib.

“The Times” qəzetinin yazdığına görə, İŞİD Britaniyaya “Paris basqınını kölgədə qoyacaq və uşaqların belə saçlarını ağardacaq dəhşətdə məhşər zərbəsi vəd edib”.

Təşkilat bildirir ki, Britaniya, onun millət vəkilləri Suriya müharibəsinə səs verdiklərinə görə “ən böyük qəzəb payına” düçar olacaq. Paris basqını zamanı 130 nəfər həlak olmuş, 700-dək insan yaralanmışdı.

Qəzet yazır ki, Britaniyanın kəşfiyyat orqanları hazırda İŞİD-in mümkün zərbələrini önləmək üçün təşkilatın ölkədəki “gizli dərnəklərini” aşkar etməyə çalışır.

Ötən həftə İŞİD-in buraxdığı videonun təhlili göstərir ki, mümkün basqının hədəfləri arasında Londonun mərkəzindəki Buckingham sarayı və Milli Rəsm Qalereyası da var.

"Uşaqların da saçları ağaracaq"

İslam Dövləti özünün ərəbdilli Ən-Naba qəzetində yazır ki, Suriyada ABŞ və Britaniyanın dron zərbəsi ilə öldürülmüş londonlu İŞİD üzvü Məhəmməd Emvazi və ya “cihadçı John”un vəd etdiyi qanlar “Parisdə canlarını fəda etmiş xilafət əsgərlərinin qanı ilə bitmir”.

Təşkilat Quran ayələrindən birinə istinad edərək yazır ki, əksinə Britaniyaya elə bir basqın ediləcək ki, “hətta uşaqların da saçları ağaracaq”.

Qəzet yazır ki, İŞİD ötən həftə özünün yeni videosunu açıqlamışdı. Bu videoda, Abdulhamid Abaud da daxil, Paris basqınında iştirak etmiş 9 döyüşçünün təlim keçdikləri görüntülənmişdi.

“The Sunday Times” qəzeti redaksiyasının əlində olan videoda İŞİD aydın şəkildə xəbərdarlıq edir ki, Britaniya növbəti basqın hədəfi olacaq. 28 yaşlı Abaud öldürüldükdən sonra onun telefonunda Londonun görməli yerlərinin fotoları aşkar edilmişdi. Qəzet yazır ki, bu, Abaudun Paris basqınından əvvəl Londona səfər etdiyini göstərir.

“Kafirlərin qanı...”

Image copyrightReutersImage caption“The Sunday Times” qəzeti redaksiyasının əlində olan videoda İŞİD xəbərdarlıq edir ki, Britaniya növbəti basqın hədəfi olacaq.(Şəkil arxivdəndir)

17 dəqiqəlik videoda Abaud bildirir ki, cihadçılar artıq Britaniya torpağındadırlar. “Allah qoysa sizi evlərinizdə qətliam edəcəyik” – deyir Parisdə polislə atışmada öldürülmüş İŞİD üzvü videoda.

Cihadçı deyir ki, “siz bizim üstümüzə – Hunter (ovçu) qırıcılarını göndərirsinizsə bilin ki, bizim ovçularımız artıq kafirlərin qanına susayıblar”.

“The Times” həyəcanla yazır ki, Suriya və İraqda döyüşmüş 450-dək britaniyalı artıq ölkəyə qayıdıb. Britaniya kəşfiyyat orqanları narahatdır ki, terrorçular hazırda Avropada yaşanan miqrant böhranından faydalana, məsələn, saxta Suriya pasportlarından istifadə edə bilərlər. Bu da qeyd edilir ki, Paris basqınçılarından 2 nəfəri Fransaya məhz bu üsulla gəlmişdi.

Qəzet yazır ki, Hökumət Kommunikasiyaları Baş Qərargahı (ən yüksək kəşfiyyat idarəsi - GCHQ) və Mİ5 hazırda önləmə əməliyyatı aparırılar.

Onlar hücumların vaxtını və hədəflərini dəqiqləşdirməyə çalışırlar. “The Times” qəzeti sözü gedən videonu təhlil edərək İŞİD-in Londonda hədəf edə biləcəyi yerlərin fotolarını dərc edib.

Bundan əvvəl İkinci Dünya Müharibəsi qurbanlarının yad edilməsi mərasiminə baqın cəhdi olmuşdu. Həmin mərasimdə kralica ikinci Elizabeth də iştirak edirdi. İŞİD bəyanatlarından birində lovğalanırdı ki, Bukingem sarayı üzərində “xilafət bayrağını dalğalandıracaq”.

Londonda mümkün İŞİD hədəfləri olaraq Milli Rəsm Qalereyasından başqa, kafe və restoranlarla sıx Covent Garden meydanı, Kral Opera teatrı da göstərilir. Britaniya polisi “Scotland Yard” adamları həyəcanlanmamağa, lakin ayıq-sayıq olmağa çağırıb.

"Qadınlar, 2018-dək hamilə olmayın!"

Salvador hökuməti ölkə qadınlarını 2018-ci ilədək uşağa qalmamağa və hamilə olmamağa çağırırb.

“The Daily Mail” qəzeti yazır ki, Salvador hökuməti bunu zika virusunun ana bətnindəki uşaqlar üçün fəsad yaratması təhlükəsi ilə əlaqədar bəyan edib.

Zika virusu bir sıra tibbi müşahidələrə görə uşaqların qeyri-mütənasib kiçik başla doğulmasına səbəb olur. Bu, tibbdə mikrosefaliya xəstəliyi adlandırılır.

Salvador hökuməti artıq indi hamilə olan qadınları bədənlərini və başlarını örtməyə, ağcaqanadlardan qorunmağa çağırıb. Zika virusunun daşıyıcısı məhz ağcaqanadlardır.

“The Daily Mail” yazır ki, artıq indiyədək Salvadorda 5397 zika virusuna yoluxma halı qeydə alınıb.

“Hökumətin yox, Allahın işi...”

Image copyrightGettyImage captionAlimlər 1947-ci ildə ilk dəfə Afrikada tapılmış və Latın Amerikasında olmayan Zika virusun indi Braziliya və ətraf ölkələrdə sürətlə yayılmasının səbəblərindən baş çıxara bilmirlər.

Salvador səhiyyə nazirinin müavini Eduardo Espinoza ölkə qadınlarından 2018-ci ilədək hamilə olmamağı xahiş edib. Salvadorda indiyədək bu virusa yoluxanların 96-sı hamilə qadınlardır. “Biz mayalanma yaşında olan bütün qadınlardan hamiləliklərini planlaşdırmağı, bu il və gələn il uşağa qalmamağı xahiş edirik” – deyib nazir müavini.

Bəzi qadınlar cənab Espinozanın təklifini “qeyri-realist” adlandırıblar. “Bu hökumətə yox, Allaha bağlı bir işdir” – deyib 30 yaşlı Vanessa İraheta.

Nazir müavini habelə artıq hamilə olan qadınlardan evdən çıxarkən örtünməyi və ağcaqanadlardan qorunmağı xahiş edib. Latınca adı Aedes aegypti olan ağcaqanad həmçinin “denge” və ya sarı qızdırma, bir də “çikinqunya qızdırması” viruslarının daşıyıcısıdır.

Alimlər 1947-ci ildə ilk dəfə Afrikada tapılmış və Latın Amerikasında olmayan bu virusun indi Braziliya və ətraf ölkələrdə belə sürətlə yayılmasının səbəblərindən baş çıxara bilmirlər. Zika virusuna dair tədqiqatlar aparılsa da, artıq indidən bu virusla mikrosefaliya arasında sıx əlaqə olduğu demək olar, bəllidir.

Bu xəstəlik zamanı uşaqların başı və beyni kiçik ölçüdə olur. Salvador rəsmisi bildirib ki, onun ölkəsində bu virusa yoluxmaların ilk 5 mini 2015-ci ildə və elə yeni ilin ilk həftələrində qeydə alınıb.

Heyvanlarla seks "qadağan ediləcək"

“The İndependent” qəzeti yazır ki, ABŞ-ın Ohayo ştatında heyvanlarla cinsi əlaqə qadağan ediləcək. Oxucuların əksəriyyətinin təəccübünü əvvəlcədən bilən qəzet yazır ki, Britaniyada və əksər ölkələrdə belə bir əməl icmalar tərəfindən rədd edilir və ağır cinayət sayılır, lakin nəinki Ohayoda, ABŞ-ın daha 11 ştatında "başqa canlı növləri ilə” cinsi əlaqəyə icazə verilir.

Senatorlar Jim Hughes və Jay Hottingerin dediyinə görə, heyvanlarla seksual əlaqəyə Kentukki və Qərbi Virciniyada da qadağan yoxdur.

Bu iki Ohayo millət vəkili “rüsvayçı” qaydaların dəyişdirilməsinə nail olmaq istəyirlər.

Onların təklif etdikləri qanunvericilik aktında heyvanlarla cinsi əlaqə, habelə onların seks məqsədilə alınıb-satılması qadağan edilir. “The İndependent” yazır ki, qanun layihəsi hazırda geniş dəstəklənir.

Ohayo ştatının xəfiyyələri bildirirlər ki, internetdə adi pornoqrafiya ilə yanaşı, heyvan pornoqrafiyası da yayılıb.

Hakim David Hejamanowski deyib ki, heyvanlara qarşı zorakılıq aktlarından sonra, adətən başqa, daha ağır cinayətlər gəlir.//Bbc


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM