Strategiya.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin regional şəbəsinin məlumatına istinadən məlumat verir ki, cari ilin yanvar ayında 2,427 min nəfər rusiyalı turist Antaliyada istirahət edib.
İl ərzində Türkiyədə istirahət edən almaniyalı tursitlərin də sayında azalma var, Azalma 16 faiz olmaqla, 44,262 min nəfər turist təşkil edib.
2016-cı ilin yanvar ayında Azərbaycandan isə bu bölgəyə istirahətə gələnlərin sayı 365 nəfər olub.
Türkiyənin Statistika İnstitunun məlumatına görə, ötən il ölkəyə 29,6 milyon turist gəlib ki, bu gəstəricinin 12,4 milyon nəfəri İstanbulun payına düşür.
2015-ci ilin üçüncü rübündə Türkiyənin turizmdən gəlirləri 12,2 milyard dollar təşkil edib.