Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 4-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb.
Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Babək Əzimov tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi mətbəx bıçağı götürülüb.
Faktla bağlı araşdırma aparılır.