Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 12-ci və 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-22-də Bakı şəhər sakinləri Vaqif Musayevin və arvadı Nəcibənin, habelə Şövkət Mərdanovanın evlərindən ümumilikdə 702 manat, 300 ABŞ dolları, mobil telefon və 5000 manat dəyərində qızıl əşyaları quldurluq yolu ilə aparmış Bakı şəhər sakinləri Səlim Qədimov, Kənan Əliyev, Tərlan Babayev və Famil Əliyev tutulub.
S.Qədimovdan 0,201 qram heroin, 2,05 qram marixuana, bıçaq və qayçı, K.Əliyevdən 0,180 qram, F.Əliyevdən 0.169 qram və T.Babayevdən 0,172 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.