Eskpert: Ermənilər beynəlxalq təşkilatlarda uğursuzluqlarını ört-basdır etmək üçün hücuma keçiblər

09:41 / 08.02.2016

Ermənilər beynəlxalq təşkilatlardakı uğursuzluqlarını ört-basdır etmək, əvəzini çıxmaq üçün hücuma keçiblər. Onlar bunu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq səviyyədə müzakirələr aparılarkən daha çox humanitar məsələləri gündəmə gətirməklə etməyə çalışırlar. Ermənilər hesab edirlər ki, bu taktika ilə Azərbaycanla siyasi mübarizədə daha çox uğur qazana bilərlər. Bu, ermənilərin hazırda apardığı fəaliyyətin bir istiqamətidir.

Bunu Trend-ə "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

E.Ələsgərov bildirib ki, Amerika və Avropanın bəzi beynəlxalq təşkilatlarının insan haqları pərdəsi altında apardıqları siyasi oyunlarda ermənilər də iştirak etmək istəyirlər və öz məsələlərini bu pərdə altında aparmağa, bu fondan faydalanmağa çalışırlar.

Ekspert qeyd edib ki, ikinci istiqamət isə ermənilərin beynəlxalq məhkəmələrdə apardığı işlərdir: "Ermənilər hazırda vaxtilə Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşı Xocayan Arsen Ananyayeviç ilə bağlı belə bir iş aparırlar. O, 7 mart 2014-cü tarixdə Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanılıb. Azərbaycanda saxlanılan erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında 2014-cü il 10 apreldə Ermənistana qaytarılıb. A.Xocayan Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistan rəsmilərinə təhvil verilib. İki aydan sonra Xocayan ölüb. Ermənilər Xocayanla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Ermənilər iddia edirlər ki, Xocayan Azərbaycanda olduğu müddətdə təzyiqlərə, işgəncəyə məruz qalıb. Ermənilər tərəfindən Avropa Məhkəməsinə edilən digər bir müraciət isə Qurgen Markaryanın ailəsi tərəfindən edilib. Azərbaycan və Macarıstan dövlətinə qarşı Qurgen Markaryanın ailəsi tərəfindən iddia qaldırılıb. Müraciətdə Azərbaycan və Macarıstan dövləti tərəfindən haqsızlıq edildiyi iddia edilir".

Ekspert qeyd edib ki, onsuz da ermənilər imkan tapdıqları bütün fürsətlərdə iddia edirlər ki, Azərbaycanda insan haqları qorunmadığından onlar burada rahat yaşaya bilməzlər: "Bu iddialarında isə ermənilər qərəzli, ikili və məqsədli siyasi oyunlara xidmət edən bəzi beynəlxalq təşkilatların uydurduğu məlumatlara istinad edirlər. Biz bu məsələlərdə erməni yalanlarına, iddialarına qarşı hazır olmalı və hüquq sisteminin bizə verdiyi imkanlardan istifadə edərək erməni əks-hücumunun qarşısını almalıyıq. Bu fəaliyyətdə məhkəmələrin bizə verdiyi imkanlardan yararlanmalıyıq".

E.Ələsgərov həmçinin deyib ki, Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlarda uğurlu xarici siyasət aparılır: "Amma bununla yanaşı, hüquq sistemi üzrə aparılan fəaliyyət daha da artırılmalıdır. Azərbaycanın artıq beynəlxalq məhkəmədə uğurlu bir işi olub. Bu, Çıraqovla bağlı Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərardır. Bu iş davam etdirilməlidir".

Ekspert onu da əlavə edib ki, ermənilər sərhəddə baş verən hər bir atışma hadisəsi, baş verən hər bir ölüm faktı ilə bağlı cinayət işi açırlar: "Münaqişə zamanı baş vermiş hər bir hadisə ilə bağlı cinayət işi açılmalı, hər bir faktla bağlı məlumatlar toplanılmalıdır. Bu cinayət işlərinin açılması, məlumatların toplanması ermənilərin əməllərinin ifşa edilməsi üçün lazımdır".

E.Ələsgərov qeyd edib ki, Azərbaycan tərəfinə keçmiş erməni vətəndaşı - Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan tərəfindən Ermənistan hakimiyyətinə qarşı cinayət işi açılması ilə bağlı məhkəməyə müraciət etmək olar: "Onun Ermənistanda qalan anasına qarşı erməni rejiminin etdiyi təzyiqlər, sui-qəsd halları barədə hüquq müstəvisində məsələ qaldırılmalıdır. Ermənistan siyasi hakimiyyətinin insan hüquq və azadlıqlarının pozulması ilə bağlı etdiyi qanunsuzluqlar ifşa olunmalıdır. Emənilərin insan haqlarının pozulması ilə bağlı etdiyi faktlarla əlaqədar beynəlxalq məhkəmələr səviyyəsində iş aparılmalıdır. Təəssüflə qeyd edilməlidir ki, dünyada insan haqları ilə bağlı fəaliyyət göstərən təşkilatlar ermənilərin insan haqlarının pozulması ilə əlaqədar etdikləri haqqında danışmaq istəmirlər. Səbəb isə odur ki, bu, həmin qurumların maraq dairəsində deyil".

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM