Rusiyanın qırımı və Kırımı - (Video)

09:30 / 10.03.2014

Ukraynada indi hamı informasiya və təbliğatın yaratdığı uzun bir tıxacda, yalnız qarşısındakının boynunun ardını görə biləcəyi məsafədədir. Ölkədə baş verənlərin qısa mənzərəsi belədir. Ölkədə inqilab olub. Millətçilər hakimiyyəti devirib və özünə qədərki dayaqları yıxmaqda, yeni quruluş təsis etməkdədir. Ukrayna yeni siyasi xəttini Avropa ilə razılaşdırır. Özünün ənənəvi dostu, qardaşı, silahdaşı və böyük qardaşı Rusiyanın yox, Avropanın ağsaqqalılığını qəbul edir. Rusiya və Avropanın Ukraynanı dartmadartında ölkə parçalanır, bir tərəfi bir, digər tərəfi isə başqa tərəfin əlində qalır. 

Hər iki qütb özünü öz aləmində haqlı sayır. Rusiya Ukrayanın ərazi bütövlüyünü müdafiə etmək adı altında ölkənin parçalanmasında iştirak edir. Faktiki olaraq Krımı ilhaq edir, Şərqi Ukraynanı isə yadda saxlayır… Elə Qərb də Ukraynanın ərazi bütövlüyü nişanı altıda ölkənin parçalanmasında iştirak edir. Ən əcayib olanı isə burasıdır ki, Ukraynanı tərəflərin istinad etdiyi Budapeşt Deklorasiyasında Ukraynanın nüvə silahından imtina etdiyi təqdirdə onun ərazi bütövlüyünün təminatçısı olan güclər parçalayır. Rusiya, Britaniya, Amerika Birləşmiş Ştatları

Ukrayna növbəti test predmetidir, sınaq şüşəsidir. 

Rusiyanın Gürcüstana soxularaq Cənubi Osetiya və Abxaziyan işğal etməsi, Gürcüstan silahlı quvvələrinin böyük bir hissəsini fiziki məhv etməsi, qalanını da yedəyinə alıb qənimət kimi öz tərəfinə daşıması Avropa və dünya birliyi tərəfindən demək olar ki, bağışlanandan sonra Rusiyanı bir daha dişə vurmaq lazım imiş… Moskva bu dəfə belə eləməz, yox, Ukrayna Gürcüstan deyil kimi sadədil ehtimallar özünü doğrultmadı. Məlum oldu ki, Ukrayna Gürcüstan deyil. Ola bilsin. Amma Rusiya Rusiyadır. Kiyevi tarixən rus şəhərlərinin anası hesab edən Rusiya müstəqil dövlət olsa da Ukraynaya girəcəkdi və girdi. Ola bilsin ki, hələlik oğrun oğrun. Gürcüstana soxulanda o bunu açıq şəkildə etiraf edirdi və bildiridi ki, Gürcüstanı sülhə vadar etməyə gəlir. Bu dəfə isə vəziyyət fərqlidir. Ruslar özləri də bilir ki, haqlı deyillər. Ona görə də özüəməxsus olanlardan belə özünəməxsus şəkildə imtina edirlər. Məsələn, bütün Avropa, bəlkə də bütün dünya bilir ki, bu əsgərlər Rusiyanındır. 

Rusiya isə öz aləmiində diplomtiya oynayır. 

Digər tərəfdən Putin Gürcüstana girəndə Medvedyev kimi bufer fiquru var idi. Onu bir qoruyucu olaraq olaraq irəli buraxmaq olardı. Zərbələr ona dəyirdi. Bu dəfə isə bütün udarlara o şəxsən açıqdır. Amma onu da demək olmaz ki, Qərb və Birləşmiş Ştatlar Rusiya ilə onun Gürcüstana hərbi müdaxiləsi zamanı olduğu kimi mülayim davranırlar. Əlbəttə, o zaman şərait fərqli idi, Gürcüstanın əsas strateji müttəfiqi olan Birləşmiş Ştatların prezidenti artıq öz möhlətini başa vururdu. Qalan dünyanın başı olimpiya oyunlarına qarışmışdı. Gürcüstanın Tsxinvaliyə girməsi isə Rusiyanın ifasında dünyaya elə təbliğ edildi ki, beynəlxaq cəmiyyətdə Tiflisin hərəkətini doğrudan da aqressiya kimi qəbul edənlər tapıldı. Burada bir başqa nüans da var idi. Hər iki subyekt Gürcüstana faktiki olaraq tabesizlik nümayiş etdirirdi və demək olar ki, de fakto Rusiyanın nəzarəti altında idi. Ona görə də Rusiya bu subyektləri ilhaq edəndə dünya üçün bir o qədər də gözlənilməz olmadı. Moskva isə hər iki subyektin müstəqilliyni tanıdı. Bu şok olmalı idi. Amma gözlənilməz bir soyuqqanlılıq baş verdi. Qərbin gücü yalnız ona çatdı ki, məğlubiyyətə uğramış Saakaşvilinin siyasi və insani xarabalıqlarını rusların əlindən alsın. Bizcə Rusiyanın öz təsir zonası saydığı ərazilərdə bir amerikalıq etməsi ona bağışlanmasaydı, bu gün Ukrayna hadisələri də baş verməzdi. Ukrayna ətrafında Rusiya və Qərbin davası indi daha sərt və daha ağrılıdır. Rusiya artıq bir sıra sanksiyalarla üzləşir. Bir sıra beynəlxalq çəkidə protestlər var. 8-likdən onun faktiki olaraq kənarlaşdırılması, Ukraynanın yen hakimiyyətini açıq müdafiə etmək və Rusiyanın addımları pisləmək, onu hədələmək yeni yanaşmada sərt elementlərin artırıldığını ortaya qoyur. Və bütün bunlar hələ ki sözdür. Amma Rusiyanın Krımdan çıxmaq istəməməsi, əksinə Krım parlamenti ilə separat danışıqlara girərək bu yarımadanı özünə birləşdirmək istiqamətində ciddi adımlar atması da faktdır. Rusiya Krımı qaytarmaq üçün 1988-ci ilin Ermənistanı rolunda çıxış edir. Krım parlamenti Qarabağ parlamenti kimi qərar çıxarır ki, Ermənistana, daha doğrusu Rusiyaya birləşsin. İndi tam aydın olur ki, Qarabağ ermənilərinin ssenarisi müəllifi kimi olub. Üslub Rusiyaya aiddir.

Biz indi çox şey deyə, bir təhlil qrupu olaraq çox məsələləri düzgün, çox məsələləri isə yanlış adlandıra bilərik. Məsələn, deyə bilərik ki, Ukrayna xalqı öz müqəddəaratını müəyyənləşdirməkdə tam azadır. Onun inqilab etmək haqqı da var, tutduğu yolu Avropa yoxsa Rusiya ilə getmək azadlığını özünün müəyyənləşdirmək haqqı da. Rusiyaya bunun nə dəxli? Ya da Rusiyanı anlamağa çalışa, slavyan xalqlarının birinin digərindən kənar təsirlər yolu ilə ayrılmasının Rusiyanın regionda beynəlxalq münasibətlər sistmindəki rolunu zəiflədəcəyini və buna görə də Moskvanın reaksiyasını təbii hesab edə bilərik. Amma bütün bunlar yalnız sözdür. Azarkeş azarı. Tarixdə isə azarkeş emosiyası yox statistika qalır.

Statistika isə budur: Krım parlamenti artıq Rusiya Federasiyasının tərkibinə daxil olmaq arzusunu ifadə edir. Əgər referendumda krımlılıar bu qərarı dəstəkləsələr, deməli Rusiya Federasiyası Krımı özünə birləşdirəcək. Və bu da hələ hamısı deyil. Rusiya Ukrayna uğruna mübarizəyə Krımdan başlayır. Yəni bu yalnız başlanğıcdır. Ardınca qalan Ukrayna və sonra isə bütün keçmiş sovet məkanı gələ bilər. Ondan sonrası isə Allaha, daha doğrusu Şeytana qalır. Əslində Sovet İttifaqının dağılma prosesi davam edir. Bilinmir ki, bu dağılma Rusiyanın tam dağılma prosesi ilə yoxsa SSSRİ-nin bərpası ilə davam edəcək. İmperiyanın dağırlması həmişə ağrılı və uzun çəkir. Hə bir şeyi də unutmayım: Fikir verirsinizsə, Rusiya televiziyaları Krımdan Rusiyaya aşiq-məşuq aksiyalarına çıxan insanların izdihamındn ümumi panlar demək olar ki, göstərmir. Olsa olsa orta plan. Mitinq iştirakçılarının sayının müəyyənləşdirilməsi treninqindən keçmiş biri kimi deyə bilərəm ki, bu bir tryukdur. Yəni mitinq nəinki 50-100 minlik, heç 10 minlik, 20 minlik də deyil… kor deyilik ki… Onların da sənədlərini kim yoxlayıb ki? Əksəri bəlkə də Ukrayna vətəndaşı deyil…
Ortada həm də dünyanın uzun müddət demoqoqik bir şəkildə reklam etdiyi beynəlxalq qanunlar və beynəlxalq huquq siteminin bağıra-bağıra göz qabağında zorlanması faktı var. Qərb istəyəndə İraqa, Liviyaya, Rusiya istəyəndə Gürcüstana, Ukraynaya…girir. Ona olar mənə niyə olmasın kimi primitiv siyasi təfəkkürün qurbanları isə nisbətən zəif, kiçik dövlətlər olur. 
İndi çoxları Rusiyanı dünyanın iradəsinə tüpürməkdə, açıq-aşkar həyasızlıqda günahladırır. Ola bilər. Və yəqin ki, belə düşünənləri anlamaq lazımdır. Ona görə ki, Rusiya açıq açığına müstəqil dövlətin həyatına girib, dövləti istəyinin ziddinə olaraq başqa bir səmtə yönəldib, bunu etmək üçün iqtisadi və siyasi təzyiqdən istifadə edib və bu gün də əl çəkmir, Ukraynanın tərkib hissəsini ələ keçirib, onu özəlləşdirməkdədir. 

Amma Ukraynanı Avropa Birliyinə qatmaq istəyən qüvvələrin də oynadığı oyunun qaydaları tam ədalətli deyil. Ukrayna iki qütbün əlində artıq tikə para olub. Qərbin apardığı siyasət nəticəsində qızışan, inqilaba qalxan ukraynalılar indi Rusiya kimi nəhəngin pəncəsi altında qalıblar. Təxminən Gürcüstanda olduğu kimi. O zaman gürcülərə də elə gəilrdi ki, onları Qərb qoruyacaq, NATO qoruyacaq. Amma bütün bunlar sabun köpüyü kimi partladı və Rusiya gəldi, etdiyini etdi və getdi, daha doğrusu qaldı. Oxşar stuasiya Ukraynada da müşahidə olunmaqdadır. Doğrudur burada Rusiyanın opponentləri daha fəaldır. Onlar Ukraynanı daha açıq müdafiə edirlər, amma bu müdafiə daha çox humanitar məzmun kəsb edir. Məsələn, NATO-nun bir neçə nəfər silahsız hərbçisinin bura göndərilməsi də yaradıcılıq ezamiyyəti kimi bir şeydir. Adama elə gəlir ki, Qərb Rusiyanın ssenarisinə işləyir. O qızışdırır, Rusiya gəlir. Gürcüstanda belə oldu. Ukraynada da belə. 

Rusiyanın Ukraynada qalib gəldiyni də iddia etmirik. Ona görə ki, Rusiya kobra ardınca qaçıb onu tutan və düz gözlərinin qabağında saxlayaraq onun gözlərinin içinə baxan, sonra nə eləcəyənri bilməyən təcrübəsiz ilantutana oxşayır. Krımı tutur, Sevostpolu tutur, Abxaziyanı, Cənubi Osetiyaı tutur, irəlidə Dnestryanı filan da var… Amma sonra nə edəcək? Rusiya nə etmək niyyətindədir? Bu ballastlarla, qeyri qanuni övladları ilə nə vaxta qədər bir yerdə olacaq… Doğrudanmı Putin bu yolla kvartal kvartal "soyuz"u geri qaytarmaq arzusundadır. Moskva Ukrayna şokoladını Rusiya ərazisinə buraxmayanda görünürdü ki, kiminsə ağzı şirin olmaycaq. İndi isə Rusiya Ukraynanın qaza görə borcunu ödəmədiyini xatırladır. Qaz sancısını isə təkcə Ukrayna çəkməyəcək. Putin bu həftə mətbuat qarşısında həm zəif həm də güclü tərəfləri ilə göründü. Rusiya prezidenti ölkəsinin məruz qalacağı təzyiqlər qarşısında duruş gətirə biləcəyini sübut etmək istəyirdi. Amma Rusiya onu gözləyən aqibətdən güclü deyil. 

Rublun artıq zəifləməyə başlaması yalnız startdır. Rusiya SSSRİ-nin dağılma marşrutunu yəqin ki, unutmamayıb. Neftin qiymətini qaldırmaq qüdrətində olan dövlətlər yəqin ki, bu mövzuda susmağı hələ ki qara qızıl hesab edirlər. Amma bir müddətə. Deməli Rusiyanın Ukraynada qalması ona doğrudan baha başa gələdək. Hədə qorxu kimi demirik Sözün həqiqi mənasında baha. Neçəyə və necə bilmirik. Amma aydındır ki, Rusiya Sevostpopla, Simferopoda rəmzi olaraq girməyib. Hər halda Moskvanın qırımından, daha doğrusu krımından belə görünür…

Ukraynada bu dəfə baş verən inqilab isə xarakter etibarilə daha fərqlidir. Biz elə bilirdik ki, Yuşşenko Qərb dəyərlərini Kommunist Ukraynasında bir prezident möhlətində tətbiq edə biləcək. Amma indi. Ölkədə nə qədər Lenin var imiş. Yıxıldıqca qurtarmır. Bir abidənin üstündə isə hələ belə də yızılmışdı: Rəhbərimizə Toxunma! 

Bir də bütün bu hadisələrdə mənim diqqətimi bilirsiniz nə çəkdi? 1992-ci ildə Azərbaycanın da işğalına başlandı. O zaman Azərbaycan artıq BMT-nin üzvü idi. Müstəqil dövlət kimi tanınırdı. Dünya da elə indiki idi. Amma niyə heç kim Azərbaycanın namusun Ukraynanın namusunu qoruyan kimi qorumurdu? Məgər bizim bayrağımızın parçası ucuzdu, yoxsa Ukrayna kimi dövlətlərdən ləyaqətimiz aşağıdır. Bu siyasi ikiüzlülüyün mənbəyində nə dayarır? Doğrudanmı yer kürəsində təkcə insanlar yox, elə dövlətlər də qaralara və ağlara bölünür. Bu qlobal irqçiliyin kökündə nə dayarır? Axı Azərbaycan bu gü dünyaya ədalət diqtə edən güclərlə həmişə səmimi olub. Neft verib, qaz verib, Amma görünür nefti qazı yandıranların Canı həmişə yanmır…anspres


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM