AĞ­­YURD MİS-QI­­ZIL YA­­TA­­ĞI­­NIN GE­O­­LO­­Jİ-STRUK­­TUR XÜ­­SU­­SİY­­YƏT­­LƏ­­Rİ VƏ Fİ­­LİZ­­LƏŞ­­MƏ­­NİN XA­­RAK­­TE­­Rİ

09:41 / 03.02.2016

Rüs­­təm Ab­­dul­­la­­yev,
Ba­­bək Məm­­mə­­də­­li­­yev -
“Azər­­bay­­can İn­­ter­­neyşnl May­­ninq Kom­­pa­­ni Li­­mi­­ted” şir­­kə­­ti­­nin kəş­­fiy­­yat ge­o­­loq­­la­­rı.

 

Ağ­­yurd mis-qı­­zıl ya­­ta­­ğı Or­­du­­bad fi­­liz ra­­yo­­nun­­da yer­­ləş­­mək­­lə, bö­­yük tek­­to­­nik struk­­tur­­la­­rın - Or­­du­­bad, Ağ­­yurd-Mis­­dağ və Və­­nənd­­çay fi­­liz­­nə­­za­­rə­­te­­di­­ci və fi­­liz­­gə­­ti­­ri­­ci də­­rin­­lik ya­­rıl­­ma­­la­­rı­­nın bir­­ləş­­di­­yi qov­­şa­­ğa tə­­sa­­düf edir. Ya­­ta­­ğın struk­­tu­­ru Eosen döv­­rü­­nə aid mü­­rək­­kəb qu­­ru­­luş­­lu Meh­­ri-Or­­du­­bad plu­­to­­nu­­nun int­­ru­­ziv sü­­xur­­la­­rın­­dan ası­­lı ola­­raq for­­ma­­laş­­mış­­dır. Fi­­liz­­ləş­­mə ge­­ne­­tik cə­­hət­­dən plu­­to­­nun ca­­van int­­ru­­ziv­­lə­­ri­­nin post­­maq­­ma­­tik hid­­ro­­ter­­mal fə­a­­liy­­yə­­ti ilə əla­­qə­­lən­­di­­ri­­lir.
Ya­­taq öz xa­­rak­­te­­ri­­nə ğö­­rə çox ya­­yıl­­mış ti­­pə - qra­­ni­­to­­id int­­ru­­ziv­­lə­­ri­­nin da­­xi­­li his­­sə­­lə­­rin­­də yer­­lə­­şən və ya­­rı­­cı xa­­rak­­ter­­li fi­­liz ci­­sim­­lə­­ri ilə xa­­rak­­te­­ri­­zə olu­­nan da­­mar və mi­­ne­­ral­­laş­­mış zo­­na­­lar ti­­pi­­nə aiddir. Fi­­liz­­ləş­­mə uzun müd­­dət ər­­zin­­də, bir­­ləş­­mə-kə­­siş­­mə qov­­şaq­­la­­rın­­da və in­­ten­­siv çat­­lı­­lıq zo­­la­­ğın­­da fi­­liz­­da­­xi­­li hə­­rə­­kət­­lə­­rin mü­­şa­­yi­ə­­ti ilə gər­­gin tek­­to­­nik şə­­ra­­it­­də baş ver­­miş­­dir. Fi­­liz­­ləş­­mə­­nin çox­­mər­­hə­­lə­­li ol­­ma­­sı da bu­­nun­­la bağ­­lı­­dır.
Ya­­ta­­ğın ge­o­­lo­­ji qu­­ru­­lu­­şun­­da mər­­kə­­zi və şərq his­­sə­­lər­­də plu­­to­­nun qra­­no­­si­­ye­­nit int­­ru­­zi­­vi­­nin sü­­xur­­la­­rı - qra­­no­­si­­ye­­nit­­lər, zo­­laq­­lı kvars­­lı və kvars­­sız si­­ye­­nit-di­o­­rit­­lər, ap­­lit-di­o­­rit­­lər; cə­­nub-qərb və cə­­nub his­­sə­­lər­­də isə plu­­to­­nun ada­­mel­­lit int­­ru­­zi­­vi­­nin sü­­xur­­la­­rı – ada­­mel­­lit­­lər, to­­na­­lit­­lər, di­o­­rit-si­­ye­­nit­­lər və qabb­­ro-si­­ye­­nit­­lər in­­ki­­şaf et­­miş­­lər. Qra­­no­­si­­ye­­nit int­­ru­­zi­­vi­­nin boz, sıx qu­­ru­­luş­­lu, iri və or­­ta də­­nə­­li, çox vaxt xir­­da pi­­rit, bə­­zən xal­­ko­­pi­­rit və az hal­­lar­­da mo­­lib­­de­­nit möh­­tə­­vi­­lə­­ri sax­­la­­yan kvars­­lı si­­ye­­nit-di­o­­rit­­lə­­ri ən çox ya­­yıl­­mış sü­­xur­­lar­­dır və on­­lar ya­­taq əra­­zi­­si­­nin təq­­ri­­bən 80%-ni təş­­kil edir­­lər.
Da­­mar sü­­xur­­la­­rı ya­­taq­­da, ay­­rı-ay­­rı­­lıq­­da hər int­­ru­­zi­­və məx­­sus ol­­maq­­la, ge­­niş ya­­yıl­­mış­­lar. Bun­­lar­­dan qra­­no­­si­­ye­­nit int­­ru­­zi­­vi­­nin qra­­no­­di­o­­rit-por­­fir, ap­­lit-di­o­­rit, si­­ye­­nit-di­o­­rit, si­­ye­­nit-por­­fir, lamp­­ro­­fir tər­­kib­­li day­­ka­­la­­rı­­nı qeyd et­­mək olar. Qra­­no­­di­o­­rit-por­­fir və lamp­­ro­­fir day­­ka­­la­­rı ya­­taq da­­xi­­lin­­də ən çox rast gə­­lən­­lər­­dir. Qra­­no­­di­o­­rit-por­­fir day­­ka­­la­­rı qı­­rıl­­ma çat­­la­­rı­­na tə­­va­­füq ol­­maq­­la, bü­­tün int­­ru­­ziv komp­­leks­­lə­­ri­­ni və on­­la­­rın day­­ka tö­­rə­­mə­­lə­­ri­­ni ya­­rır­­lar.
Ağ­­yurd ya­­ta­­ğı qı­­zıl fi­­liz­­ləş­­mə­­si­­nin lo­­kal­­laş­­ma­­sı üçün əl­­ve­­riş­­li li­­to­­lo­­ji-struk­­tur şə­­ra­i­­tə ma­­lik­­dir. Bu bir tə­­rəf­­dən kon­­takt tip­­li iri fi­­liz­­nə­­za­­rə­­te­­di­­ci və fi­­liz­­gə­­ti­­ri­­ci ya­­rıl­­ma­­la­­rın ya­­xın­­da ol­­ma­­sı, di­­gər tə­­rəf­­dən çox­­say­­lı day­­ka­­la­­rın və se­­ri­­sit­­ləş­­miş, ka­o­­lin­­ləş­­miş, pi­­rit­­ləş­­miş sü­­xur­­la­­rın ge­­niş ya­­yıl­­ma­­sı­­dır. Də­­yiş­­mə­­lər sa­­hə­­vi şə­­kil­­də in­­ki­­şaf et­­miş­­dir (təq­­ri­­bən 1000 x 200m) və əsa­­sən, ya­­rıl­­ma zo­­na­­la­­rı­­nı mü­­şa­­yi­­ət edir­­lər. Bu də­­yiş­­mə zo­­la­­ğın­­dan şi­­mal-şər­­qə tə­­rəf müx­­tə­­lif qa­­lın­­lıq­­lı və uzun­­luq­­lu 20-dən ar­­tıq fi­­liz zo­­na­­sı mü­­şa­­hi­­də edi­­lir.
Ya­­taq yer sət­­hin­­də, ştoln­­ya­­lar­­la - üç ho­­ri­­zont­­da və bu­­ruq qu­­yu­­la­­rı ilə 350-400m-ə qə­­dər öy­­rə­­nil­­miş­­dir. Bu gü­­nə ki­­mi apa­­rıl­­mış ge­o­­lo­­ji kəş­­fiy­­yat iş­­lə­­ri­­nə əsa­­sən zo­­na­­lar­­dan yal­­nız üçü - əsa­­sən, 3№-li yük­­sək, “Pa­­ra­­lel” və “Apo­­fiz” fi­­liz zo­­na­­la­­rı isə çox da yük­­sək ol­­ma­­yan sə­­na­­ye pers­­pek­­tiv­­li­­yi­­nə ma­­lik­­dir.
3№-li zo­­na ya­­ta­­ğın şi­­mal-qərb his­­sə­­si­­nin mər­­kə­­zin­­də, Ay­­çın­­qıl­­ça­­yın sol sa­­hi­­lin­­də yer­­lə­­şir. Zo­­na­­nın uzan­­ma is­­ti­­qa­­mə­­ti ŞŞq 35-45°, ya­­tım azi­­mu­­tu CQ 305-315<70-85° təş­­kil edir. Zo­­na yer sət­­hin­­də, 26 (2528 m), 15 (2432m), 27 (2299.5 m) nöm­­rə­­li ştoln­­ya ho­­ri­­zont­­la­­rın­­da və so­­nun­­cu­­dan 44m aşa­­ğı­­da (yer sət­­hin­­dən 370m mə­­sa­­fə­­də) bu­­ruq qu­­yu­­la­­rı ilə (№№ Q-18, AGDD15 və AGDD17) öy­­rə­­nil­­miş­­dir. Uzan­­ma is­­ti­­qa­­mə­­tin­­də, şi­­mal-şərq və cə­­nub-qərb his­­sə­­lər­­də zo­­na yer sət­­hin­­də açıl­­mış, mər­­kə­­zi his­­sə­­də isə mü­a­­sir çö­­kün­­tü­­lər­­lə ör­­tül­­müş­­dür. Zo­­na­­nın ma­­te­­ri­a­­lı in­­ten­­siv hid­­ro­­ter­­mal də­­yiş­­miş (kvars­­laş­­mış, pi­­rit­­ləş­­miş, se­­ri­­sit­­ləş­­miş, ağar­­mış) sü­­xur­­lar­­dan iba­­rət­­dir. Çox­­say­­lı kvars, bə­­zən kal­­sit da­­mar və da­­mar­­cıq­­la­­rı­­na rast gə­­li­­nir.
“Pa­­ra­­lel” zo­­na­­sı 3№-li zo­­na­­dan cə­­nub-şərq­­də yer­­lə­­şir. Zo­­na­­nın uzan­­ma is­­ti­­qa­­mə­­ti ŞŞq 30-80°, ya­­tım azi­­mu­­tu ŞŞq 300-350<75-85°-dir. Zo­­na yer sət­­hin­­də çox yer­­də mü­a­­sir çö­­kün­­tü­­lər­­lə ör­­tül­­müş­­dür və bu­­ra­­da onun sə­­na­­ye əhə­­miy­­yət­­li pa­­ra­­metr­­lə­­ri mü­­əy­­yən edil­­mə­­miş­­dir.

Şə­­kil 1. Ağ­­yurd mis-qı­­zıl ya­­ta­­ğı­­nın ge­o­­lo­­ji xə­­ri­­tə­­si, il­­kin miq­­yas 1:2000

“Apo­­fiz” zo­­na­­sı­­nın yer sət­­hi­­nə çı­­xı­­şı yox­­dur və o, 15 və 27№-li ştoln­­ya ho­­ri­­zont­­la­­rın­­da, “Pa­­ra­­lel” zo­­na­­sın­­dan cə­­nub-şərq­­də aş­­kar edil­­miş­­dir. Bu zo­­na da şi­­mal-şərq is­­ti­­qa­­mə­­tin­­də (35-45°) uzan­­maq­­la, sərt bu­­caq­­la, 75-85° ilə şi­­mal-qər­­bə doğ­­ru ya­­tır.

Fi­­liz ci­­sim­­lə­­ri­­nin mor­­fo­­lo­­gi­­ya­­sı. Fi­­liz zo­­na­­la­­rı və ci­­sim­­lə­­ri fi­­liz­­yer­­ləş­­di­­ri­­ci çat­­la­­rın və­­ziy­­yə­­ti ilə əv­­vəl­­dən mü­­əy­­yən edil­­miş mü­­rək­­kəb mor­­fo­­lo­­gi­­ya­­ya ma­­lik­­dir­­lər.Ya­­taq­­da ge­­niş ya­­yıl­­mış şi­­mal-şərq is­­ti­­qa­­mət­­li bu çat­­la­­rın uzan­­ma is­­ti­­qa­­mət­­lə­­ri bo­­yu yan sü­­xur­­lar hid­­ro­­ter­­mal-me­­ta­­so­­ma­­tik də­­yiş­­mə­­yə - kvars­­laş­­ma, se­­ri­­sit­­ləş­­mə, epi­­dot­­laş­­ma, xlo­­rit­­ləş­­mə, ka­o­­lin­­ləş­­mə və al­­bit­­ləş­­mə­­yə mə­­ruz qal­­mış­­lar. Fi­­liz zo­­na­­la­­rı şi­­mal-şərq (20-60°) is­­ti­­qa­­mə­­tin­­də şa­­xə­­lə­­nən ay­­rıl­­ma çat­­la­­rı­­na tə­­va­­füq­­dür və 60-80° ilə şi­­mal-qər­­bə və cə­­nub-şər­­qə ya­­tır­­lar.
Fi­­liz zo­­na­­la­­rı və ci­­sim­­lə­­ri uzan­­ma is­­ti­­qa­­mə­­tin­­də az bir mə­­sa­­fə­­də rast gə­­lən, növ­­bə­­lə­­şən da­­ral­­ma və ge­­niş­­lən­­mə­­lər­­lə, sü­­tun­­va­­ri for­­ma­­da şa­­xə­­lən­­mə­­lər­­lə xa­­rak­­te­­ri­­zə olu­­nur­­lar. Da­­ral­­ma yer­­lə­­rin­­də qı­­rıl­­ma xət­­ti­­nin qa­­lın­­lı­­ğı 1-2sm olur və bu­­ra­­da yal­­nız sür­­tün­­mə gi­­li mü­­şa­­hi­­də edi­­lir. Hid­­ro­­ter­­mal də­­yiş­­miş sü­­xur zo­­na­­la­­rın­­da fi­­liz ci­­sim­­lə­­ri­­nin ku­­lis­­va­­ri ya­­tım­­la­­rı­­na, ya­­xud kvars da­­mar­­la­­rı­­nın təs­­beh­­va­­ri qu­­ru­­luş for­­ma­­la­­rı­­na rast gə­­li­­nir. Az qa­­lın­­lıq­­lı pi­­rit, kvars və kvars-kal­­sit da­­mar­­cıq­­la­­rı ge­­niş ya­­yıl­­mış­­dır, bə­­zən müs­­tə­­qil kvars da­­mar­­la­­rı­­na rast gə­­li­­nir. Zo­­na­­la­­rın qa­­lın­­lı­­ğı 0.2-3.0m, uzun­­lu­­ğu 150-1200m ara­­sın­­da də­­yi­­şir. Yan sü­­xur­­la­­rın fi­­liz­­ləş­­mə­­ni mü­­şa­­yi­­ət edən hid­­ro­­ter­­mal də­­yiş­­mə­­lə­­ri bə­­zi yer­­lər­­də fi­­liz­­li in­­ter­­val­­la­­rın qa­­lın­­lı­­ğı­­nı ar­­tır­­mış­­dır. Zo­­na­­la­­ra­­ra­­sı mə­­sa­­fə ya­­ta­­ğın şi­­mal-şər­­qin­­də 20-70m, ya­­ta­­ğın cə­­nub-şər­­qin­­də 100-150m təş­­kil edir. Erro­­zi­­ya kə­­si­­li­­şi ilə on­­lar 300m-dən ar­­tıq şa­­qu­­li mə­­sa­­fə­­də açıl­­mış­­lar.
Yan sü­­xur­­lar­­da baş ver­­miş də­­yiş­­mə­­lə­­rin müx­­tə­­lif­­li­­yi­­nə əsa­­sən hid­­ro­­ter­­mal fə­a­­liy­­yə­­tin in­­ten­­siv­­li­­yi haq­­qın­­da mü­­əy­­yən fi­­kir söy­­lə­­mək olar. Se­­ri­­sit­­ləş­­mə zo­­na­­la­­rın sət­­hə ya­­xın his­­sə­­lə­­ri üçün da­­ha xa­­rak­­te­­rik­­dir. Ya­­taq­­da il­­kin sü­­xur­­la­­rın ar­­dı­­cıl su­­rət­­də də­­yiş­­mə­­lə­­ri ge­­niş ya­­yıl­­mış­­dır. Bu də­­yiş­­mə­­lər əs­­lin­­də sü­­xur­­la­­rın fi­­zi­­ki və kim­­yə­­vi aşın­­ma­­sı məh­­sul­­la­­rı­­dır və on­­lar ya­­ta­­ğın bü­­tün fi­­liz­­lə­­ri­­nin yan sü­­xur­­la­­rı he­­sab edi­­lən kvars­­lı si­­ye­­nit-di­o­­rit­­lər­­də də mü­­şa­­hi­­də edi­­lir.
Fi­­liz ci­­sim­­lə­­ri fi­­liz­­li məh­­lul­­lar­­la çat­­la­­rın dol­­ma­­sı nə­­ti­­cə­­sin­­də əmə­­lə gəl­­miş sərt dü­­şüm­­lü da­­mar zo­­na­­la­­rın­­da tə­­şək­­kül tap­­mış­­dır və on­­lar möh­­tə­­vi-da­­mar­­cıq tip­­li qı­­zıl­­lı mis-mo­­lib­­den fi­­liz­­lər­­dən təş­­kil olun­­muş­­lar. Bü­­tün zo­­na­­la­­rın xa­­rak­­te­­rik cə­­hə­­ti uzan­­ma­­la­­rı və düş­­mə­­lə­­ri bo­­yu on­­lar­­da­­kı fi­­liz­­ləş­­mə­­nin çox qey­­ri-bə­­ra­­bər ya­­yıl­­ma­­sı­­dır. Fi­­liz ci­­sim­­lə­­ri­­nin sa­­hə üz­­rə yer­­ləş­­mə­­sin­­də və pay­­lan­­ma­­sın­­da mü­­əy­­yən yön­­lən­­mə mü­­şa­­hi­­də olu­­nur: on­­la­­rın ək­­sə­­riy­­yə­­ti bir-bi­­ri­­nə pa­­ra­­lel­­dir.

Şə­­kil 2. Qra­­no­­si­­ye­­nit­­lər­­də mi­­ne­­ral­­laş­­mış zo­­na da­­xi­­lin­­də kvars da­­ma­­rı

Şə­­kil 3. Da­­mar­­la­­rın ya­­tım for­­ma­­sı

Fi­­liz ci­­sim­­lə­­ri­­nin for­­ma­­laş­­ma­­sı fi­­li­­zə­­mə­­lə­­gəl­­mə pro­­se­­si­­nin fi­­zi­­ki-kim­­yə­­vi xü­­su­­siy­­yət­­lə­­ri (tem­­pe­­ra­­tur, təz­­yiq), yan sü­­xur­­la­­rın fi­­zi­­ki-me­­xa­­ni­­ki xas­­sə­­lə­­ri­­nin, dol­­du­­ru­­cu boş­­luq­­la­­rın kon­­fi­­qu­­ra­­si­­ya­­sı və b.k. fak­­tor­­lar­­la şərt­­lə­­nir.

Fi­­liz­­lə­­rin mad­­di tər­­ki­­bi və teks­­tur-struk­­tur xü­­su­­siy­­yət­­lə­­ri. Fi­­liz zo­­na­­la­­rı bü­­tün is­­ti­­qa­­mət­­lə­­ri (tek­­to­­nik po­­zul­­ma­­la­­rın qı­­rıl­­ma zo­­na­­la­­rı) bo­­yu in­­ten­­siv həl­­lol­­ma-çı­­xa­­rıl­­ma pro­­se­­si­­nə mə­­ruz qal­­mış­­lar və həm yer sət­­hin­­də, həm də çat­­lar va­­si­­tə­­si ilə də­­rin­­li­­yə doğ­­ru çox yer­­də də­­mir ok­­sid­­lə­­ri ilə zən­­gin­­ləş­­miş­­lər. Bu pro­­se­­sin ge­­niş ya­­yıl­­ma­­sı­­nın sə­­bə­­bi ok­­sid­­ləş­­mə za­­ma­­nı də­­mir ok­­si­­di əmə­­lə gə­­ti­­rən pi­­ri­­tin da­­ya­­nıq­­sız ol­­ma­­sı­­dır. Pi­­ri­­tin kim­­yə­­vi aşın­­ma­­sı nə­­ti­­cə­­sin­­də ya­­ra­­nan li­­mo­­nit və di­­gər ok­­sid­­ləş­­mə məh­­sul­­la­­rı yer sət­­hin­­də və on­­dan 150m-ə qə­­dər aşa­­ğı­­da mü­­şa­­hi­­də olu­­nun­­lar.
Yer sət­­hin­­də­­ki həl­­lol­­ma-çı­­xa­­rıl­­ma pro­­ses­­lə­­ri nə­­ti­­cə­­sin­­də zo­­na­­lar­­da in­­ten­­siv çat­­lı­­lıq və də­­yiş­­mə­­lər ol­­duq­­da on­­lar­­da ya sə­­na­­ye əhə­­miy­­yət­­li qı­­zıl ol­­mur, ya da qı­­zı­­lın yük­­sək miq­­da­­rı­­na o yer­­lər­­də rast gə­­li­­nir ki, ora­­da həl­­lol­­ma-çı­­xa­­rıl­­ma­­ya da­­ya­­nıq­­lı olan və ku­­lis­­va­­ri yer­­ləş­­miş kvars­­lı fi­­liz küt­­lə­­lə­­ri möv­­cud ol­­sun­­lar.
Ya­­ta­­ğın fi­­liz ci­­sim­­lə­­ri, əsa­­sən, kvars-sul­­fid, bə­­zən kvars-kar­­bo­­nat-sul­­fid da­­mar zo­­na­­la­­rın­­da və qis­­mən hid­­ro­­ter­­mal də­­yiş­­miş yan sü­­xur­­lar­­da yer­­ləş­­miş­­dir.
Fi­­liz­­lər da­­mar ma­­te­­ri­­al­­la­­rı ilə ya­­na­­şı (bə­­zən isə on­­lar­­sız), yan sü­­xur­­la­­rın hid­­ro­­ter­­mal də­­yiş­­mə məh­­sul­­la­­rın­­dan iba­­rət­­dir. Fi­­liz­­lə­­rin mad­­di tər­­ki­­bi­­nin xa­­rak­­te­­ri­­nə əsa­­sən ya­­taq­­da fi­­liz ci­­sim­­lə­­ri­­nin aşa­­ğı­­da­­kı tip­­lə­­ri ay­­rı­­lır: kvars-sul­­fid da­­mar ci­­sim­­lə­­ri, kvars-kar­­bo­­nat-sul­­fid ci­­sim­­lə­­ri və xlo­­rit­­ləş­­mə-ka­o­­lin­­ləş­­mə-se­­ri­­sut­­ləş­­mə-pi­­rit­­ləş­­mə mi­­ne­­ral­­laş­­ma zo­­na­­la­­rı. Fi­­liz­­ləş­­mə da­­mar­­cıq-möh­­tə­­vi xa­­rak­­ter­­li mis-mo­­lib­­den-qı­­zıl-kvars-sul­­fid tip­­li komp­­leks for­­ma­­si­­ya­­ya aiddir. Fi­­liz­­lər­­də­­ki əsas mi­­ne­­ral kom­­po­­nent­­lə­­ri­­nin miq­­da­­rı­­na gö­­rə aşa­­ğı­­da­­kı fi­­liz tip­­lə­­ri mü­­əy­­yən edil­­miş­­dir: mis-qı­­zıl, mis-mo­­lib­­den-qı­­zıl və mo­­lib­­den.

 


Şə­­kil 4. 27№-li ştoln­­ya­­da il­­kin ok­­sid­­ləş­­mə məh­­sul­­la­­rı -li­­mo­­nit və ara­­qo­­nit sta­­laq­­mit­­lə­­ri

  

Fi­­­liz­­­lə­­­rin mi­­­ne­­­ra­­­lo­­­ji tər­­­ki­­­bi aşa­­­ğı­­­da­­­kı cəd­­­vəl­­­də ve­­­ri­­­lir.
Cəd­­­vəl
Fi­­­liz­­­lə­­­rin mi­­­ne­­­ra­­­lo­­­ji tər­­­ki­­­bi

Filiz zonalarından götürülmüş çoxsaylı anşlif nümunələri üzərində aparılmış müşahidələrə əsasən filizəmələgəlmə prosesində iştirak etmiş filiz minerallarının bəzilərinin təsviri aşağıda verilir.

Pirit əsas filizəmələgətirici minerallardan ibarət olmaqla, möhtəvi, damarcıq, qırıntı formalarında xalkopirit, kvars və digər filiz və qeyri-filiz mineralları ilə birlikdə və onlarla sıx əlaqədə massiv, zolaqlı, damarcıq-möhtəvi və ləkəli teksturlu mis-kolçedan filizlərinin tərkib hissəsini təşkil edir. Piritin dənəvər aqreqatlarının ölçüləri 0.02-2.5mm arasındadır. İri aqreqatları porfiroblastik, qranoblastik, qəlpəvi, xalkopiritlə birlikdə isə kataklaz və kataklastik struktura malik olmaqla, intensiv çatlı, brekçiyavaridir və onların əksəriyyətində xalkopiritin və sfaleritin incə mikrohissəciklərinə rast gəlinir. Kristalları kubik, bəzən oktaedrik, rombododekaedrik formadadır və onlar bəzi yerlərdə dəyişmiş, parçalanıb xırdalanmış və brekçiyalaşmışdır. Dənələrarası boşluqlar, çatlar xalkopiritlə və kollomorf zonal quruluşlu melnikovitlə, bəzən isə gessitlə dolmuşdur. Pirit aqreqatlarının əsas kütləsi onun intensiv çatlı hissəsindən ibarətdir və o, incə xalkopirit damarcıqları ilə birlikdə filizlərdə müxtəlif qalınlıqlı zolaqlar əmələ gətirir.
Xalkopirit də pirit kimi, əsas filizəmələgətirici minerallardan olmaqla, çox nazik 1.5mm-lik damarcıq, sapvari ayrılmalar şəklində və digər formalarda mis-kolçedan filizlərinin əsasını təşkil edir. Əsasən pirit aqreqatlarının kənar hissələrində inkişaf etməklə, onun dənələrarası boşluqlarını doldurur. Filiz və qeyri-filiz minerallarının qırıntılarını birləşdirən sement kimi müşahidə edilir. Xalkopiritin allotriomorf şəkilli dənələrinin ölçüləri 0.02-1.0mm arasındadır. Onun belə formalı dənələri mineralın özündə brekçiyavari-qəlpəvi tipli, qeyri-filiz tərkibli kütlə fonunda ləkəli-möhtəvi tipli tekstur əmələ gətirir. Kvarsın nazik zolaqları daxilində müşahidə edilən, çox vaxt 0.1-0.15mm qalınlığında olan damarcıqvari fərdlərin kənar hissələrində kovellinin və tennantitin incə haşiyələrinə rast gəlinir. Kvarsda xalkopiritin elə aqreqatlarına rast gəlinir ki, onlar bəzən tamamilə kovellinlə əvəzlənmiışlər. Bəzən xalkopirit tellurovismutit və tennantitlə birlikdə kütlədə qarşılıqlı bitişmə strukturları əmələ gətirir.
Tennantit məkanca qeyri-bərabər və az yayılmışdır. Allotriomorf dənəli, bəzən izometrik formalı, 0.02-0.2mm ölçülü aqreqatlar əmələ gətirir. Tennantitin uzunsov formalı kristallarına və 0.03-0.05mm qalınlıqlı, 0.7-0.8mm uzunluqlu damarcıqlarına, əsasən, xalkopiritdə və onunla sıx assosiasiyada, bəzən kvarsda rast gəlinir. Kristalların bəzi üzlərinin kənar hissələrində piritin 0.01-0.03mm ölçülü mikrokristalları və tellurovismutitin lövhə şəkilli aqreqatları müşahidə edilir. Kvarsda rast gələn tennantit aqreqatlarının kənar hissələri kovellinlə əvəz olunmuşdur. Tennantit xalkopiritlə birlikdə çox vaxt qarşılıqlı bitişmə strukturları əmələ gətirir və həmin minerallaşma, əsasən, pirit-xalkopirit tərkibli filiz zolağına təvafüq olur.
Molibdenit məkanca qeyri-bərabər və az yayılmışdır. Əsasən, yastı, lövhəvari, əyilmiş kristallar, bəzən böyrək formalı, dənəvər ayrılmalar şəklində olan aqreqatlarda rast gəlinir. Aqreqatlarda əzilmə fiqurları və polisintetik ikiləşmələr inkişaf etmişdir. Molibdenit ayrılmalarının ölçüləri 0.05-0.35mm arasında dəyişir.
Arsenopirit çox incə, lövhəvari, prizmatik, bəzən rombik kristallar şəklində formalaşmışdır. Kristallar, əsasən, filiz zolaqları istiqamətində yönlənmişlər, lakin bəzi yerlərdə arsenopirit kristalları qruplarının inkişaf şırnağı pirit-xalkopirit tərkibli filizləri kəsib keçir. Kristalların ölçüləri 0.01-0.08mm arasında dəyişir. Arsenopirit, əsasən, xalkopiritlə sıx əlaqədə inkişaf etmiş və onun kristallarının yığıntıları xalkopiritin 0.15-0.25mm qalınlıqlı damarcıqvari fərdləri daxilində konsentrasiya əmələ gətirirlər. Burada 0.1 x 0.1mm ölçülü, yaxşı inkişaf etmiş, kub görünüşlü pirit kristallarına da rast gəlinir. Arsenopirit kristallarının yığıntılarının yerləşdiyi xalkopirit damarcığının yaxınlığında sərbəst qızıl möhtəviləri müşahidə edilir.
Kovellin kvarsla sıx assosiasiyada, ölçüləri 0.0-0.85mm arasında dəyişən haşiyələr, prizmatik kristallar, radial-şüavi aqreqatlar və kollomorf ayrılmalar şəklində filizlərdə qeyri-bərabər yayılmışdır. Kovellin bornitlə birlikdə çox vaxt əvəzetmə strukturu əmələ gətirirlər.
Tellurovismutit məkanca qeyri-bərabər yayılmış və ona çox az hallarda, əsasən, xalkopiritlə və kvarsla sıx assosiasiyada 0.01-0.06mm ölçülü yastı, lövhəvari allotriomorf dənələr, vərəqvari, axçavari aqreqatlar şəklində rast gəlinir. Tellurovismutitin dənələri və aqreqatları kataklaz çatlarında və piritin dənələrarası boşluqlarında lokallaşaraq, konsentrasiya mərkəzləri yaradırlar. Tellurovismutit xalkopiritin kütləsində 0.03-0.032mm ölçüdə damarcıqvarı, pirit aqreqatlarının kənar hissələrində isə vərəqvari fərdlər əmələ gətirir. Çox vaxt tellurovismutitin yaxınlığında sərbəst qızılın 0.1 x 0.1mm ölçülü mikrokristallarına rast gəlinir. Belə sahələr piritlə sıx assosiasiyada, onun kənar hissələrində yaranmış və orada tellurovismutitin yaxşı inkişaf etmiş vərəqvari-axçavari aqreqatları müşahidə edilir.
Gessit gümüşün əsas minerallarından olmaqla, allotriomorf dənəli aqreqatlar, kristallar və polisintetik ikiləşmələr şəklində xalkopirit üzrə inkişaf etməklə, məkanca çox qeyri-bərabər yayılmışdır. Gessitin ölçüləri çox kiçikdir: 0.001-0.01mm. Onun yığıntılarının konsentrasiya şəklində toplandığı yerlərin yaxınlığında xalkopiritlə sıx assosiasiyada sərbəst qızılın mikrohissəciklərinə rast gəlinir. Gessit bəzən piritin çatlarını doldurur.
Sərbəst qızıl məkanca çox qeyri-bərabər yayılmışdır. Xalkopiritin sapvari-damarcıqvari fərdlərinin və piritin çox nazik damarcıqlarının inkişaf etdiyi sahələrdə sərbəst qızıl yumaq-damarcıqvari formada 0.01-0.3mm ölçülərdə dənəciklər əmələ gətirmişdir. Sərbəst qızıl, əsasən, xalkopirit, gessit və piritlə sıx assosiasiyada müxtəlif formalarda müşahidə edilir. Ümumiyyətlə, sərbəst qızıl incə kvars və xalkopirit damarcıqlarından təşkil olunmuş filiz zolaqlarına təvafüqdür.Yataqda geniş yayılmış 12-15sm qalınlıqlı kvars-sulfid damarlarında sərbəst qızılın hissəciklərinə, bir qayda olaraq, zalbandətrafı hissələrdə kvars zolaqcıqlarında, linzalarında və ləkələrində rast gəlinir. Adətən, müxtəlif ölçülü 5-8 dənəcikdən ibarət olan izometrikə yaxın formada kompakt yığıntılar və nadir hallarda tək fərdlər əmələ gətirir. Qızıl dənəciklərinin ölçüləri 0.04-1.8mm arasındadır və onlar ölçülərinə görə, şərti olaraq, aşağıdakı qaydada təsnif edilmişdir:
0.2mm-dən kiçik - 58.5%;
0.2-0.4mm arasında – 26.8%;
0.4mm-dən böyük – 14.6%.
Sərbəst qızıl əksər hallarda kvarsla, xalkopiritlə, bəzən melnikovitlə birləşmələr əmələ gətirir. Birləşmə fərdlərinin uzunluqları 0.04-0.70mm, sahəvi ölçüləri 0.08 x 0.60mm arasındadır.

Petroqrafik tədqiqatlara əsasən filizlırin tərkibində aşağıdakı süxurəmələgətirici minerallar aşkar edilmişdir:
əsas – kvars, plagioklaz, ortoklaz, hornblend, çöl şpatları;
nadir – biotit;
aksessor – sfen, maqnetit, apatit, sirkon;
törəmə – xlorit, serisit.

Şəkil 5. Kvarsda sərbəst qızıl dənələri, böyütmə 90x

Ağyurd yatağının filizləri, yuxarıda qeyd edildiyi kimi, 4 minerallaşma mərhələsində formalaşmışdır: kvars-pirit-molibdenit, pirit-xalkopirit-tellurid, kvars-kalsit-sfalerit və kvars-karbonat. Pirit-xalkopirit-tellurid mərhələsi məhsuldar mərhələ hesab edilir və onun maddi tərkibi mineral tarazlığın 3 pilləsinə müvafiq olan 3 paragenetik assosiasiya ilə təmsil olunur: kvars-pirit, kalsit-xalkopirit-markazit və qızıl-tellurid-vismut.
Kvars-pirit assosiasiyası filiz kütləsinin, demək olar ki, 90%-ni təşkil edir. Burada piritin payına ümumi kütlənin 30-35%-i düşür. İri (0.05-1.5mm) kristallik, massiv, metasomatik görünüşlü, sıx möhtəvi aqreqatlı və özündə kvarsın reliktlərini saxlayan piritə ümumi kütlədə intensiv çatlı, kənar hissələrdə isə mikrobrekçiyalaşmış şəkildə rast gəlinir.
Kalsit-xalkopirit-markazit assosiasiyası damarcıqlar formasında əvvəlki assosiasiyanın pirit dənələri arasında inkişaf edərək, piritin massiv aqreqatlarını kəsir. Assosiasiyanın tərkibində əsas minerallar kimi karbonatlar, xalkopirit, melnikovit, markazit, xırdadənəli pirit, ikinci dərəcəli minerallar kimi sfalerit və qalenit müşahidə edilir.
Qızıl-tellurid-vismut assosiasiyası həcminə görə çox kiçik olsa da, yatağın sənaye əhəmiyyəti onunla bağlıdır və onun ikinci assosiasiyanın xalkopiriti ilə sıx məkan əlaqəsi mövcuddur. Qızılın və telluridlərin damarcıqları, həmçinin xalkopirit ilkin piritdəki boşluqları doldurur. Assosiasiyanın tərkibində aşağıdakı əsas minerallara rast gəlinir: tellurovismutit, vismutit, tetradimit, matildit və sərbəst qızıl.
Assosiasiyaların əsas filiz minerallarının lokal analizi zamanı onların tərkibində makroskopik qızıl müşahidə edilməmişdir, lakin piritdə onun miqdarı 0.01%, markazitdə 0.005-0.03% olmuşdur. Sərbəst qızıl xırda, sadə formalı danəciklər şəklində erkən piritin dənələrində və xalkopirit damarcıqlarında qeyd olunur. Qızılın bir hissəsi tellur-vismut mineralları ilə əlaqədardır. Bütün mərhələlərnin pirit aqreqatlarında qızılın, faizin yüzdə bir hissəsinə qədər miqdarına həmişə rast gəlinir. Mikroskopik görünən qızıl bütün minerallarla, o cümlədən telluritlərlə münasibətdə onların üzərinə “oturmuş” vəziyyətdə müşahidə edilir.
Filizlərin yuxarıda göstərilən dörd minerallaşma mərhələsində, təqribən 360-200°C temperaturda xlorid-karbon qazı-hidrogen tərkibli məhlullardan çökməsi ehtimal edilir. Qızıllı filiz cisimlərinin əsasını məhsuldar pirit-xalkopirit-tellurid mərhələsinin qızıl-tellurid aqreqatları təşkil edir. Bundan əlavə, birinci mərhələnin sulfidlərində də dispers qızıla rast gəlinir.
Filizlərin tekstur-struktur xüsusiyyətləri yataqda metasomatizmin geniş yayılması, süxurların və filizlərin metasomatik əvəzolunma prosesləri, filizdaxili tektonik hərəkətlər və s. ilə əlaqədar olaraq formalaşmışdır.
Filizlərdə aşağıdakı tekstur tiplərinə rast gəlinir: damarcıq, damarcıq-möhtəvi, möhtəvi-ləkəli, dispers-möhtəvi, brekçiya-brekçiyavari, massiv, massiv-zolaqlı, damarcıq və damarcıq-möhtəvi tipli teksturlar geniş yayılmışdır və onlar bütün növ filizlərə, xüsusilə, kvars-pirit-xalkopirit filizlərinə xasdır. Möhtəvi teksturlu filizlər pirit, kvars və bəzən xalkopirit minerallarının başqa sulfidlərlə bitişmələrdə zolaqşəkilli yığım formalarını əmələ gətirir. Brekçiya-brekçiyavari tekstur tipi, tərkibində pirit, xalkopirit qırıntıları olan filizlər üçün xarakterikdir və ona massiv filizlərin zalbandətrafı hissələrində rast gəlinir. Qırılma çatlarının genişləndiyi yerlərdə bəzən massiv teksturlu maqnetit filizinə rast gəlinir.
Yataqda yayılmış minerallar və minerallaşma tipləri struktur tiplərinin müxtəlifliyi ilə səciyyələnir. Məhlullardan kristallaşan mineral strukturlarının əmələ gəlməsində temperatur dəyişməsi əsas rol oynayır. Konsentratın kimyəvi tərkibinin və temperaturun dəyişməsindən asılı olaraq, filizlərdə aşağıdakı struktur tipləri əmələ gəlmişdir: kollomorf, kollomorf-zonal, kataklaz, kataklastik, metakolloid, relikt, gizli kristallik, əvəzetmə, şəbəkəli, sülb məhluların parçalanması.
Filiz cisimlərinin yan süxurlarını təşkil edən qranosiyenitlər və adamellitiər tam kristallik, hipidiomorf-allotriomorf dənəli, qranoblastik və porfiroblastik tipli strukturlara və əsasən, massiv, bəzi yerlərdə traxitoid tipli teksturlara malikdir.
3№-li filiz zonasının yan süxurlarını təşkil edən intruzivlərin tərkibi və adları qazmalardan götürülmüş nümunələrdən hazırlanmış şəffaf şliflərdə mikroskopik olaraq öyrənilmişdir. 15№-li ştolnyanın 1№-li ştrekində qısa (50-60m) intervalda makroskopik qranosiyenit kimi adlandırılan süxurların müxtəlif fasial növləri müəyyən edilmişdir. Belə ki, nümunələrin petroqrafik tədqiqatı aşağıdakı nəticələri vermişdir:
şlif № 227 və 231 (ştolnyanın əsas lüləsi, 301-ci metr) - müvafiq olaraq kvarslı siyenit və hornblendli diorit;
şlif №228 (1№-li ştrekin başlanğıcı – qranosiyenit ;
şlif №229 (1№-li ştrekin 20-cı metri – qranosiyenit ;
şlif №230(1№-li ştrekin 46-cı metri - leykokrat qranit - alyaskit;
Belə vəziyyətə yatağın başqa hissələrində də rast gəlinir və belə vəziyyət, çox güman ki, maqmatik proseslərin çox mürəkkəb tektonik, struktur, təzyiq, temperatur və s. şəraitlərdə baş verməsi ilə əlaqədardır.
Yuxarıda qeyd edildiyi kimi, yataq ərazisində ən çox yayılmış süxurlar plutonun adamellit fazasının qranosiyenit fasiyasının törəmələridir. Aşağıda bu süxurun 228№-li şlifdə mikroskopik olaraq müəyyən edilmiş nümunəvi petroqrafik tərkibi verilir:
Süxurun adı - sirkonlu metasomatik dəyişmiş qranosiyenit.
Tekstur - massiv.
Struktur - hipidiomorf.
Makroskopik - boz, sıx quruluşlu, massiv, tam kristallik, bərabərdənəli süxur. Açıq və tünd rəngli mineralların nisbəti 50:50%. Çatlar boyu dəmir oksidlərinin qəhvəyi axıntıları görünür. Binokulyar altında incə möhtəvilər və nadir halda femik minerala təvafüq olan piritin kiçik yuvaları müşahidə edilir.
Mikroskopik - qəhvəyi biotitin, kalişpatın və kvarsın reliktləri olan metasomatik dəyişmiş süxur. Qeyri-aydın konturlara əsasən ilkin mineralların ölçüləri 1.2-4.0 mm arasında olmuşdur. Süxurun tünd rəngli komponentləri, ehtimal ki, hornblend, tərkibində epidot dənələri (0.01-0.04mm) qarışığı olan yaşıl rəngli törəmə biotitin axçalı incə aqreqat, apatitin idiomorf kristalcıqları və filiz mineral ayrılmaları ilə əvəz olunmuşdur. Törəmə biotit çox vaxt radial, yelpikvari çıxıntılar əmələ gətirir, rəngini firuzəyidən qəhvəyi-qonura kimi dəyişir. Psevdomorfozaların bir hissəsi serisitin plagioklaz üzrə aqreqatı ilə təmsil olunmuşdur, lakin reliktlərdə polisintetik ikiləşmələr müşahidə edilmir. Epidot bəzən tərkibində incə möhtəvili filiz minerlı olan iri, 0.6-0.9mm ölçülü əlahiddə aqreqatlar əmələ gətirir. Kvars təmizdir, şəffafdır, şlif sahəsinin 10-15%-ə qədərini təşkil edir və bu da ilkin süxurun qranosiyenit tərkibli olmasını ehtimal etməyə imkan verir.
Aksessor minerallardan apatit və sirkon qeyd edilmişdir. Sirkona xarakterik mikrokristallar, yüksək relyefli,interferensiya rəngli, düzünə sönən dənələr şəklində maqnetitilə, biotitlə, bəzən epidotla assosiasiyada tez-tez rast gəlinir. Filiz mineralı 0.1-0.3mm ölçülü dənələr şəklində olan maqnetitlə və miqdar cəhətdən ondan çox müşahidə edilən 0.03-0.1mm ölçülü piritlə təmsil olunmuşdur.

 

Süxurun mineral tərkibi:
əsas - törəmə biotit, kalişpat, kvars;
ikinci dərəcəli - ilkin biotit, serisit, epidot;
nadir - xlorit;
aksessor - apatit, sirkon;
filiz - pirit, maqnetit.

Yatağın genezisi. Hər bir yatağın genezisi, əsasən, onun geoloji quruluşu ilə əlaqədardır. Ağyurd yatağının və ümumiyyətlə, Misdağ-Şəlalə filiz sahəsinin geologiyasına, strukturuna, maqmatizminə, geoloji-struktur xüsusiyyətlərinə və oradakı filizləşmənin xarakterinə dair məlumatlar yatağın genezisi barədə aşağıdakıları deməyə imkan verir.
Yatağın geoloji quruluşunda yalnız intruziv kompleksin süxurları – qranosiyenitlər, kvarslı siyenit-dioritlər və müxtəlif tərkibli daykalar iştirak edir. Yataq çoxfazalı plutona təvafüq olmaqla, tektonik qırılmaların şimal-şərq və şimal-qərb istiqamətli iki sistemi ilə hüdudlanan qapalı struktur blokda yerləşir. Filizyerləşdirici strukturlar sərt yatan şaxələnmə, ayrılıma, qırılma və qopma tipli çatlara təvafüqdür və onlar, əsasən, şimal-şərq istiqamətlidir. Qızıl, gümüş, mis və qismən molibden filizləşməsinin lokallaşmasında struktur və maqmatik nəzarətin, filizyerləşdirici süxurların tərkibinin və onların struktur xüsusiyyətlərinin rolu mühümdür. Qranitoidlərin əksər çıxışları və onlarla genetik əlaqədə olan filizləşmə, əsasən, antiqafqaz istiqamətli strukturlara təvafüqdür.
Qızıl-sulfid filizləri daşıyan hidrotermal məhlullar daykaların yer səthinə doğru gəldikləri və sonrakı müxtəlif, əsasən, şimal-şərq istiqamətli tektonik hərəkətlər nəticəsində regenerasiyaya uğramış çatlarla yuxarıya qalxmışlar və filizçökmə məhsulları ilə həmin çatlara dolmuşdur. Filizləşmə möhtəvi-damarcıq tipli minerallaşma ilə təmsil olunmuşdur. Hidrotermal mərhələ strukturlarının uzunmüddətli əmələgəlmə prosesi filiz cisimlərinin formalaşmasının çoxmərhələliyi ilə xarakterizə olunur. Filizəqədərki mərhələdə tektonik hərəkətlər submeridional – şimal-qərb istiqamətində baş verirdisə və onlar qopma çatları ilə xarakterizə edilirdilərsə, hidrotermal mərhələdə şimal-şərq istiqamətli,genetik olaraq ayrılma tipli lokal çatların deformasiyası baş verir. Filiz cisimləri məkan etibarilə qranodiorit-porfir, lamprofir və siyenit-porfir tərkibli filizəqədərki daykalarla sıx əlaqədədir və onların formalaşdıqları tektonik çatlar hər yerdə daykaları kəsirlər.
Yataq rayonunda rast gələn peqmatit tərkibli və peqmatit strukturlu süxurların çıxışlarının mövcud olması onu göstərir ki, intruziv süxurların soyuması nisbətən az dərinlikdə baş vermişdir.
Filizgətirici və filizyerləşdirici strukturlar rolunu oynayan tektonik qırılma pozulmaları zonasının əmələ gəlməsi üçün yan süxurlar əlverişli mühit olmuşdur. Filizli məhlulların hərəkət yolları intruziv kütlələrin təmasları boyu tektonik cəhətdən zəif zolaqlarda yerləşmişdir. Filizləşmə prosesində uzununa və eninə istiqamətli tektonik çatların nəzarəti aydın müşahidə edilir.Filizləşmə uzun və qalın yarılmalarda deyil, çatlı, parçalanmış süxur zonalarında kvarsın piritlə, xalkopiritlə sıx assosiasiyalarında əmələ gəlmişdir. Filiz zonalarının formalaşma prosesi ardıcıl 4 hidrotermal minerallaşma mərhələsində baş vermişdir: kvars-pirit-molibdenit, pirit-xalkopirit-tellurid, kvars-kalsit-sfalerit və kvars-karbonat.
Bütün bunlar Ağyurd yatağını orta dərinlikdə formalaşmış orta-aşağı temperaturlu hidrotermal tipə aid etməyə imkan verir.

Məqalənin hazırlanmasında keçmiş “Dövlətgeolkom”un və “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin fond materiallarından istifadə edilmişdir.

 

YER VƏ İNSAN

№/05/NOYABR-DEKABR/2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM