Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun M. Rüstəmov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Rəşad Aydın oğlu Əliyev və onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Səbinə Ramiz qızı Sübhani yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar təcilli olaraq xəstəxanaya çatdırılsalar da, R. Əliyevi xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. S. Sübhaninin vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Strategiya.az