BVF işçi heyəti Azərbaycana səfərin yekunları barədə BƏYANAT yaydı

18:04 / 03.02.2016

Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyəti Azərbaycana səfərinin yekunları barədə bəyanat yayıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi Fondun işçi heyət üzvlərindən ibarət komandası 2016-cı ilin 28 yanvar - 3 fevral tarixlərində Bakıda faktaraşdırıcı məqsədli, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirəsi məqsədini daşıyan səfərdə olub.

Səfərin sonunda M.Qorçi aşağıdakı bəyanatı edib: “Azərbaycan iqtisadiyyatı, xüsusilə neft qiymətlərinin gözəçarpan dərəcədə aşağı düşməsi, iqtisadi artımın əhəmiyyətli dərəcədə səngiməsi və ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi nəticəsində mənfi şoklar silsiləsinə məruz qaldı. İqtisadi artım tempi 2015-ci ilin birinci yarısında yüksək oldu, lakin ilin ikinci yarısında azaldı, cari hesabın profisiti isə heçə endi".

Bəyanatda deyilir ki, rəsmi orqanlar kənardan pisləşən mühitə qarşı bir sıra cavab tədbirlərini görüblər: "Ehtiyatda olan vəsaitin azaldığı və kənar şokların bərkidiyi şəraitdə Azərbaycanın Mərkəzi Bankı manatı devalvasiyaya uğratdı və idarə olunan üzən məzənnə rejiminə buraxdı. Devalvasiya rəqabət qabiliyyətini artırmağa kömək etdi. Bundan sonra Mərkəzi Bank məzənnə çevikliyinin genişlənməsinə şərait yaratdı, ölkədən kapital axınlarının qarşısını almaq üçün tədbirlər gördü və bəzi problemli bankların birləşməsi və ləğvinə başladı. Eyni zamanda, hökumət fiskal siyasəti azalan neft gəlirləri şəraitinə uyğunlaşdırmağa başladı. Gəliryaratma istiqamətində yeni fiskal tədbirlərinin tətbiqi ilə yanaşı, keçmişdə neft qiymətinin kəskin artması nəticəsində həcmi sürətlə genişlənmiş dövlət investisiya qoyuluşu daralmağa başladı. Əlavə olaraq, aztəminatlı əhali təbəqələrini müdafiə etmək üçün yaşa görə pensiya və ünvanlı sosial yardımın məbləği artırıldı. Nəhayət, işgüzar mühiti yaxşılaşdırmaq üçün bir sıra prioritet struktur islahatları elan edildi".

Qeyd olunur ki, gələcəyə baxdıqda, iqtisadi artım və tədiyə balansı üzərindəki təzyiqlər yaxın gələcəkdə rəsmi orqanların üzləşdiyi əsas çağırışlar olaraq böyük ehtimalla davam edəcək: "Bununla belə, Azərbaycanın əhəmiyyətli həcmdə ehtiyat vəsaitini nəzərə aldıqda, habelə iqtisadi siyasətlə bağlı cavab tədbirlərinin daha da gücləndiriləcəyi təqdirdə, rəsmi orqanlar yaranmış çağırışların öhdəsindən gəlmək üçün yaxşı mövqeyə malikdirlər. İqtisadi siyasət prioritetlərinə çoxillik fiskal konsolidasiya planının hazırlanması və əvvəlcədən açıqlanması, çevik məzənnə rejiminə keçidə kömək etmək üçün pul siyasəti çərçivəsinin möhkəmləndirilməsi, maliyyə sektoru və nəzarətin gücləndirilməsi və iqtisadiyyatı daha çox şaxələndirmək naminə struktur islahatlarının həyata keçirilməsi daxildir. Bu mənada, biz hökumətin layihələrin səmərəliliyinə daha çox diqqət yetirməklə, 2016-cı ildə dövlət investisiya xərclərini daha davamlı səviyyəyə doğru əlavə olaraq azaltmaq niyyətini dəstəkləyirik. Rəsmi orqanlar və BVF işçi heyəti iqtisadi siyasət məsələləri müstəvisində yaxından dialoq aparmaq və texniki yardımı artırmaq baxımından razılığa gəliblər".

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM