Məmmədrəhim Əkbərov
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Milli Geoloji Kəşfiyyat Xidmətinin
Geoloji İstehsalat Şöbəsinin rəisi
“Azərbaycan 2020:Gələcəyə baxış” inkişaf konsepsiyasına uyğun olaraq qeyri-neft sektorunun inkişafına dair dövlət siyasətinin mühüm istiqamətlərindən biri mineral resurslarla zəngin regionlarda geoloji-istehsalat və dağ-mədən sektorlarınun genişləndirilməsi olmalıdır. Bu xüsusda, iqtisadi-sosial vəziyyətin yaxşılaşdırılması, davamlı məşğulluq sektorlarının gücləndirilməsi məqsədi ilə prioritet planların hazırlanmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi diqqət yetirilir. Respublikamızda qızılçıxarma sənayesinin daha da genişləndirilməsinə dəstək olmaq məqsədi ilə Milli Geoloji Kəşfiyyat Xidməti Göygöl rayonu ərazisində, Tülallar qızıl təzahüründə yetərincə geoloji-axtarış işləri yerinə yetirmişdir. Yaxın gələcəkdə bu təzahürün geoloji-kəşfiyyatına, istismar kəşfiyyatına və eləcə də istismarına marağı olan dağ-mədən şirkətlərinin obyektə cəlb olunması məqsədi ilə zəruri geoloji-təftiş işlərinin aparılması üçün qabaqlayıcı təkliflər toplusu da hazırlanmışdır. Tülallar qızıl təzahürünün hüdudları daxilində sənaye əhəmiyyətli qızıl və gümüş ehtiyatlarının varlığı şübhə doğurmur. Bunu əsaslandırmaq üçün Kiçik Qafqazın Şəmkirçay-Kürəkçay sahəsinin 1:200000 miqyasda sxematik faydalı qazıntılar xəritəsi, Tülallar təzahürünün yerləşdiyi sahənin 1:25000 miqyasda sxematik geoloji xəritəsi, Tülallar qızıl təzahürünün 1:5000 miqyasında faktiki materiallar və yer səthində görünüşü planları, 1:5000 miqyasda eninə kəsilişləri, filiz zonasının vertikal müstəviyə proyeksiyası da daxil olmaqla cizgilər toplusu və təzahür haqqında qısa geoloji informasiya hazırlanmışdır.
Göygöl qızıl təzahürləri qrupu Kiçik Qafqazın Şimal-şərq yamacında Murovdağ silsiləsinin şimal-şərq hissəsində yüksək və orta dağlıq ərazidə yerləşir. Bu qızıl təzahürləri sahəsində Kimmeric dövrünün liparit, liparit-dasit tərkibli subvulkanlarına, kvars-diorit, diorit-porfirit tərkibli dayka və ştoklarına, qranit-porfir, siyenit, qranit, qranodiorit tərkibli intruziv əmələgəlmələrinə rast gəlinir. İntruziv və subvulkanik kütlələr ətraf süxur komplekslərinə aktiv təsir göstərərək onların metasomatik və metamorfik dəyişmələrə məruz qalmalarına səbəb olmuşdur. Hidrotermal məhlullar tektonik qırılmalar, yan süxurlarda olan çat sistemləri, əzilmə zonaları boyu hərəkət edərək müxtəlif istiqamətli və müxtəlif qalınlıqlı minerallaşmış zonalar və damarlar sistemi əmələ gətirmişlər.
Göygöl qızıl təzahürləri qrupunun ən perspektivlisi hesab olunan Tülallar təzahürü Göygöl rayonunun eyniadlı kəndi yaxınlığında yerləşir. Göygöl rayonunun mərkəzinə qədər olan məsafə 45 km təşkil edir. Təzahürün güclü kvarslaşmaya məruz qalan hissələrində qızılın tutumu 2-10 q/t-a qədər artır. Keçiləndağ qazmalarından alınan nəticələrə görə zonanın filizli hissəsinin qalınlığı yer səthində və mağara horizontlarında 12-90 m arasında dəyişir və burada qızıl 0,4-33,5 q/t ; gümüş isə 0,5 – 48,4 q/t arasında qeyd olunur. Zonanı təşkil edən süxurlar dasit, andezit-dasit tərkibli litoklastik tuflardan ibarətdir. Tülallar filiz zonasının mineraloji tərkibi aşağıdakı kimidir: filiz mineralları – pirit, xalkopirit, sfalerit, hersdorfit, kobaltin; qeyri filiz mineralları – kvars, barit, xalsedon; hipergen minerallar- kovellin, xalkozin, bornit. Pirit müxtəlif morfologiyalı aqreqatlar və ayrı-ayrı kristallar şəklində qeyd olunur. Nadir hallarda piritin oktaedrik kristalları pirrotin mikromöhtəviləri ilə assosiassiyada qeyd olunur.
Xalkopiritə allotromorf dənəciklər, qeyri müəyyən formalı aqreqatlar, relikt mikroştokverklər vədamarcıqlar formasında rast gəlinir. Çox halda aşınmaya məruz qalaraq onların kənarları kovellin –bornit təbəqələri ilə örtülürlər. Xalkopirit-kovellin assosiasiyasında kiçik ölçülü (0,002-0.001 mm) qızıl dənəcikləri qeyd olunur.
Kovellin dənəciklərinin mərkəzində çox zaman sərbəst qızıl və ya sərbəst mis dənəciklərinə rast gəlinir.
Zona süxurları içərisində xalkozin çox zaman misin digər sulfidləri ilə birlikdə ilgəkvari şəbəkələr təşkil edir. Bornit əsasən iri ölçülü allotromorf dənəciklər, zolaqlar və damarcıqlar şəklində qeyd olunur, bəzən ikiləşmələr əmələ gətirir. Zona süxurları içərisində xalkopirit–bornit, xalkozin-xalkopirit–kovellin-pirit assosiasiyasına da rast gəlinir. Kovellin örtüklər, zolaqlar (xalkopirit ətrafında), damarcıqlar və sferoloidlər formasında müşahidə olunur. Kovellin ayrılmalarının mərkəzində ölçüləri 0,05 mm-ə çatan ilgəkvari xalkopirit mikroştokları və damarcıqları yerləşir. Bu aqreqatlar içərisində çox zaman sərbəst qızılın subdispers dənəcikləri müşahidə olunur. Sərbəst qızıl filiz kütləsində, I generasiyalı kvarsda olan mikroboşluqlarda kiçik ölçülü lövhəvari aqreqatlar şəklində rast gəlinir.Tədqiqatçıların fikrinə görə qızılın 80%-ə qədəri kvars, 20%-ə qədəri isə mis sulfidləri ilə bağlıdır. Əksər halda qızıl özünəməxsus girintili-çıxıntılı səthə və kənarlara malik olur, olduqca kiçik (incə dispres) submikroskopik, izometrik dənəciklər, allotriomorf aqreqatlar şəklində rast gəlinir. Tez-tez lövhəvari ikiləşmələr əmələ gətirir. Kiçik qızıl dənəcikləri ölçüləri 0,06-0,08 mm-ə qədər olan boşluqlarda kovellinlə sıx assosiasiyada müşahidə olunur. Zonanın brekçiyalarında solğun filizlər – tetraedrit, tennantit, panerit, tellurobismutit, sfalerit, qalenit, hersdorfit də qeyd olunmuşdur. Zonada germanium, bismut, tellur və s. qiymətli elementlərin birləşmələrinin aşkar olunması, bu yatağın kompleks filizlərə perspektivli bir yataq olduğuna dəlalət edir və gələcəkdə bu yataqda öyrənilməsi lazım gələn elementlərin spektrini genişləndirir.
Tülallar təzahürünün müxtəlif horizontlarını təmsil edən mağaralardan götürülmüş filiz sınaqları üzərində aparılmış texnoloji-laborator tədqiqatların nəticələri də diqqətə layiqdir. Müəyyən edilmişdir ki, tədqiq olunan filizlərdə sənaye əhəmiyyətli komponent qızıldır və onun kütlə vahidi 2,0 – 2,4 q/t təşkil edir. Bu göstərici yatağın proqnoz resurslarında hesablanmış qızılın orta çəki tutumuna yaxındır. Yanaşı ayırmaq üçün sınaqlarda gümüş qismən maraq doğurur. Texnoloji baxımdan tədqiq edilmiş filizlərin maddi tərkiblərinin aşağıdakı müsbət amilini də qeyd etmək lazımdır – onların tərkibində zərərli sayılan komponentlərin (mərgümüş, sürmə, barium və b.) miqdarı azlıq təşkil edir. Kükürd anhidridinin filizlərdə nisbətən az miqdarda (0,58-98%) olduğunu, o cümlədən ümumi kükürdün cəmi 0,23-0,39% olduğunu da qeyd etmək lazımdır. Filizlərdə dəmir oksidinin nisbətən yüksək olması (3,66-2,92%) nəzərə çarpır. Dəmirin əsas hissəsi (~82-70%) hipergenli – oksid və hidrooksid formalarından ibarətdir. Süxurəmələgətirən birləşmələr əsasən silisium oksiddən (76,9-78%) ibarətdir. Filiz sınaqlarının tərkibində nisbətən çox alüminium oksidi (10-10,4%) və kalium oksidi (2,85-1,9%) təyin edilmişdir ki, bu da mineral xammalın, o cümlədən qızıllı filizlərin zənginləşdirmə prossesi üçün zərərli sayılan gilli mineralların (o cümlədən kaolinitin) çox olmasını sübut edir. Filiz materiallarında cüzi miqdarda kalsium oksidi (0,6-0,4 %) və maqnezium oksidinin (0,14-0,15 %)təyini filizlərdə karbonat minerallarının isə azlığına dəlalət edir.
Qızıllı mineral xammalın texnoloji xüsusiyyətlərini təyin edən əsas faktorlardan biri ondakı qızıl dənəciklərın ölçüləri və onun filiz əmələgətirən minerallarla əlaqəli olan struktur formalarıdır. Bu amillər narın üyüdülmüş (80% -0,071mm) fıliz sınaqlarının üzərində aparılmış xüsusi hidrokimyəvi rasional (faza) analiz ilə təhlil olunmuşdır. Qızıl dənəciklərinin mikroskopla təyini göstərir ki, onların xeyli hissəsi xırda lövhəli (bəzən çox nazik pərdə şəklində) və lövhə-iynəvari, qravitasiya ilə çətin zənginləşən formalarda təmsil olunmuşdur. Qızıl dənəciklərinnin əksəriyyəti 0,04 mm-dən kiçikdir. Ən böyüklərin uzunluğu 0,2 mm təşkil edir. İynəvari dənəciklərdə uzunluğun və enin nisbəti uyğun olaraq 5-7:1 təşkil edir. Filiz sınaqlarında qızılın 6,5-17%--ı “paslı” – dəmir oksidləri ilə örtülmüş, çətin zənginləşən formadadırlar. Bununla bərabər qızılın bir qismi çox xırda – dispers şəkilində olan sulfidlərlə (~3-4%) və kvarsla (~4-7%) sıx əlaqədədirlər. Sulfidlərin içində olan qızılın zənginləşdirməsinin flotasiya üsulu ilə çıxarılması mümkündür, kvarsın içində olan dispers qızıl isə, praktiki olaraq saflaşmayan kimi xaraktirizə olunur.
Ümumiyyətlə, rasıonal (faza) analizin nəticələri göstərir ki, Tülallar filiz sinaqlarında olan qızılın 75-83 %-ni (sərbəst və açıq səthə malik bitişiklər) hidrokimyəvi üsullarla (sianid duzların məhlulunda aşındırma) nisbətən asan çıxartmaq mümkündir. Tədqiq olunan sınaq materialının teksturası əsasən brekçiyavari, damarcıqlı, seyrək möhtəvillidir. Strukturası isə, əsasən hipidiomorf - allotriomorf dənəcikli, gizli kristalik, kollomorf, korrozion, nöqtəvaridir. Tədqiq olunan filiz sınaqlarının nəzərdən keçirilmiş maddi tərkibləri onların emalı üçün həm mexaniki zənginləşdirmə (qravitasiya, flotasiya), həm də hidrometallurgiyanın sianlama aşındırması üsullarının istifadəsinin mümkünlüyünü göstərir.
Ələk analizi ilə ayrılmış siniflərdə qızılın miqdarının və bu siniflər üzrə paylanmasının nəticələri göstərir ki, filizin xırdalanması zamanı sərbəst qızılın bir hissəsi bitişiklərdən azad olur və nisbətən iri siniflərdən kiçik siniflərə paylanır. Bu amil təsdiq edir ki, xırdalanma zamanı filizləri müşayiət edən kvarsın və başqa yan süxurların minerallarının dənələrarası boşluqlarında, çatlarında, qəlpələrində olan sərbəst qızıl dənəcikləri qismən azad olunur və ələk analizi prosesində daha kiçik siniflərdə (-0,071 +0,014 mm) yığılır. Bununla bərabər qeyd etmək lazımdır ki, ələk analizi ilə alınan ən kiçik sinifdə (-0,014mm) qızılın miqdarı (2,3 q/t) ilkin filizdə olan miqdar ilə uyğundur. Flotasiya üsulu ilə işlənib hazırlanmış və qapalı dövriyyədə laboratoriya təcrübələri ilə yoxlanılmış texnoloji sxemə və aşkar olunmuş optimal rejimə əsasən 1 saylı sınağın tərkibində olan qızılın 69,2 %-ni 31,3 q/t-luq, 2 saylı sınağın tərkibində olan qızılın isə 71,1 %-ni 33,4 q/t-luq flotasiya konsentratına ayrılmasına imkan yaranır. Xüsusiylə qeyd olunmalıdır ki, sianlamanın aqitasiya prossesinin ilk təcrübəsində (filizdəki qızılın həll olma kinetikasının öyrənilməsi zamanı) tədqiq olunan filizləri təşkil edən bəzi mineralların qızıl ionlarının (məhlula keçən) sorbsiyası üçün aktiv olma xassəsi aşkar edilib. Özü də, filiz nə qədar çox narın üyüdülərsə bu mineralların sorbsiya aktivliyi artır. Böyük ehtimalla fərz etmək olar ki, bu sorbsiya prosesi üçün aktiv maddə - filizdə nisbətən çox miqdarda olan gil mineralı – kaolinitdır. Aparılmış təcrübələrlə tədqiq olunan filizlərin emalı üçün ən effektli və qızılın ən yüksək ayırma dərəcəsinə malik olan - sianidli aqitasiya aşındırmasının sorbsiyalı üsulu sayıla bilər. Bu üsulun işlənib hazırlanmış optimal şərtlərində 1 saylı filiz sınağında olan qızılın 94,8 %-i, 2 saylı filiz sınağında olan qızılın 95,4 %-i məhlula keçir - həll olunur .
Tülallar qızıl təzahürünün mərkəzi hissəsində qızıl üzrə 69,10 ton, gümüş üzrə 296,8 ton civarında proqnoz resurslar qeydə alınmışdır. 1:5000 miqyasında aparılmış kompleks geofiziki axtarış işləri nəticəsində axtarış sahəsinin mərkəzi hissəsində bir neçə yüksək intensivlikli YP (Yaradılmış Polyarizasiya) anomaliyası da öyrənilmişdir ki, bu da filiz zonasının dərin horizontlarda da davamlı olmasına bir işarədir. Aydındır ki, Tülallar qızıl təzahürünə marağı olan dağ-mədən şirkəti ilk növbədə bu təzahür sahəsində geoloji-təftiş işlərinin aparılmasında qərarlı olacaqdır. Bu məqsədlə:
- Tülallar qızıl təzahürünün hüdudları daxilində mövcud təbii açılışların, xəndəklərin və mağaraların təkrar sınaqlaşdırılması sayəsində nəticələrin etibarlılığına əmin olmaq mümkündür;
- Təftiş məqsədi ilə 10 sayda (3000 pm həcmində) buruq quyularının qazılması vasitəsilə Tülallar qızıl təzahürünün hüdudları daxilində yer səthindən 200-metrə qədər dərin horizontlara qədər, filiz zonasının morfologiyasının və maddi tərkibinin əlavə geoloji öyrənilməsi tövsiyə olunur ki, görüləcək bu işlər nəticəsində Tülallar qızıl təzahürünün hüdudları daxilində ən azı 60 ton qızıl resurslarının təftişinə və təsdiqlənməsinə nail olmaq mümkündür;
- Təzahürün dərin horizontlarının geoloji öyrənilməsi nəticəsində qızıl ehtiyatlarının bir neçə dəfələrlə artırılması ehtimalları da gözləniləndir;
- Tülallar qızıl təzahürü ilə maraqlanan hər hansı bir dağ-mədən şirkəti geoloji-təftiş işlərinə az həcmdə məsrəf sərf etməklə gələcəkdə Tülallar qızıl təzahürünün geoloji-kəşfiyyatı, istismar kəşfiyyatı və eləcə də istismarına müəyyən prioritetlər əldə edə biləcəkdir.
YER VƏ İNSAN
№/05/NOYABR-DEKABR/2015
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM