Strategiya.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qala qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki qorunmayan keçiddə Lerik rayon sakini Elzamin Məcidli idarə etdiyi “VAZ-2106” markalı avtomobili teplovoza vurub, nəticədə sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.