Strategiya.az saytı Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də şəhər ərazisindəki Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatdan oğurluğa cəhd göstərmiş rayon sakini Vaqif Bayramov tutulub.
Aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 25-də Sərxan Şirinova məxsus mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.