Azərbaycanda tükürpədici hadisə-Qardaşından uşağı oldu

15:31 / 27.11.2013

Quba rayon sakini, 1993-cü il təvəllüdlü Seymur Əliyev (cinayət işində adı hallanan şəxslərin ad və soyadları şərti göstərilib) 2012-ci ilin mart ayının sonunda, saat 21:30 radələrində yaşadığı Quba rayonunda 1997-ci il təvəllüdlü bacısı Südabə ilə cinsi əlaqədə olmaq istəyib. O, bu məqsədini həyata keçirmək üçün bacısını öldürəcəyi ilə hədələyib. Seymur bacısını zorlayıb və qızlıq bəkarətini pozub. 

 


Teleqraf.com-un araşdırmalarına görə, bu əməli ilə Seymur Əliyev Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Bacım yatan otağa getdim..."
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur Əliyev ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, atası Sabir, analığı Samirə, qardaşı Samir və bacısı Südabə Zəbihə Quba rayonunda iki mərtəbəli evin 2-ci mərtəbəsində yaşayıblar: "Otaqların birində mən, qardaşım və bacım yatmışıq, digər otaqda isə atam və ögey anam yatıblar. 2012-ci ilin mart ayının sonlarında, axşam saat təxminən 20 radələrində işdən evə gəldim. Evdə təkcə bacım Südabə olmuşdu. Atam, anam və qardaşım ögey xalam Yasəməngilə qonaq getmişdilər. Bacım ilə birlikdə çörək yedik. Bundan sonra bacım yatmağa getdi. Saat 21 radələrində hal-hazırda hərbi xidmətdə olan dostlarım Füzuli və Vasiflə görüşmək üçün evdən məhəlləyə çıxdım. Məhəllədə təxminən bir saat dostlarım ilə vaxt keçirdikdən sonra evə qayıtdım. Təxminən saat 23-də atamgil evə qayıtdılar. Bir qədər atamgillə söhbət etdikdən sonra bacım yatan otağa yatmağa getdim. Yerdə döşəyin üstündə yatmışdım. Səhər yuxudan oyanıb atam ilə birlikdə işə getdim".
"Bacımın uşaq doğması xəbərini eşitdim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci il aprel ayının sonlarında hərbi xidmətə gedib: "Hərbi xidmətdə olarkən 2012-ci ilin dekabr ayında bacımın uşaq doğması xəbərini eşitdim. Bacım ilə münasibətim həmişə yaxşı olub. Bacı-qardaş kimi bir-birimizi çox istəmişik. Bacımı zorlamamışam, bacım ilə cinsi əlaqədə olmamışam, bacıma qarşı heç bir əxlaqsız hərəkət etməmişəm. Əgər Südabəyə qarşı hansısa bir əxlaqsız hərəkət etmişəm və onu qorxudaraq bu hərəkət barədə heç kimə deməməyimi tapşırmışdımsa hərbi xidmətdə olarkən valideynlərimə deyərdi. Bacım yalan danışır, üstümə şər atır. Bacımın mənə böhtan atmasının səbəbini bilmirəm. Bacımın başqa bir oğlanla görüşdüyünü görməmişəm və eşitməmişəm".
"Soyunub-geyinərkən bir-birimizdən utanmamışıq"
Teleqraf.com-un araşdırmalarına görə, məhkəmədə zərərçəkmiş şəxs qismində Südabə Əliyeva da ifadə verib. O, bildirib ki, 1997-ci ildə anadan olub: "Orta məktəbdə 5-ci sinifə kimi, yəni 11 yaşımadək oxumuşam. Valideynlərim ilə, qardaşlarım Seymur və Samirlə münasibətim həmişə yaxşı olub. 2012-ci ilin mart ayının sonlarında təxminən saat 14 radələrində atam Sabir, analığım Samirə və kiçik qardaşım Samir qonşu kənddə yaşayan ögey xalam Yasəmənin evinə qonaq getmişdilər. Həmin vaxt böyük qardaşım Seymur evdə deyildi. O, Quba şəhər bazarında atamın işlətdiyi dükanda idi. Axşam saat 19 radələrində Seymur işdən evə gəldi. İkimiz birlikdə yemək yedik. Həmin vaxt Seymur mənə bir söz demədi. Sonra süfrəni yığışdırdım. Saat təxminən 21 radələrində yataq otağına getdim, soyunaraq çarpayıya uzandım. Təxminən 5-10 dəqiqə sonra Seymur həmin otağa gəldi. Seymur soyunaraq yerdə sərilmiş döşəyə uzandı. Uşaqlıqdan bir otaqda qaldığımız üçün soyunub-geyinərkən bir-birimizdən utanmamışıq".
"Qardaşım "qışqırma, yoxsa səni öldürəcəyəm" dedi"
Qardaşı zərəfindən təcavüzə məruz qalan qız daha sonra başına gələnləri belə danışıb: "Seymur yerinə uzanarkən mənə bir söz demədi. Həmin vaxt mən də yuxuya getdim. Yuxuda olduğum zaman birdən kiminsə üstümdə olduğunu hiss etdim. Diksinərək yuxudan oyananda qardaşımın üstümdə olduğunu gördüm. Seymura "neyləyirsən, üstümdən dur" dedim. Seymursa mənə  "səsini çıxarma, sakit dur" dedi. Qardaşımdan qışqıraraq üstümdən durmasını tələb etdim. Qardaşım  "qışqırma yoxsa səni öldürəcəm" bildirdi. Zorla əynimdəki tumanı çıxartmağa başladı...".
"Qışqırı, ağlayırdım, qardaşıma yalvarırdım ki, məni zorlamasın"
Südabə daha sonra bildirib ki, həmin vaxt qışqırmaq istəsə də, qardaşı əli ilə onun ağzını tutub: "Mən qardaşımı üstümdən itələməyə çalışdım. Qardaşım qollarımdan tutaraq burdu , çarpayıya sıxdı. Əllərimi sinəmə sıxaraq bel nahiyəmə tərəf qatladı. Qardaşım "sakit dur" deyə-deyə məni zorladı. Qışqırır, ağlayırdım, qardaşıma yalvarırdım ki, məni zorlamasın.  Ağlaya-ağlaya qardaşımdan üstümdən durmasını deyirdim. Qardaşım əli ilə ağzımdan tutdu və mənə təcavüz etməkdə davam etdi. Məni zorlayandan sonra qardaşım "bunu kiməsə danışsan, səni öldürəcəm" dedi və otaqdan çıxdı. Mən isə çarpayıda oturub ağladım. Qardaşım yenə də otağa gəldi və yenidən mənə "bunu kiməsə danışsan, səni öldürəcəm" dedi və sonra yatdı".
"Özünü elə apardı ki, guya aramızda heç həmin şey olmayıb"
Südabənin sözlərinə görə, səhəri gün atasını, analığını və kiçik qardaşını görüb: "Yatdığım üçün gecə onların evə qayıtmasından xəbərim olmayıb. Qorxumdan valideynlərimə və heç kimə hadisəni danışmadım. Bundan sonra Seymur mənimlə  daha cinsi əlaqədə olmadı. Aramızda həmin gecə baş verənlər barədə və ümumiyyətlə cinsi əlaqə barədə söhbət olmayıb. Qardaşım olanlar barədə daha bir söz demədi, özünü elə apardı ki, guya aramızda heç həmin şey olmayıb".
"Həkimlər hamilə olduğumu, uşağım olacağını dedilər"
Zərərçəkmiş qız daha sonra ifadəsində qeyd edib ki, 2012-ci ilin aprel ayının sonlarında Seymur Bakı şəhərinə hərbi xidmətə gedib: "Qardaşım məni öldürməklə hədələdiyi üçün qorxumdan heç kimə bu barədə bir söz demədim. Bir neçə aydan sonra yay aylarında qarnımın şişməyə başlamasını hiss etdim. Uşağın necə əmələ gəlməsini, kişi ilə qadının cinsi əlaqədə olması nəticəsində uşaq əmələ gəldiyini bilməmişəm. Ona görə də qarnım şişdiyi üçün kökəldiyimi zənn etdim. Uşağım olacağını bilməmişəm. Ögey anam kökəldiyimi dedi. 2012-ci ilin dekabr ayının 10-da yatan vaxtı qarnımdan ağrılar, sancılar hiss etməyə başladım. Qarnımın yeməkdən ağrıdığını zənn etdim. Səhər ağrılar artdığı üçün analığıma bu barədə dedim. Analığım atama zəng etdi, ağrılarımın olmasını dedi. Atam evə gəldi. Birlikdə Quba rayon mərkəzi xəstəxanasına gəldik. Xəstəxanada müayinə edildikdən sonra həkimlər hamilə olduğumu, uşağım olacağını dedilər. Valideynlərim kiminlə yaxınlıq etdiyimi soruşdular. Əvvəl deməyə qorxdum. Lakin valideynlərim məni danlayandan sonra qardaşım Seymurun mənə qarşı etdiyi hərəkətləri danışdım".
"Övladlarım arasında narazılıq hiss etməmişəm"
Məhkəmədə Seymurun və Südabənin atası Sabir kişi də ifadə verib. O, qeyd edib ki, 1993-cü il təvəllüdlü Seymur adlı, 1995-ci il təvəllüdlü Samir adlı oğulları və 1997-ci il təvəllüdlü Südabə adlı qızı dünyaya gəlib: "Uşaqlarımın hər üçü  birinci arvadım Nəzakətdəndir. 1997-ci ildə Nəzakətdən ayrıldıqdan sonra Samirə adlı qadınla ailə qurmuşam. Yaşadığımız eviki mərtəbəli olmaqla hər mərtəbədə iki otaq olub. İkinci mərtəbədə olan otaqlardan birində mən və Samirə, digər otaqda isə oğullarım və qızım yatırdılar. Övladlarım həmişə bir-biri ilə mehriban olub. Övladlarım arasında narazılıq hiss etməmişəm, bacı-qardaş münasibətlərində olublar. 2012-ci ilin aprel ayının sonlarında böyük oğlum Seymur hərbi xidmətə çağırılıb. Bakı şəhərində yerləşən hərbi hissələrin birində xidmət edib".
"Bu xəbər mənim üçün gözlənilməz və ağır oldu"
Sabir kişinin sözlərinə görə, 2012-ci ilin dekabrın 10-da, təxminən saat 10 radələrində Quba şəhər bazarında olarkən arvadı Samirə zəng edib: "Arvadım qızım Südabənin sancılandığını, qarın ağrılarının olduğunu dedi. Dərhal evə getdim. Samirə ilə birlikdə qızımı Quba rayon mərkəzi xəstəxanasına gətirdik. Orada qızımı müayinədən keçərən həkim 35 həftəlik hamilə olduğunu dedi. Bu xəbər mənim üçün gözlənilməz və ağır oldu. Qızımdan kimdən hamilə qaldığını soruşdum. Qızım əvvəlcə heç nəyi etiraf etmək istəmədi. Bir qədər sonra arvadıma 2012-ci ilin mart ayının axırlarında qardaşı Seymurun onunla zorla cinsi əlaqədə olmasını dedi. Bu xəbər mənim üçün daha da ağır və gözlənilməz oldu. Həmin gün saat 15 radələlərində Südabə qız uşağı doğdu".
"Qızım yalan danışır, oğlumun üstünə şər atır"
Sabir Əliyev daha sonra bildirib ki, arvadı və kiçik oğlu ilə həqiqətən də 2012-ci ilin mart ayının sonlarında, günorta saatlarında Vəlvələ kəndində yaşayan baldızı Yasəməngilə qonaq gediblər: "Elə həmin gün saat 21 radələrində yaşadığım kəndə qayıtmışıq.  Biz evə qayıdarkən qapını oğlum Seymur açdı. Qızım isə həmin vaxt yatmışdı. Həmin vaxt qızımın oğlum tərəfindən zorlanmasını, ümumiyyətlə, qeyri-adi nəyinsə baş verməsini hiss etməmişəm. Qızım yalan danışır, oğlumun üstünə şər atır. Südabə Seymurun həmin hərəkəti barədə heç nə deməyib. Bu barədə oğlum hərbi xidmətdə olarkən mənə və ya analığına deməli idi. Əksinə Südabə Seymur əsgərlikdə olarkən dəfələrlə onunla mobil telefon vasitəsi ilə danışıb, Seymurun hərbi andiçmə mərasimində iştirak edib, oğlum məzuniyyətdə olarkən də onunla çox mehriban və normal münasibətdə olub. Düşünürəm ki, Südabə başqası ilə cinsi əlaqədə olub və qızımın dünyaya gətirdiyi uşaq da başqasından olub. Südabə Seymurun hərbi xidmətdə olmasını və hərbi xidmətdə olduğu üçün də tutulmayacağını güman etdiyi üçün öz ifadələrində Seymur ərəfindən zorlanmasını göstərib".
"Elmar sevgilim olub, məni zorlamayıb"
Sabir Əliyev daha sonra bildirib ki, hadisədən bir müddət sonra arvadı ilə birlikdə qızının yatdığı çarpayının altından üzərində "sevgilim Elmar" sözləri yazılmış kağız parçası da tapıblar.  Südabə Əliyeva məhkəmədə verdiyi əlavə ifadəsində bildirib ki, hadisə baş verən ərəfədə 14 yaşı təzəcə tamam olduğu üçün kişi ilə qadının cinsi əlaqədə olmasının mahiyyətini dərk etməyib: "Kişi ilə qadının cinsi əlaqədə olması nəticəsində uşaq əmələ gəldiyini bilməmişəm. Eyni zamanda qardaşım Seymur məni zorladıqdan sonra öldürəcəyi ilə hədələyib. Qorxumdan bu barədə heç kimə bir söz deməmişəm. Yatdığım çarpayının altından üzərinə "sevgilim Elmar" sözləri yazılmış kağız parçası mənə məxsus olub. Həmkəndlim Elmarı həqiqətən də sevmişəm. Elmarla bir dəfə həyətimizdə görüşmüşəm. Elmar üzümdən öpüb. Lakin heç bir zaman Elmarla hər hansı bir əlaqədə olmamışam. Elmar sevgilim olub, məni zorlamayıb. Mən qardaşım Seymuru çox istəyirdim. Heç kəs məcbur edə bilməzdi ki, qardaşıma böhtan atım. Qardaşım da, atam da yalan danışır".
Cinayət işinin materiallarına görə, doğulaan qızın qan qrupunun yoxlanılması məqsədlilə məhkəmə tibbi-bioloji ekspertizası keçirilib. Ekspertizanın rəyinə görə, Südabənin dünyaya gətirdiyi qız uşağı qardaşı Seymurdan olub, onun atalıq faktı təsdiq edilib. Məhkəmənin hökmü ilə Seymur Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM