Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki “Padarçöl” adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağının olduğunu görüb yaşadığı evə aparıb.
O, uşağı fevralın 4-də polis şöbəsinə təhvil verib.