Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nizami rayon 25-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Emin Bayramova bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Aygün Ağayeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.