İD komandirləri Liviyaya “sığınırlar”

20:21 / 04.02.2016

Liviya təhlükəsizliyinin bir yüksək rütbəli rəsmisinin verdiyi məlumata görə, İslam Dövləti (İD) adlandırılan təşkilatın ali komandirləri bu yaxınlarda İraq və Suriyadan Liviyaya keçiblər.

Sözü gedən rəsmi BBC Newsnight proqramına deyib ki, getdikcə artan sayda əcnəbi döyüşçü Sirt şəhərinə gəlir.

Ötən çərşənbə axşamı 23 ölkənin nümayəndələri Romada bir araya gələrək Liviyada İD təhlükəsi məsələsini müzakirə ediblər.

İD keçmiş Liviya lideri Müəmmar Qəddafinin doğma şəhəri Sirti öz nəzarəti altına ötən il alıb.

 

Ölkənin bir-biri ilə rəqabət aparan iki hökuməti arasında ixtilaflar İD-ə qarşı döyüş səylərini əngəlləyir.

Belə bir ehtimal da var ki, islamçı qruplaşma keçmiş rejimə sadiq bəzilərindən dəstək alıb.

Lakin Misrata şəhərindəki təhlükəsizlik idarəsinin rəisi İsmayıl Şükri Newsnight proqramına deyib ki, son aylarda ölkəyə çox sayda əcnəbi döyüşçünün axını olub.

"Sirtdəki İD döyüşçülərinin əksəriyyəti, təxminən 70 faizi əcnəbilərdir. Əksəriyyəti Tunisdəndir, onlardan sonra sayca misirlilər, sudanlılar və bir qədər də əlcəzairlilər gəlir. Bura iraqlıları və suriyalıları da əlavə edin. İraqlıların çoxu Səddam Hüseynin ləğv olunmuş ordusunun döyüşçüləridir” – deyir Şükri.

O qeyd edir ki, İD komandirləri İraqda və Suriyada endirilən beynəlxalq hava zərbələri altında Liviyaya sığınmağa məcbur olublar.

Image copyrightGetty

"Onların bəzi üzvləri, xüsusən də İD üçün uzunmüddətli əhəmiyyət daşıyanları bura sığınırlar. Onlar Liviyaya təhlükəsiz sığınaq kimi baxırlar” – deyir komandir.

Misratadakı hakimiyyət orqanları Sirtdəki İslam Dövləti qüvvələrinə qarşı hücuma hazırlaşdığını bildirir.

Lakin Misratanın 120 kilometrliyində yerləşən Abuqreyndə BBC hər hansı döyüşə hazırlıq getdiyinin əlamətlərini görməyib.

Abuqreyn İD-dən müdafiənin son xəttidir. Burdan o yana, şərqə doğru yola İD nəzarət edir.

Abuqreyndəki komandirlər Newsnight proqramına deyiblər ki, onların Tripoli hökumətinə sadiq qüvvələri 1400 döyüşçüdən ibarətdir. Bu isə İD-in təxmin edilən qüvvəsindən azdır.

166-cı batalyonun komandiri Məhəmməd əl-Bayudi etiraf edir ki, onlar beynəlxalq yardım olmadan İD-in öhdəsindən gələ bilməyəcəklər.

Image copyrightGetty

"Qətiyyətlə deyə bilərəm ki, biz NATO-nun dəstəyini alqışlayardıq. Lakin təkcə hava zərbələri ilə İD-i məğlub etmək olmaz. Ordumuzun daha çox taktiki hazırlıq və təchizata ehtiyacı var” – deyir komandir.

Liviyaya beynəlxalq hərbi müdaxilə cəncəl məsələdir. Birləşmiş Ştatlar son həftələrdə bura məhdud sayda azı bir dəfə xüsusi qüvvə göndərdiyini etiraf edib.

İD-lə gözlənilən vuruşmada iştirak üçün potensial yerli müttəfiqlərin öyrənilməsi məqsədilə bura başqa NATO ölkələrindən də kiçik qrupların göndərildiyi bildirilir.

Lakin Abuqreyndəki döyüşçülər deyirlər ki, bu torpaqda Qərb çəkmələrini görmək istəmirlər.

“Biz liviyalılar özümüz döyüşəcəyik. Burada xarici qoşuna ehtiyac yoxdur” – deyib cənab əl-Bayudi.

Birləşmiş Krallıq da daxil, Qərb hökumətləri vəziyyətdən getdikcə daha çox narahat və səbirsiz olurlar.

İtaliyanın başçılığı altında, Birləşmiş Krallıq və Fransa da daxil bir neçə NATO ölkəsinin qoşunlarından ibarət 6 minlik təlim birləşməsinin göndərilməsi təklifi hələlik müzakirə olunur.

Burada ən böyük əngəl Liviyanın rəqib parlamentləri arasında konsensusun olmamasıdır.

BMT-nin təşəbbüsü ilə birlik hökumətinin yaradılması təklifi, həm Tripolidəki islamçı dəstəkli hakimiyyətin və həm də ölkənin şərqindəki Tobrukda beynəlxalq birlik tərəfindən tanınmış hökumətin imtinasına görə dalana dirənib.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM