APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Vaşinqtonda jurnalistlərin qarşısında çıxış edən C. Kerri bildirib ki, Rusiya Suriyadakı bombardmanlarda idarəolunmayan bombalardan istifadə edir və bu bombalar mülki əhalinin üzərinə düşür. O deyib ki, Rusiya aviasiyasının hücumları nəticəsində çoxlu sayda qadın və uşaq həlak olur: “Buna son qoymaq lazımdır”.
C. Kerri Rusiyanın, Suriya ordusunun və Əsədin silahlı tərəfdarlarınınBMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini pozduqlarını söyləyib. Qətnamədə Suriyanın bütün rayonlarına humanitar yardımların buraxılması və dinc əhalinin yaşadığı yerlərdə bombardmanların dayandırılması nəzərdə tutulur. C. Kerri Rusiyanın Suriyada sülhün təmin olunmasına dair konstruktiv ideyaları olduğunu da vurğulayıb: “Lakin bunlar bombardmanları davam etdirmək naminə ortaya atılıbsa, heç kim o ideyalarla razılaşmayacaq”.
Strategiya.az